Ada Süleymanova: "Gülü sevən, tikanına da qatlaşmalıdır" - MÜSAHİBƏ

Ada Süleymanova: "Gülü sevən, tikanına da qatlaşmalıdır" - MÜSAHİBƏBəzən insan həyatında elə bir məqam gəlir ki, bütün tərəddüdlərini və qorxularını geridə qoyaraq yeni bir başlanğıca addım atır. 29 yaşında aparıcılıq yoluna çıxmaq isə sadəcə peşə seçimi deyil, həm də cəsarətin və özünə inamın hekayəsidir. Bu gün Sonxeber.az-ın qonağı yeni televiziya siması, lakin arxasında zəngin həyat təcrübəsi olan Ada xanımdır. Onunla 29 yaşında televiziya sahəsinə gəlmək qərarı, bu yolun çətinlikləri və "Sən Olsan" layihəsinin yaranma hekayəsi haqqında söhbət etdik.

Vüsalə İbrahimli: Tamaşaçılar sizi yeni aparıcı kimi tanıyır. Amma biz Ada Süleymanovanı daha yaxından tanımaq istəyirik. Özünüzü necə təqdim edərdiniz?

Ada Süleymanova: Adım Adadır, 30 yaşım var. Bu sahəyə 29 yaşımda gəlmişəm. Amma aparıcılığa və ümumiyyətlə səhnəyə olan sevgim çox uzun illərə dayanır. Müəyyən səbəblərə görə bu yola bir az gec başladım. Qarşıda məni hansı sualların gözlədiyini bilmirəm, amma düşünürəm ki, müsahibənin gedişində bu səbəblərdən də danışacağıq. Bəzən deyirəm ki, gecikmişəm. Amma bəlkə də gecikməmişəm - bəlkə də hər şey məhz öz vaxtında baş verir. Özümü, hisslərimi və məqsədlərimdə nə qədər əmin olduğumu məhz bu yaşımda daha yaxşı anladım. Deyirlər ki, insan 30 yaşında artıq müəyyən şeylərə sahib olmalıdır. Amma mən düşünürəm ki, 30 yaş əslində nələrəsə sahib olmaq üçün ən doğru addımları ata biləcəyimiz bir dövrdür. Mən də indi öz yolumda inamla addımlamağa başlamışam.
Ada Süleymanova: "Gülü sevən, tikanına da qatlaşmalıdır" - MÜSAHİBƏVüsalə İbrahimli: Bəs, 29 yaşınıza qədər hansı sferada olmusuz?

Ada Süleymanova: Mən bir neçə il - təxminən 4 ilə yaxın, 22-23 yaşlarımdan başlayaraq turizm sahəsində aparıcı-menecer kimi çalışmışam. Əslində, danışıq tərzim orada da mənə böyük kömək olub. Çünki fəaliyyətim restoran sektoru və qonaqların yerləşdirilməsi üçün otellərlə danışıqlar aparmaqdan ibarət idi. Daha çox türklərlə çalışdığımız üçün onlarla ünsiyyət qurmaq və ortaq dil tapmaq mənim üçün olduqca rahat idi. Eyni zamanda, bu iş mənə insan psixologiyasını daha yaxşı anlamaqda da çox kömək etdi. Müxtəlif yaşda, fərqli xarakterə və sosial təbəqəyə mənsub insanlarla ünsiyyət qururdum. Çalışırdım ki, hər kəslə onun dilində danışım - çünki hamıya eyni danışıq tərzi ilə yanaşmaq mümkün deyil. Böyüklə böyük kimi, kiçiklə kiçik kimi ünsiyyət qurmağın vacibliyini məhz o illərdə öyrəndim. Hələ o vaxtlar ətrafımda olan insanlar da tez-tez deyirdilər ki, mənim diksiyam və danışıq qabiliyyətim efir üçün çox uyğundur və bu sahədə özümü sınamağa dəyər.
Ada Süleymanova: "Gülü sevən, tikanına da qatlaşmalıdır" - MÜSAHİBƏVüsalə İbrahimli: Uşaqlığınızda necə biri idiniz - səhnəni sevən, yoxsa sakit?

