Universitetlər əmək bazarının tələblərinə cavab verirmi? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA
Müasir dövrdə ali təhsilin əsas məqsədlərindən biri yalnız diplom vermək deyil, əmək bazarının real tələblərinə cavab verən peşəkar kadrlar yetişdirməkdir. Lakin son illər məzunların iş tapmaqda çətinlik çəkməsi universitetlərdə verilən təhsilin praktik bacarıqlarla nə dərəcədə uzlaşdığı sualını yenidən gündəmə gətirib. Bir çox gənc ali təhsilini başa vurduqdan sonra ixtisası üzrə iş tapa bilmədiyini bildirir, işəgötürənlər isə məzunların nəzəri biliklərinin olsa da, praktiki təcrübə və bazar tələblərinə uyğun bacarıqlarının yetərli olmadığını qeyd edir. Bu vəziyyət universitet proqramlarının yenilənməsi, əmək bazarı ilə təhsil müəssisələri arasında əməkdaşlığın gücləndirilməsi və müasir bacarıqlara yönəlmiş təhsil modelinin formalaşdırılması məsələsini aktuallaşdırır.
Mövzu ilə bağlı təhsil eksperti Şəmsi Qoca BiG.AZ-a açıqlamasında bildirdi ki, bu gün təhsil sistemimizlə əmək bazarımız arasında sanki bir "ünsiyyət qopuqluğu" var. Onun sözlərinə görə, universitetlər çox vaxt 20-30 il əvvəlin kadr tələblərinə cavab verən ixtisaslar üzrə məzun buraxır, lakin müasir dünya tamamilə başqa bacarıqlar tələb edir: "Cəmiyyətdə belə bir yanlış inanc var: "Təki diplomu olsun, bir yerə düzələr". Bu "düzələr" məntiqi gəncləri ixtisasa deyil, kağız parçasına yönləndirir. Nəticədə, biz diplomu olan, lakin peşə vərdişi olmayan bir nəsil yetişdiririk. Diplom divardan asılmaq üçün deyil, iş masasında tətbiq olunmaq üçündür.
Bizim universitetlərdəki ixtisasların çoxu bu gün "dəb" üzərində qurulub.
Hər kəs hüquqşünas, diplomat və ya iqtisadçı olmaq istəyir. Amma ölkənin real iqtisadiyyatına müasir aqronomlar, texnoloqlar, İT mütəxəssisləri və mühəndislər lazımdır. Bazarın tələbi ilə gənclərin arzusu üst-üstə düşməyəndə "diplomlu işsizlər ordusu" yaranır.
Ali təhsil müəssisələri bəzən gənclərə nəzəriyyəni mükəmməl öyrədir, amma praktikanı unudur. Gənc məzun müəssisəyə gedəndə işəgötürən ondan "nə bilirsən?" yox, "nə bacarırsan?" soruşur. Əmək bazarı nəzəriyyəçini deyil, icraçını axtarır.
*Çıxış yolu nədədir?*
• Peşə təhsilinə qayıdış: Hər kəs ali təhsilli olmaq məcburiyyətində deyil. Yaxşı bir usta, yaxşı bir texnik, bəzən zəif bir mühəndisdən daha çox qazanır və cəmiyyətə daha faydalıdır.
• Bazara uyğunlaşma: Universitetlər hər il qəbul planını hazırlayarkən İqtisadiyyat Nazirliyi və özəl sektorla məsləhətləşməlidir. Bizə neçə müəllim, neçə mühəndis lazımdır? Rəqəmlər kor-koranə deyil, ehtiyaca görə müəyyən edilməlidir".
