Naxçıvan hədəf alındı: Bakı Tehranı beynəlxalq hüququ pozmaqda ittiham edir

Naxçıvan hədəf alındı: Bakı Tehranı beynəlxalq hüququ pozmaqda ittiham edir"İranın "Şahid" pilotsuz uçuş aparatları ilə Naxçıvan hava limanına hücum etməsi beynəlxalq hüququn, xüsusilə də suveren dövlətlərin ərazi bütövlüyü prinsipinin açıq şəkildə pozulması kimi qiymətləndirilir".

Bunu BiG.AZ-a açıqlamasında politoloq Turan Rzayev bildirib.

O, qeyd edib ki, Azərbaycan indiyədək İrana qarşı hərbi, iqtisadi və ya siyasi baxımdan düşmən mövqeyi sərgiləməyib. Rəsmi Bakı, İran tərəfindən zaman-zaman səsləndirilən hədələrə və təxribat xarakterli bəyanatlara baxmayaraq, cənub qonşusuna münasibətdə konstruktiv və ölçülü siyasət yürüdüb:

"Hətta Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 4-də İranın ölkəmizdəki səfirliyinə gedərək, İran İslam Respublikasının Ali rəhbəri Ayətullah Seyid Əli Xameneinin və bir sıra mülki şəxslərin həlak olması ilə bağlı başsağlığı verib.

Bununla belə, İran ordusunun həyata keçirdiyi bu cür əməliyyatlar Tehranın beynəlxalq hüquq normalarına və öhdəliklərinə zidd davranışını bir daha gündəmə gətirir.

ABŞ və İsrailin son hərbi əməliyyatları ərəfəsində Azərbaycan dəfələrlə bəyan edib ki, onun ərazisi İrana qarşı istifadə olunmayacaq və rəsmi Bakı neytral mövqe tutur. Buna baxmayaraq, Naxçıvana qarşı dron hücumları regionda gərginliyi daha da artıran addım kimi qiymətləndirilir.

Azərbaycan suveren dövlət kimi öz ərazi bütövlüyünü qorumaq hüququna malikdir. Bu hüquq həm beynəlxalq hüquq normaları, həm də milli təhlükəsizlik prinsipləri ilə əsaslandırılır. Hadisənin birbaşa Azərbaycan ərazisinə - xüsusilə strateji əhəmiyyətə malik Naxçıvana yönəlməsi ölkənin hərbi və diplomatik cavab vermək hüququnu gündəmə gətirir.

Azərbaycan Ordusunun ölkənin təhlükəsizliyini təmin etmək və mümkün təhdidlərə cavab vermək üçün kifayət qədər imkanlara malik olduğu da vurğulanır.

Bundan başqa, İranın addımlarının davam etməsi halında Azərbaycan Şuşa Bəyannaməsi çərçivəsində Türkiyə ilə birgə addımlar ata bilər.

Qeyd edək ki, Azərbaycan Xarici İşlər Nazirliyi İranın dron hücumları ilə bağlı bəyanat yayaraq, ölkəmizin bu təxribatlara qarşı cavab tədbirləri görmək hüququnu özündə saxladığını bildirib".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 924   Tarix: 05 mart 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Haaretz": İsrail "erməni soyqırımı"nı tanımaqla heç nə qazanmayacaq

İsrail "erməni soyqırımı"nı tanımaq üçün uğursuz məqam seçib və ölkə bu qərardan heç nə qazanmayacaq. "Report" xəbər verir ki, bu barədə İsrailin "Haaretz" nəşri diplomatik mənbəyə istinadən məlumat yayıb. Bildirilib ki, bu qərar (İsrail hökumətinin - red.) Ermənistanı

04.07.2026 201
.

Leninqraddakı Vısotsk limanının ərazisinə Ukrayna PUA-larının qalıqları düşüb

Rusiyanın Leninqrad vilayətindəki Vısotsk limanının ərazisinə Ukrayna pilotsuz uçuş aparatlarının (PUA) qalıqları düşüb. "Report" xəbər verir ki, bu barədə özünün teleqram kanalında Leninqrad vilayətinin qubernatoru Aleksandr Drozdenko bildirib. "Leninqrad vilayəti üzərində düşmənin 6

04.07.2026 204
.