Ada Süleymanova:Məktəb illərindən etibarən müxtəlif tədbirlərdə çox fəal olmuşam. Məktəbin AKT zalında keçirilən tədbirlərdə tez-tez iştirak edirdim və hətta 5-ci sinifdə oxuduğum halda belə böyük siniflərin iştirak etdiyi proqramları idarə edirdim. Bu, mənim səhnəyə və çıxış etməyə olan marağımın ilk addımları idi.
İnşa müsabiqələrində də daim fəal olmuşam və əksər hallarda birinci yerləri qazanmışam. Bununla yanaşı, sinifin ən dəcəl uşaqlarından biri də mən olmuşam. (gülür)
Uşaqlıq illərimdə kirayədə yaşadığımız üçün çox məktəb dəyişmişəm. Amma maraqlıdır ki, getdiyim demək olar hər məktəbdə sinif nümayəndəsi seçilirdim. Düşünürəm ki, bunun səbəbi içimdəki liderlik ruhu idi. Özümü heç vaxt məktəbin ən gözəl qızlarından biri hesab etməmişəm və bunun da fərqində idim. Qalın çərçivəli eynək taxırdım. Amma düşünürəm ki, məni fərqləndirən başqa xüsusiyyətlərim var idi - danışıq qabiliyyətim və düşüncə tərzim. Məhz bunların sayəsində həm müəllimlərin rəğbətini qazana bilirdim, həm də məktəbin ən gözəl qızları ilə belə çox yaxşı dostluq edirdim. (gülür)
Ada Süleymanova: "Gülü sevən, tikanına da qatlaşmalıdır" - MÜSAHİBƏVüsalə İbrahimli: Niyə məhz 29 yaşında aparıcılıq? Bu gecikmiş qərardır, yoxsa doğru zaman?

Ada Süleymanova: Belə bir məqam var ki, Vüsalə xanım, mən əlbəttə ki, əvvəlcədən hesablayıb planlaşdırmamışdım ki, məhz 29 yaşımın filan ayında və günündə efirə çıxmalıyam. Həyat bəzən planladığımız kimi getmir və buna müxtəlif səbəblər təsir edir. Bu səbəblərdən biri də şəxsi həyatım olub. Burada bir sevgi hekayəsi, daha doğrusu bir sevgi nakamlığı da var. Mən özümü sevgiyə qurban vermiş bir qadın kimi görmürəm. Amma düşünürəm ki, həyatımda baş verənlərin içində bunun hardasa 70-80 faiz rolu olub. Təbii ki, hamımız Azərbaycan bəylərinin psixologiyasını az-çox bilirik. Çoxu hələ də həyatındakı qadının efirdə olmasına, tanınmasına tam hazır olmur. Mən də nə qədər izah etməyə, dil tökməyə çalışsam da, bu məsələni qəbul etdirmək mümkün olmadı. Maraqlıdır ki, həyatım boyu bir çox insanla ortaq dil tapa bildim, amma həyatımda olan o insana qarşı bəlkə də bir az zəiflik göstərdim. (gülür)
Ümumiyyətlə, qadın sevgidə bütün yükü öz üzərinə götürməyə başlayanda bu onu bir nöqtədən sonra zəiflədir və bəzən öz məqsədlərindən uzaqlaşdıra bilir. Daha sonra təbii ki, başqa mərhələlər başladı: ayrılıq, qəlb yarası, bəzən toksik mübahisələr, psixoloji çətinliklər… Üstəlik, mən kifayət qədər həssas insanam. Təxminən 5 ilə yaxın davam edən bir münasibətdən sonra ayrılıq yaşamaq mənim üçün asan olmadı. Həmin dövrdən sonra isə yenidən özümü toparlamağa çalışdım və bu proses məni gətirib 29 yaşa çıxardı.

Vüsalə İbrahimli: Ailəniz bu qərarınıza necə reaksiya verdi?

