Şəxsi məlumatlar sosial mediada: Şantaj və qanunsuzluq təhlükəsi
"İnsanın şəxsi həyatı publikləşdirilməməlidir. Lakin bu gün insanlar sosial mediada artıq yedikləri bozbaşın belə şəklini paylaşmaqdan çəkinmirlər və demək olar ki, şəxsi həyatlarına dair hər şeyi ictimailəşdirirlər. Çox vaxt insanlar anlamırlar ki, ictimailəşdirdikləri şəxsi məlumatlar şantaj və ya digər məqsədlər üçün istifadə edilə bilər".
Bunu BiG.AZ-a açıqlamasında İKT üzrə mütəxəssis Fərid Kazımov bildirib.
O, qeyd edib ki, hazırda sosial şəbəkələr həyatımızın hər anını əhatə edir, amma buna baxmayaraq, düşünürəm ki, insanlar şəxsi həyatlarını bu dərəcədə publikləşdirməməlidirlər. Uğurları və nailiyyətləri paylaşmaq mümkündür, lakin şəxsi həyatın bütün detallarının ictimailəşdirilməsi həm etik baxımdan düzgün deyil, həm də təhlükəsizlik riskləri yaradır:
"Bundan əlavə, bir şəxsin başqa birinin şəxsi həyatını icazəsiz ictimailəşdirməsi qanunsuzdur və belə hallar cəzalandırılmalıdır. Bu, birmənalı şəkildə etik qaydalara ziddir. Sosial mediada etika mövzusu vacib bir məsələdir və insanların hüquq və məxfiliyinə hörmət edilməlidir. Əgər bir şəxs qanunu pozmayıbsa, onun şəxsi həyatının ictimailəşdirilməsi hüquqa və etik normalara uyğun deyil.
Azərbaycanda ümumi etik qaydaların və sosial media normalarının müəyyən edilməsi və rəqəmsal kodeksdə bu qaydalara əməl edilməsi vacibdir. Əvvəllər "qeybət" insanlar arasında yayılırdısa, indi sosial media vasitəsilə bu proses rəqəmsallaşır. Təəssüf ki, bu problem təkcə Azərbaycanda deyil, bütün dünyada aktualdır".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 177 Tarix: 23 fevral 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Həmin müğənniləri toylarına çağıranlar sonra televiziyaları tənqid edirlər - Kulturoloq
Son vaxtlar sənət adamlarının efirlərdə bir-birini açıq şəkildə təhqir etməsi, canlı yayımda nəlayiq ifadələr səsləndirməsi sosial şəbəkələrdə əsas müzakirə mövzularına çevrilib. Müğənnilərin bu hərəkəti hamını narahat edir və hər kəs də onları qınayır. Ən dəhşətlisi isə odur ki, həmin müğənnilərin arasınd
15:15 181 Kallas: "AB bazar ertəsi günü Rusiya sanksiyaları ilə bağlı razılığa gələ bilməyəcək"
Avropa Birliyinin xarici siyasət üzrə rəhbəri Kaya Kallas bildirib ki, Avropa Birliyi ölkələri bazar ertəsi günü Rusiyaya qarşı təklif olunan yeni sanksiyalar paketi ilə bağlı razılığa gələ bilməyəcəklər. BİG.AZ Reuters-ə istinadən xəbər verir ki, Kallas görüşdən əvvəl jurnalistlərə bildirib ki, Macarıstanı
15:16 165 Nadir avtomobillərin idxalı ƏDV-dən azad olunur
Raritet avtonəqliyyat vasitələrinin idxalı ƏDV-dən, aksizdən və gömrük rüsumundan azad ediləcək. "Qafqazinfo" xəbər verir ki, bu, Prezident İlham Əliyevin imzaladığı Vergi Məcəlləsi və "Gömrük tarifi haqqında" qanuna dəyişiklikdə öz əksini tapıb. Qüvvədə olan qaydalara əsasən, mühərriki
14:19 171 Azərsun Holdinq" jurnalistlər üçün süni intellekt mövzusunda təlim təşkil edib
Azərbaycan dilinin qorunması və düzgün istifadəsi "Azərsun Holdinq" üçün prioritet istiqamətlərdən biridir. Xüsusilə, cari ildə ana dilinə həssas yanaşmanın təşviqi və bu sahədə maarifləndirici təşəbbüslərin həyata keçirilməsi şirkətin diqqət mərkəzindədir. Media məkanında dilin düzgün və peşəka
16:56 134 Avropa Birliyi ABŞ-ın tarifləri artırmasını qəbul etməyəcəyini bildirib
Avropa Komissiyası bazar günü ABŞ Ali Məhkəməsinin Donald Trampın qlobal tariflərini ləğv etməsindən və onun cavab olaraq yeni rüsumlar tətbiq etməsindən sonra ABŞ-dan keçən il əldə edilən AB-ABŞ ticarət razılaşmasının şərtlərinə sadiq qalmasını tələb edib. BİG.AZ Reuters-ə istinadən xəbər verir ki
14:20 171 Rusiyanın Ukraynanın Odessa bölgəsinə hücumu nəticəsində iki nəfər ölüb, üç nəfər yaralanıb
Ukraynanın təcili yardım xidməti və hökumət rəsmisi bildirib ki, Rusiyanın Ukraynanın cənubundakı Odessa bölgəsinə hücumu nəticəsində iki nəfər ölüb, üç nəfər yaralanıb. BİG.AZ Reuters-ə istinadən xəbər verir ki, xidmətin Telegram messencerində verdiyi məlumata görə, Rusiya pilotsuz təyyarəsinin yü
14:33 170 Məşhur cütlük 12 ildən sonra boşanır
Türkiyəli aktrisa Pelin Karahan ilə həyat yoldaşı, iş adamı Bedri Güntayın evliliyində problem yaşandığı iddia olunub. Axşam.az xəbər verir ki, cütlüyün 12 illik evliliyinin ardından boşanma qərarı aldığı bildirilib. Məlumata görə, Bedri artıq ayrı evə köçüb. İddia olunub ki, cütlük evliliklərini fiki
16:18 263 Azərbaycanda ən çox toy bu rayonda olur
Nikaha daxilolma səviyyəsi Qarabağ (5,7), Şərqi Zəngəzur (5,6), Dağlıq Şirvan, Lənkəran-Astara və Mil-Muğan (5,1), Şirvan-Salyan (5,0), Mərkəzi Aran (4,9), Bakı şəhəri və QubaXaçmaz (4,8) iqtisadi rayonlarında ölkə göstəricisindən (4,7) yüksək olub. xəbər verir ki, bu, Dövlət Statistika Komitəsinin 2025-c
22.02.2026 559 İncəsənət əsərlərinə görə ƏDV alınmayacaq
İncəsənət əsərlərinin ölkəyə idxalı əlavə dəyər vergisindən (ƏDV) azad edilib. Axşam.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin imzaladığı Vergi Məcəlləsinə dəyişiklikdə öz əksini tapıb. Qanuna əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasınd
14:43 149