AZAL Bakı-Naxçıvan reysləri ilə bağlı MƏLUMAT YAYDI

Azərbaycan Hava Yollarının (AZAL) Bakı-Naxçıvan-Bakı marşrutu üzrə 5 iyul 2026-cı il tarixinə planlaşdırılan bir sıra reyslərində Naxçıvanda hökm sürən qeyri-sabit hava şəraiti səbəbindən gecikmələr və ya təxirə salınmalar nəzərdə tutulur. BİG.AZ xəbər verir ki, bu barədə AZAL məlumat yayıb. Bildirili

10:58 145
.

Zorla ərə vermək istədilər, sevgilisi ilə Tbilisiyə qaçdı, əmisi oğlu tərəfindən öldürüldü - 21 yaşlı Fatimənin qətlinin DETALLARI

Gürcüstanda Azərbaycan vətəndaşı, 28.10.2005-ci il təvəllüdlü Fatimə Kərimovanın qətli ilə bağlı bəzi təfərrüat məlum olub. -ın əldə etdiyi məlumata görə, hadisə ilə bağlı Gürcüstan Cinayət Məcəlləsinin 108-ci maddəsi ilə cinayət işi açılıb. Məlum olub ki, hadisə iyunun 27-də Tbilisi şəhəri, Yevqen

04.07.2026 381
.

Ağdamda FACİƏ: Ata və azyaşlı övladı öldü

Ağdam rayonunda bir ailənin iki üzvü faciəli şəkildə ölüb. -ın məlumatına görə, hadisə rayonun Xaçındərbənd kəndi ərazisində baş verib. Kənd sakini olan kişi iki azyaşlı övladı ilə Xatın su anbarında çimərkən batıblar. Ata və azyaşlı övladının biri boğulub, digər azyaşlı isə xilas edilib. Faktla bağl

04.07.2026 269
.

XƏBƏRDARLIQ: Bakıya doğru gəlir - ELƏ İSTİLƏR OLACAQ Kİ...

Avropada baş verən istiləşmə nəticəsində temperaturun 41-42 dərəcəyə qədər yüksəlməsi Avropa qitəsi, xüsusilə Şərqi və Şimali Avropa ölkələri üçün qeyri-adi göstəricisidir. Bu, birbaşa iqlim dəyişikliklərinin nəticəsidir, eyni zamanda hazırda Avropa qitəsi üzərində yaranan yüksək təzyiq və istilik nəticəsind

00:07 257
.

Venesuelada zəlzələ qurbanlarının sayı üç minə yaxınlaşıb

İyunun 24-də Venesuelada baş verən dağıdıcı zəlzələ nəticəsində həlak olanların sayı 2 954 nəfərə çatıb. xəbər verir ki, bu barədə Bolivar Respublikasının İnformasiya və Rabitə Nazirliyi "Telegram" kanalında məlumat yayıb. Nazirliyin açıqlamasına görə, zəlzələ nəticəsində 16 592 nəfər xəsarə

12:00 110
.

Avtomobil almaq istəyənlər üçün yeni fürsət: Maşınlar ucuzlaşdı

Hazırda bazarda fərdi qaydada ölkəyə gətirilən, rəsmi zəmanət və servis xidməti olmayan bəzi avtomobillər ötən illə müqayisədə daha aşağı qiymətə satılır. xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının (AADA) İdarə Heyətinin sədri Eyyub Əliyev deyib. Onun sözlərinə görə, əvvəllə

10:15 148
.

Fransa Hörmüz boğazında hərbi mövcudluğunu saxlayıb

Fransa Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyini təmin etmək üçün Yaxın Şərqdə iki minaaxtaran gəmi, iki freqat və bir patrul təyyarəsi yerləşdirib. "Report"un məlumatına görə, Fransa Prezidenti Emmanuel Makron bu barədə "X" sosial şəbəkəsində bidirib. Onun sözərinə görə, Frans

11:30 114
.

TOP MP3