Ada Süleymanova: Açığı, ailəmdən çox güclü bir dəstək aldığımı deyə bilmərəm. Atam dünyasını dəyişdiyi üçün həyatımda yalnız anam var. Anam isə həm həkimdir - bilirsiniz ki, həkimlər adətən bir qədər soyuqqanlı və rasional olurlar - həm də dini dəyərlərə çox bağlı bir insandır. Üstəlik, cəmiyyətin fikri, qohum-qardaşın nə deyəcəyi kimi məsələlər də onun üçün müəyyən qədər önəmli idi. Bir də nəzərə alsaq ki, anam mənim xarakterimi yaxşı tanıyır: azad fikirli bir insan olduğumu, eyni zamanda ifrata varmadan daha sərbəst geyim üslubuna sahib olduğumu bilir. Bütün bunları düşündükdə, efirə çıxmaq qərarım ilk vaxtlar onun ürəyincə olan bir seçim deyildi. Amma çox maraqlıdır ki, zaman keçdikcə vəziyyət dəyişdi. İndi bəzən elə olur ki, anam məndən də əvvəl gedib verilişlərimi izləyir. Hətta sonra mənə deyir ki, "filan verilişdə əl-qol hərəkətlərin belə idi", "filan yerdə emosiyan, səs tonun bir az fərqli oldu". Mənə tez-tez məsləhət verir ki, daha çox kitab oxuyum, kitablarla "yatıb-durmaq" lazımdır. Yəni zamanla ailəm də bu yoluma öyrəşdi və artıq mənim seçimlərimə daha anlayışla yanaşır.

Vüsalə İbrahimli: İlk dəfə kamera qarşısına keçəndə nə hiss etdiniz?

Ada Süleymanova: Vüsalə xanım, maraqlı bir məqamı da qeyd edim ki, mən ümumiyyətlə kamera qarşısında özümü heç vaxt bəyənən insan olmamışam. Hətta uzun müddət demək olar ki, çox az şəkil və videoları olan bir xanım idim. Nədənsə kameradan həmişə bir az qaçmışam. Aparıcılıq sahəsini bir kənara qoysaq, sosial şəbəkələrdə də cəmi bir ilə yaxındır aktivəm. Yəni sosial şəbəkələrdən istifadə etməyə də məhz aparıcılığa başladığım dövrdə başladım. Açığı, buna da məni dəyərli müəllimim İradə xanım İsaq bir növ təşviq etdi. Deyirdi ki, sən sosiallaşmalısan, öz profilin, öz auditoriyan olmalıdır. Mənim üçün bu qərarı vermək də, kamera qarşısına keçmək də asan deyildi. Mən bəzən şeirlər səsləndirirəm və bu məşğuliyyət mənə çox xoş gəlir. Hətta həmin şeirləri sadəcə səsləndirməklə kifayətlənmirik. Rejissor Pərviz Əzimzadə ilə birlikdə şeirin ruhuna uyğun kiçik səhnəciklər, görüntülər hazırlayırıq. Məhz ilk dəfə kamera qarşısına da belə bir layihə zamanı çıxmışdım. Daha sonra isə artıq efir kamerasının qarşısına keçdim. Açığı, ilk vaxtlar kameraya baxa bilmirdim, gözümü qaçırırdım, qəribə bir həyəcan, qəhər məni boğurdu. (gülür)
Sonra o görüntüləri izləyənlər deyirdi ki, çox gözəl alınıb. Amma mən özümə baxanda daha çox çatışmazlıqları görürdüm. Bəlkə də başqalarının heç diqqət etmədiyi detalları belə mən özüm üçün böyük minus kimi qəbul edirdim. Hətta belə bir hadisə də olmuşdu: ilk dəfə efirdə özümü izləyəndə yaxın insanları yanıma yığmışdım ki, əvvəlcə onlar baxsın. Özüm isə həyəcanımdan gözlərimi yummuşdum. (gülür)

Vüsalə İbrahimli: Tənqidə açıq birisiniz?

Ada Süleymanova: Maraqlı sualdır, Vüsalə xanım. Belə deyim ki, hələlik elə də ciddi və ya sərt tənqidlərlə qarşılaşmamışam. Nə Instagram səhifəmdə, nə də TikTok hesabımda çox ağır və ya aqressiv rəylər görməmişəm. Bilirsiniz ki, indi demək olar hər kəsin bir neçə saxta profili olur və bəzən insanlar həmin profillərdən istifadə edərək mənfi rəy yazırlar. Amma maraqlıdır ki, hətta mesaj bölmələrimə belə bu tip ismarıclar gəlməyib. Bilmirəm, bəlkə də bu bir qədər mənim enerjimlə və ya auramla bağlıdır. Amma düşünürəm ki, zaman keçdikcə belə hallarla qarşılaşmaq qaçılmaz olacaq.

Vüsalə İbrahimli: Məncə, yerində və düzgün formada edilən tənqidlər əslində çox vacibdir. Çünki bəzən insan özündə fərqinə varmadığı məqamları məhz tənqidlər sayəsində görür, onları düzəldir və daha da inkişaf edir.