Müəllif: İlkin Məmmədkərimov
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 885 Tarix: 23 fevral 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşBaşı kəsilərək qətlə yetirilən Şəhanənin toyundan foto
Oktyabrın 1-də Sumqayıtın Corat qəsəbəsində 31 yaşlı Şəhanə İmanova başı kəsilərək qətlə yetirilib. Hadisədə şübhəli bilinən həyat yoldaşı 33 yaşlı Əsgər Hüseynov hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. onların toy günündən yayılan fotonu təqdim edir:. Xatırladaq ki, oktyabrın 1-də 31 yaşlı Şəhan
04.10.2026 569 Qonşu ölkədə qadın vəba xəstəliyindən öldü: 200 nəfər nəzarətə götürüldü
Rusiyanın İrkutsk vilayətində 28 yaşlı qadın taun xəstəliyindən vəfat edib. İnfeksiya təsdiqləndikdən sonra onunla təmasda ola biləcək təxminən 200 nəfər tibbi nəzarətə götürülüb. xarici KİV-ə istinadla bildirir ki, qadın oktyabrın 2-nə keçən gecə Şelexov rayon xəstəxanasında dünyasını dəyişib. Onu
04.10.2026 163 "Reuters": Kanadanın Baş naziri bu ay Türkiyəyə səfər edəcək
Kanadanın Baş naziri Mark Karni bu ay Türkiyəyə səfər etməyi və ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüş keçirməyi planlaşdırır. "Report" xəbər verir ki, bu barədə "Reuters" mənbələrə istinadən məlumat yayıb. Bildirilib ki, bu, Kanada Baş nazirinin Türkiyəyə ilk rəsmi səfəri olacaq
04.10.2026 148 Moskvadan Kiyevdəki xarici diplomatlara xəbərdarlıq
Rusiya Xarici İşlər Nazirliyi diplomatik missiyanın personalı da daxil olmaqla, xarici vətəndaşlara Kiyevdə və Ukraynanın hərbi təyinatlı obyektlərinin yaxınlığında olmamaq barədə bir daha xəbərdarlıq edib. -ın xəbərinə görə, bu barədə bəyanat nazirliyin mətbuat xidməti tərəfindən dərc edilib. Xaric
04.10.2026 132 Göyərtəsində altı nəfərin olduğu ABŞ təyyarəsi radarlardan itib
ABŞ-də Bermud adalarından Bostona uçan və göyərtəsində altı nəfər olan təyyarə radarlardan itib. "Report" xəbər verir ki, bu barədə ABŞ-nin Sahil Mühafizəsi "X" sosial şəbəkəsində məlumat yayıb. Qeyd olunub ki, qurumun əməkdaşları Nantaket adasının sahillərində axtarış aparır. "Sahi
04.10.2026 156 Tramp: CAATSA ilə bağlı problem yoxdur
ABŞ Prezidenti Donald Tramp Türkiyəyə tətbiq edilən CAATSA (ABŞ-nin düşmənlərinə qarşı sanksiyalar vasitəsilə mübarizəsi - red.) sanksiyalarının ləğvi ilə bağlı problem olmadığını bildirib. "Report" xəbər verir ki, Ağ Ev lideri bunu "CNN Türk" jurnalistinin müvafiq sualına cavab olara
04.10.2026 164 "Uşaqları peyvənd edin!.." - Tanınmış pediatrdan ÇAĞIRIŞ
Payız-qış mövsümünün yaxınlaşması ilə infeksiyaların qarşısının alınması, xüsusilə də onların ağır fəsadlarının minimuma endirilməsi üçün peyvəndləmə məsələsi yenidən aktuallaşır. Çünki patogen viruslar bəzi insanlarda yüngül simptomlarla keçsə də, uşaqlar, yaşlılar, hamilə qadınlar və xroniki xəstəliklər
04.10.2026 152 G7 bazarı sabitləşdirmək üçün 100 milyon barel neft və neft məhsulu ehtiyatını dövriyyəyə buraxacaq
"Böyük yeddilik" (G7) ölkələri dünya enerji bazarını sabitləşdirmək məqsədilə dörd ay ərzində 100 milyon barel neft və neft məhsulunun ehtiyatlardan dövriyyəyə buraxılması barədə razılığa gəlib. "Report" xəbər verir ki, bu barədə G7 liderlərinin onlayn görüşünün yekunlarına dair birg
04.10.2026 140 "Bloomberg": Pentaqon hərbi kibermütəxəssislərin maaşını azaldacaq
Pentaqon bəzi hərbi kibermütəxəssislərin həvəsləndirici ödənişlərini ildə 12 min dollar azaltmağı planlaşdırır. "Report" xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi mənbələrə və ABŞ ordusunun sənədlərinə istinadən məlumat yayıb. Məlumata görə, ABŞ kiberkomandanlığının baza ixtisa
04.10.2026 161