Palma yağının istifadəsi geniş yayılır - istehlakçılar narahatdır

Palma yağının istifadəsi geniş yayılır - istehlakçılar narahatdırSon illər qida sənayesində palma yağından istifadənin sürətlə artması cəmiyyətdə geniş müzakirələrə səbəb olub. Nisbətən ucuz başa gəlməsi və məhsulların saxlanma müddətini uzatması səbəbindən bir çox istehsalçı tərəfindən seçilən palma yağı artıq müxtəlif qida məhsullarında - şirniyyat, süd məhsulları, yarımfabrikatlar və hazır qidalarda geniş istifadə olunur. Lakin bu tendensiya narahatlıq da yaradır. İstehlakçılar məhsulların tərkibi ilə bağlı daha çox məlumat tələb edir, palma yağının sağlamlığa mümkün təsirləri və onun hansı miqyasda istifadə edildiyi barədə suallar gündəmə gəlir. Bu vəziyyət qida təhlükəsizliyi, istehsal standartları və etiketləmə qaydalarının aktuallığını bir daha ön plana çıxarır.
Palma yağının istifadəsi geniş yayılır - istehlakçılar narahatdırMövzu ilə bağlı Sağlam qida təbliğatçısı, Gənclərin Töhfəsi İctimai Birliyinin sədri Asim Vəliyev BiG.AZ-a açıqlamasında bildirdi ki, Palma yağı qida sənayesində ən çox istifadə olunan yağlardandır. Deyə bilərik ki, aldığımız paketlənmiş qidaların hər 3-dən birinin tərkibi palma yağıdır. Onun sözlərinə görə, palma yağı bitki mənşəli bir yağdır: "Onu digər bitki yağlarından fərqləndirən əsas cəhət tərkibindəki doymuş yağ turşularının yüksək olmasıdır. Bu xüsusiyyətinə görə o otaq temperaturunda yarı-bərk halda qalır.
İstehsalçıların palma yağını seçməsinin bir neçə texnoloji və iqtisadi səbəbi var. Biskvitlərə xırtıltı, kremlərə hamarlıq, vafli içliklərinə isə sabitlik verir. Oksidləşməyə qarşı davamlı olduğu üçün məhsulun rəf ömrünü uzadır, acılaşmanın qarşısını alır.

Digər bitki yağları ilə müqayisədə maya dəyəri daha aşağıdır.
Ümumdünya Səhiyyə Təşkilatı və digər beynəlxalq qida qurumlarının əsas yanaşması odur ki, rasionda doymuş yağların həddindən artıq olması qanda pis xolesterin səviyyəsini artıra bilər. Bu isə uzun müddətli dövrdə ürək-damar xəstəlikləri riskini yaradan faktorlardan biridir.
Lakin burada vacib bir məqamı qeyd etməliyəm. Azərbaycanda və dünyada ürək-damar xəstəliklərinin artmasını yalnız palma yağı ilə əlaqələndirmək elmi cəhətdən qeyri-dəqiqdir. Bu xəstəliklər artıq duz istehlakı, hərəkətsizlik, siqaret, şəkərli diabet və ümumi balanssız qidalanmanın birgə nəticəsidir. Palma yağı bu zəncirin yalnız bir həlqəsidir.
Marketdən məhsul alarkən mütləq arxa hissədəki kiçik yazıları oxumalıyıq. Əgər tərkibdə sadəcə bitki yağı yazılıbsa, bu çox vaxt palma yağının olduğunu gizlətmək üsuludur. Şəffaf istehsalçı hansı yağdan istifadə etdiyini açıq şəkildə qeyd edir.

Pendir tipli məhsullar, spredlər, bitki tərkibli qaymaqlar zahirən süd məhsuluna bənzəsə də, tərkibində süd yağı yox, bitki yağları olur. Əgər aldığımız pendirin qiyməti bazar ortalama qiymətindən ucuzdursa, deməli tərkibində heyvan mənşəli yağ bitki yağı ilə əvəz olunub.
Gündəlik çay yanında yediyimiz vafli, biskvit və ya hazır qəlyanaltılar palma yağının ən çox istifadə olunduğu qidalardır. Bu məhsulları vərdiş halına gətirmək riskdir. Orqanizmə fərqində olmadan böyük miqdarda doymuş yağ qəbul etmiş oluruq.

Qida təhlükəsizliyini təmin etmək üçün yalnız istehlakçı diqqətli olmalı deyil. Bazardakı süd və şirniyyat məhsulları mütəmadi yoxlanmalıdır. Saxtakarlıq edən istehsalçılar ciddi cəzalandırılmalıdır. Məktəb bufetləri və xəstəxanalarda yağ keyfiyyətinə dair dövlət standartları və limitləri tətbiq olunmalıdır. İstehsalçılar doymuş yağların payını azaldıb, sağlam doymamış yağlara üstünlük verən texnologiyalara təşviq edilməlidir".