Ada Süleymanova: Təbii ki, razıyam. Amma təəssüf ki, bunu hamıya aid etmək mümkün deyil. Çünki çox vaxt insanlar tənqiddən çox təhqirə üstünlük verirlər. Əvvəllər mən də tənqid olunan insanları bir qədər qınayırdım. Amma indi müşahidə edirəm ki, bəzən bəzi tanınmış simalar bu "heyt"i qəsdən yaradırlar. Sanki gündəmdə qalmaq üçün bunu özləri formalaşdırırlar. Amma şəxsi olaraq mən tənqidə açıq bir insanam. Çünki hesab edirəm ki, inkişaf üçün bu lazımdır. Necə deyərlər, gülü sevən onun tikanına da qatlaşmalıdır.
Ada Süleymanova: "Gülü sevən, tikanına da qatlaşmalıdır" - MÜSAHİBƏVüsalə İbrahimli: Bu sahədə özünüzə nümunə götürdüyünüz biri varmı?

Ada Süleymanova: Gənclik illərimdə belə düşüncələrim olub. Oyyy, indi də gəncəm əlbəttə. (gülürük) Daha çox yeniyetməlik dövrümü nəzərdə tuturam. Həmin illərdə bəzi aparıcıları xüsusi maraqla izləyirdim və onlardan ilham alırdım. Məsələn, müəllimim İradə İsaq, Nərgiz Cəlilova, Leyla xanım Quliyeva - xüsusilə onun səsini və diksiyasını çox bəyənirəm - Samirə Mustafayeva, Günel Hümbətova və başqaları mənim diqqətlə izlədiyim aparıcılardan olub. Mənim üçün danışıq hər zaman çox önəmli olub. Çünki dediyim kimi, məktəb illərində də bunun faydasını görmüşəm. Mən inanıram ki, insan bəzən məhz danışıq qabiliyyəti ilə öz taleyində çox şeyi dəyişə bilir. (gülür)
Məktəb vaxtı dediyim kimi kifayət qədər dəcəl bir uşaq idim və etiraf edim ki, bir çox hallarda məni məhz danışıq bacarığım "xilas edirdi". Təbii ki, o dövrdə adlarını çəkdiyim aparıcılar kimi formalaşmış diksiyam yox idi - axı hələ uşaq idim. Amma buna baxmayaraq, artıq o yaşlarda belə anlayırdım ki, düzgün və təsirli danışıq insan üçün çox böyük gücdür.

Vüsalə İbrahimli: "Sən Olsan" layihəsinin ideyası necə yarandı?

Ada Süleymanova: Bizim layihənin rəhbəri görkəmli və məşhur ssenarist Fariz bəy Əliyevdir. O, təkcə bu layihənin deyil, bir çox belə uğurlu layihələrin də yaradıcısıdır. "Sən olsaydın" layihəsini hazırlayarkən Fariz bəy efirə çıxacaq xanım həmkar axtarırdı. Amma eyni zamanda, o özü də ilk dəfə aparıcı kimi özünü sınayırdı və yəqin ki, təcrübəsiz bir xanımla efiri paylaşmaq istəməzdi. Bəlkə də mənim danışıq qabiliyyətim, yaratdığım güvən hissi və onun məndə gördüyü potensial onu inandırdı ki, mən bu layihənin bir üzvü ola bilərəm. Təbii ki, Pərviz bəyin də bu prosesdə rolu çox böyük oldu. Mən həyatda təsadüflərə inanmıram. Düşünürəm ki, insan lazım olan vaxtda, lazım olan yerdə olmalıdır. Mən də həmin zaman doğru insanların yanında oldum və nəticədə bu layihənin bir parçasına çevrildim.

Vüsalə İbrahimli: Verilişin ötürmək istədiyi əsas mesajı nədir?

