Sabah Günəş tutulması olacaq
İlin ilk tutulması halqalı Günəş tutulması olacaq.
"Qafqazinfo" xəbər verir ki, bu barədə Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası məlumat yayıb.
Tutulma 17 fevral saat 13:56-da başlayacaq və 18:27-də başa çatacaq. Maksimum fazası 16:12-yə təsadüf edən bu tutulma əsasən Antarktida üzərindən müşahidə olunacaq.
Tutulmanın növü müşahidəçinin mövqeyindən asılı olduğuna görə Argentina, Madaqaskar, Cənubi Afrika Respublikası, Tanzaniya, Zimbabve, Namibiya, Seyşel adaları, Mozambik, Çili, Botsvana, Malavi, Zambiya, Cənubi Corciya və Cənubi Sendviç adaları, Mavriki, Reyunion, Lesoto və digər bir sıra ölkələrdə görünəcək.
Tutulmalar Günəşin qarşısından Yer və ya Ay keçərək onun işığını qismən və ya tam kəsdiyi zaman müşahidə olunur. Yer orbitinin müstəvisi ilə Ay orbitinin müstəvisi arasında cəmi 5°09′ fərq vardır. Ayın yeni Ay və ya tam Ay fazaları orbitin düyünlərinə uyğun gəldikdə tutulma baş verir. Günəş tutulması üçün əlavə şərt isə Ay və Günəş disklərinin göydə görünən bucaq ölçülərinin demək olar ki, eyni olmasıdır.
Günəş tutulması zamanı Ay Günəşlə Yer arasına keçərək Günəşdən gələn şüaların Yerə çatmasının qarşısını alır. Nəticədə Yer səthinin müəyyən hissələrində Ayın kölgəsi yaranır və tutulma müşahidə olunur. Günəş tutulması yalnız yeni Ay fazasında baş verir.
Ay, Yer və Günəşin qarşılıqlı vəziyyətindən asılı olaraq Günəş tutulmaları tam, halqalı, qismən və hibrid olmaqla bir neçə növə ayrılır. Günəş tutulmasının tam fazasının maksimum müddəti təxminən 7 dəqiqədir. Bu məhdudiyyət Ayın kölgəsinin Yer səthində əhatə etdiyi sahənin nisbətən kiçik olması ilə bağlıdır.
Müşahidəçi kölgədən yarımkölgəyə keçdikcə isə Ayın Günəş diskini örtmə faizi azalır və tam tutulma deyil, qismən Günəş tutulması müşahidə olunur. Qismən tutulmada örtülmə faizi də müşahidə məkanının coğrafi mövqeyindən asılıdır.
Qeyd edək ki, bu tutulma Azərbaycandan müşahidə olunmayacaq. Növbəti tutulma isə 3 mart tarixində baş verəcək tam Ay tutulması olacaq.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 845 Tarix: 16 fevral 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşBEA: Dünyada dizel yanacağının qiymətinin kəskin artması inflyasiya təzyiqini gücləndirəcək
Dizel yanacağının qiymətinin təxminən iki dəfə artması yaxın zamanda qlobal miqyasda inflyasiyanın güclənməsinə səbəb olacaq. "Report" "Oksijen" nəşrinə istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (BEA) rəhbəri Fatih Birol bildirib. "Fevralın 28-də ABŞ-İra
04.10.2026 165 Rusiyada kimya zavodunda yanğın nəticəsində beş nəfər ölüb
Rusiyanın paytaxtı Moskvanın eyniadlı vilayətindəki Krasnozavodsk Kimya Zavodunda baş verən yanğın nəticəsində beş nəfər ölüb. "Report"un yerli hakimiyyət orqanlarına istinadən məlumatına görə, ölənlərin meyitləri zavoddakı dağıntıların təmizlənməsi zamanı aşkar edilib. Axtarış-xilasetmə əməliyyatlar
04.10.2026 152 Konqoda 6 yeni Ebolaya yoluxma halı qeydə alınıb
Konqo Demokratik Respublikasının şərqində üsyançı AFC/M23 qruplaşmasının nəzarətində olan ərazilərdə Ebola virusuna 6 yeni yoluxma halı aşkarlanıb. "Report" xəbər verir ki, bu barədə "Reuters" qruplaşmanın bəyanatına istinadən məlumat yayıb. Şimali Kivu əyalətinin Kayna səhiyyə zonasınd
04.10.2026 158 Rusiyada epidemiya şübhəsi: 197 nəfər nəzarətə götürüldü
Rusiyanın İrkutsk vilayətində ağciyər taunu şübhəsi ilə vəfat edən qadınla təmasda olmuş azı 197 nəfər müəyyən edilib. -ya istinadən xəbər verir ki, onlardan 189-u müşahidə və profilaktik tədbirlər məqsədilə xəstəxanaya yerləşdirilib. Məlumata görə, həmin şəxslərdən 114-ü bir xəstəxanada, 63-ü digə
04.10.2026 161 Qonşu ölkədə qadın vəba xəstəliyindən öldü: 200 nəfər nəzarətə götürüldü
Rusiyanın İrkutsk vilayətində 28 yaşlı qadın taun xəstəliyindən vəfat edib. İnfeksiya təsdiqləndikdən sonra onunla təmasda ola biləcək təxminən 200 nəfər tibbi nəzarətə götürülüb. xarici KİV-ə istinadla bildirir ki, qadın oktyabrın 2-nə keçən gecə Şelexov rayon xəstəxanasında dünyasını dəyişib. Onu
04.10.2026 163 "Reuters": Kanadanın Baş naziri bu ay Türkiyəyə səfər edəcək
Kanadanın Baş naziri Mark Karni bu ay Türkiyəyə səfər etməyi və ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüş keçirməyi planlaşdırır. "Report" xəbər verir ki, bu barədə "Reuters" mənbələrə istinadən məlumat yayıb. Bildirilib ki, bu, Kanada Baş nazirinin Türkiyəyə ilk rəsmi səfəri olacaq
04.10.2026 148 Moskvadan Kiyevdəki xarici diplomatlara xəbərdarlıq
Rusiya Xarici İşlər Nazirliyi diplomatik missiyanın personalı da daxil olmaqla, xarici vətəndaşlara Kiyevdə və Ukraynanın hərbi təyinatlı obyektlərinin yaxınlığında olmamaq barədə bir daha xəbərdarlıq edib. -ın xəbərinə görə, bu barədə bəyanat nazirliyin mətbuat xidməti tərəfindən dərc edilib. Xaric
04.10.2026 132 Rövşən Muradov: "Azərbaycanın enerji resursları geoiqtisadi kapitala çevrilir"
Azərbaycan artıq yalnız neft və qaz ixrac edən ölkə deyil, enerji istehsalı, emalı, tranziti və müxtəlif bazarlara çıxışı birləşdirən regional enerji mərkəzinə çevrilmək istiqamətində irəliləyir. Bunu "Report"a açıqlamasında Milli Məclisin deputatı Rövşən Muradov Prezident İlham Əliyevin Yen
04.10.2026 157 ÜST dünyada orta ömür uzunluğunun artdığını açıqlayıb
Dünyada orta ömür uzunluğu artaraq koronavirus pandemiyasından əvvəlki səviyyəyə çatıb. "Report" xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) bəyanatında bildirilib. ÜST 200-2023-cü illər ərzində ölkələr və regionlar üzrə səhiyyə sahəsindəki tendensiyaları, o cümlədən gözlənilə
04.10.2026 152