Müəllif: İlkin Məmmədkərimov


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 734   Tarix: 23 fevral 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Başı kəsilərək qətlə yetirilən Şəhanənin toyundan foto

Oktyabrın 1-də Sumqayıtın Corat qəsəbəsində 31 yaşlı Şəhanə İmanova başı kəsilərək qətlə yetirilib. Hadisədə şübhəli bilinən həyat yoldaşı 33 yaşlı Əsgər Hüseynov hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. onların toy günündən yayılan fotonu təqdim edir:. Xatırladaq ki, oktyabrın 1-də 31 yaşlı Şəhan

04.10.2026 569
.

Qonşu ölkədə qadın vəba xəstəliyindən öldü: 200 nəfər nəzarətə götürüldü

Rusiyanın İrkutsk vilayətində 28 yaşlı qadın taun xəstəliyindən vəfat edib. İnfeksiya təsdiqləndikdən sonra onunla təmasda ola biləcək təxminən 200 nəfər tibbi nəzarətə götürülüb. xarici KİV-ə istinadla bildirir ki, qadın oktyabrın 2-nə keçən gecə Şelexov rayon xəstəxanasında dünyasını dəyişib. Onu

04.10.2026 163
.

"Reuters": Kanadanın Baş naziri bu ay Türkiyəyə səfər edəcək

Kanadanın Baş naziri Mark Karni bu ay Türkiyəyə səfər etməyi və ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüş keçirməyi planlaşdırır. "Report" xəbər verir ki, bu barədə "Reuters" mənbələrə istinadən məlumat yayıb. Bildirilib ki, bu, Kanada Baş nazirinin Türkiyəyə ilk rəsmi səfəri olacaq

04.10.2026 148
.

Moskvadan Kiyevdəki xarici diplomatlara xəbərdarlıq

Rusiya Xarici İşlər Nazirliyi diplomatik missiyanın personalı da daxil olmaqla, xarici vətəndaşlara Kiyevdə və Ukraynanın hərbi təyinatlı obyektlərinin yaxınlığında olmamaq barədə bir daha xəbərdarlıq edib. -ın xəbərinə görə, bu barədə bəyanat nazirliyin mətbuat xidməti tərəfindən dərc edilib. Xaric

04.10.2026 132
.

Göyərtəsində altı nəfərin olduğu ABŞ təyyarəsi radarlardan itib

ABŞ-də Bermud adalarından Bostona uçan və göyərtəsində altı nəfər olan təyyarə radarlardan itib. "Report" xəbər verir ki, bu barədə ABŞ-nin Sahil Mühafizəsi "X" sosial şəbəkəsində məlumat yayıb. Qeyd olunub ki, qurumun əməkdaşları Nantaket adasının sahillərində axtarış aparır. "Sahi

04.10.2026 156
.

Tramp: CAATSA ilə bağlı problem yoxdur

ABŞ Prezidenti Donald Tramp Türkiyəyə tətbiq edilən CAATSA (ABŞ-nin düşmənlərinə qarşı sanksiyalar vasitəsilə mübarizəsi - red.) sanksiyalarının ləğvi ilə bağlı problem olmadığını bildirib. "Report" xəbər verir ki, Ağ Ev lideri bunu "CNN Türk" jurnalistinin müvafiq sualına cavab olara

04.10.2026 164
.

"Uşaqları peyvənd edin!.." - Tanınmış pediatrdan ÇAĞIRIŞ

Payız-qış mövsümünün yaxınlaşması ilə infeksiyaların qarşısının alınması, xüsusilə də onların ağır fəsadlarının minimuma endirilməsi üçün peyvəndləmə məsələsi yenidən aktuallaşır. Çünki patogen viruslar bəzi insanlarda yüngül simptomlarla keçsə də, uşaqlar, yaşlılar, hamilə qadınlar və xroniki xəstəliklər

04.10.2026 152
.

G7 bazarı sabitləşdirmək üçün 100 milyon barel neft və neft məhsulu ehtiyatını dövriyyəyə buraxacaq

"Böyük yeddilik" (G7) ölkələri dünya enerji bazarını sabitləşdirmək məqsədilə dörd ay ərzində 100 milyon barel neft və neft məhsulunun ehtiyatlardan dövriyyəyə buraxılması barədə razılığa gəlib. "Report" xəbər verir ki, bu barədə G7 liderlərinin onlayn görüşünün yekunlarına dair birg

04.10.2026 140
.

"Bloomberg": Pentaqon hərbi kibermütəxəssislərin maaşını azaldacaq

Pentaqon bəzi hərbi kibermütəxəssislərin həvəsləndirici ödənişlərini ildə 12 min dollar azaltmağı planlaşdırır. "Report" xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi mənbələrə və ABŞ ordusunun sənədlərinə istinadən məlumat yayıb. Məlumata görə, ABŞ kiberkomandanlığının baza ixtisa

04.10.2026 161
.