Ada Süleymanova: Bu verliş sosial sifarişli bir layihədir. Siz bəlkə şahidi olmusunuz ki, insanlar tez-tez başqasının başına gələn hadisələrdən tutmuş həyat tərzi və geyim üslubuna qədər rəy bildirirlər. Məsələn, deyirlər: "Mən olsaydım bunu belə edərdim, o cür yox, bu cür geyinərdim" və s. Bizim verlişdə də iş prinsipi bundan ibarətdir, amma bir fərqlə: buradakı iştirakçının üzünü göstərmirik. Sadəcə olaraq ona başına gələn hadisəni səsləndirməsi üçün uyğun şərait yaradırıq. Bundan əlavə, verlişdə bir məşhur qonağımız da olur. Çünki cəmiyyətimizdə tanınmış insanların belə məsələlərdə verdiyi rəy həmişə maraqla qarşılanır. Bütün verliş boyu əsas məqsədimiz budur: çağırdığımız məşhur qonaq həmin hadisəni danışan şəxsin yerində olsaydı, sözügedən situasiyada nə edərdi?

Vüsalə İbrahimli: Artıq bu verliş bir ildir efirə gedir. Layihədə sizi ən çox təsirləndirən hekayə hansı olub.

Ada Süleymanova: Təsirləndirən məqamlar çox olub, amma mənim üçün ən həssas mövzulardan biri geyimlə bağlı olmuşdu. Həmin buraxılışda bir yox, bir neçə məşhur sima iştirak edirdi. Mən o vaxt demişdim ki, geyim əxlaq ölçüsü deyil. Lakin imkan vermədilər fikrimi tamamlamağa, mən isə natamam cümləmlə tək qalmış oldum. Bu, çox həssas bir mövzudur. Ümumiyyətlə, geyim insanın özünü təqdimetmə tərzidir və yaraşanı yerində geyinmək lazımdır. Mən cazibədar geyinməyi sevirəm, çünki yaşım və bədən quruluşum buna imkan verir. Sözsüz ki, bir neçə ildən sonra mən artıq bu gün özümə icazə verdiyim geyimləri eyni formada geyinməyəcəyəm. Amma bunu cəmiyyətin qınağına görə yox, sadəcə öz istəyimə görə edəcəyəm. Mənim üçün 36-37 yaşın özünəməxsus geyim tərzi var. Qısacası, həmin buraxılışda fikirmlə tək qalmışdım və bu mənə təsir etmişdi.

Vüsalə İbrahimli: Layiənizin adına uyğun olaraq belə sual vermək istəyirəm. Sən olsaydın, həyatında nəyi dəyişərdin?

Ada Süleymanova: Belə bir söz var: "İndiki ağlım olsa, o vaxtki səhvləri etməzdim; amma o vaxtki səhvləri etməsəydim, indiki ağlım olmazdı". Ona görə də, istəsəm belə keçmişi dəyişmək və ya bu situasiyadan qaçmaq mümkün deyil. Sadəcə fərqli nəticələrlə üzləşmək olardı. Ona görə də deyə bilərəm ki, mən olsaydım, elə nə etmişdimsə, yenə də onu edərdim. (gülür)

Vüsalə İbrahimli: Ada Süleymanovanı kamera önündə və kamera arxasında bir-birindən fərqləndirən nədir?

Ada Süleymanova: Mən çox istəyərdim ki, insanlar məni kamera qarşısında da kamera arxasında olduğu kimi görsünlər. Amma açığı, hazırda kamera qarşısında görünən Ada mənim üçün tam olaraq eyni deyil. Kamera önündəki Adanı çox da bəyənmirəm. Düşünürəm ki, indi ekranda gördüyünüz mən, hələ o maraqlı, çılğın, insanlarla tez ünsiyyət qurmağı bacaran, getdiyi ortamlarda enerji saçan Ada deyil. Hələ tam olaraq özümü o şəkildə ekrana gətirə bilmirəm. Amma çalışıram ki, zamanla kamera önündə də həqiqi "mən"i göstərə bilim.
Ada Süleymanova: "Gülü sevən, tikanına da qatlaşmalıdır" - MÜSAHİBƏVüsalə İbrahimli: Sizi ən çox motivasiya edən nədir bu həyatda?

Ada Süleymanova: Motivasiya sözü "motiv"dən götürülüb. Yəni, əgər sizin aydın bir motiviniz, hədəfiniz, qərarınız yoxdursa, ətrafınızdakı ən motivasiyaverici insanlar belə sizə çox kömək edə bilməz. Bir dönəm mən breket taxırdım, diş strukturumdakı problemləri düzəltmək üçün, həm də aparıcılıq üçün. O vaxt ətrafımda çox motivasiyaverici insanlar vardı. Deyirdilər: "Səni breketli halında belə qəbul edirik, əsas odur ki, sən gəl". Həmin dövrdə motivasiyam inanın ki, indiki vaxtımdan da çox idi. Amma motivim düzgün olmadığı üçün və hədəfimən tam əmin olmadığım üçün o yoldan döndüm. Demək olar ki, mən özümü ayağa qaldıran, özümü tənqid edən, "özümü döyən" bir insanam. Hətta nə qədər motivasiya verilsə də, sonda qərarı mən verirəm. Qarşımdakı ağıllı bir insandırsa, onun sözlərinə qulaq asıram, amma yekunda yenə də qərar mənimdir. Özümü motivasiya etməyi bacarıram. Bir də belə bir xarakterim var: əgər kimsə mənə deyirsə "bunu edə bilməzsən", onda içimdə bir güc yaranır və deyirəm: "Mən bunu edəcəm." Amma məni çox tərifləmək olmaz. Tərif eşidəndə rahatlaşıram. (gülür)

Vüsalə İbrahimli: Müsahibə üçün təşəkkür edirəm, xoş oldu sizi yaxından tanımaq!

Ada Süleymanova: Mən təşəkkür edirəm! Bu müsahibə mənim üçün debüt oldu, ona görə də ömürlük yaddaqalan bir təcrübədir.
Ada Süleymanova: "Gülü sevən, tikanına da qatlaşmalıdır" - MÜSAHİBƏ


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 183   Tarix: 05 mart 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Naxçıvan hədəf alındı: Bakı Tehranı beynəlxalq hüququ pozmaqda ittiham edir

"İranın "Şahid" pilotsuz uçuş aparatları ilə Naxçıvan hava limanına hücum etməsi beynəlxalq hüququn, xüsusilə də suveren dövlətlərin ərazi bütövlüyü prinsipinin açıq şəkildə pozulması kimi qiymətləndirilir". Bunu BİG.AZ-a açıqlamasında politoloq Turan Rzayev bildirib. O, qeyd edi

14:53 430
.

Naxçıvana hücum edən İran dronu haqqında BİLMƏDİKLƏRİMİZ: Hədəfə çırpılaraq PARTLAYIR - VİDEO

İranın Naxçıvan aeroportuna hücumu "Arash-2" kamikadze pilotsuz uçuş aparatı (PUA) vasitəsilə həyata keçirilib. -ın araşdırmasına görə, bu, İranın son illərdə təqdim etdiyi uzaqmənzilli zərbə dronlarından biridir və hədəfə çırpılaraq partlayan kamikadze tipli pilotsuz uçuş aparatları sinfin

15:27 371
.

Ürəyin daha tez qocalmasına səbəb olan vərdiş

Ürək sağlamlığından danışarkən insanların çoxu ilk növbədə düzgün qidalanma və fiziki aktivliyi düşünür. Şübhəsiz ki, bunlar vacibdir. Lakin kardioloqlar qeyd edirlər ki, ürək-damar sistemini səssiz şəkildə qocaldan daha bir amil var yuxu çatışmazlığı. xarici mediaya istinadən bildirir ki, dietoloq v

20:00 140
.

"Etirazlara başlayacağıq" - Təbrizli gənclər BƏYANAT VERDİ

Təbriz Gənclər İttifaqı İranın Azərbaycana hücumu ilə bağlı bəyanat verib. -ın "MOUZE" teleqram kanalına istinadən məlumatına görə, bəyanatda bildirilir: . "Biz tez bir zamanda İran rəsmilərindən Azərbaycan ərazisinə müdaxilə ilə bağlı açıqlama gözləyirik. Qeyri müəyyən məqamlar var, amm

19:00 225
.

İsrail Tehranda idman zallarına zərbə endirib

İsrailin hava hücumları İranın paytaxtı Tehranda iki qapalı idman zalına zərbələr endirib. BİG.AZ Associated Press-ə istinadən xəbər verir ki, hədəf seçimi üçün dərhal heç bir izahat verilməyib. Lakin İranın hərbiləşdirilmiş İnqilab Keşikçiləri və onun könüllülərdən ibarət Bəsicləri əvvəlki hava hücumlar

16:21 207
.

Rutte: NATO İran müharibəsində iştirak etmir, amma dəstək verir

NATO rəhbəri Rutte bildirib ki, NATO müharibədə iştirak etmir, amma dəstək verir. BİG.AZ Reuters-ə istinadən xəbər verir ki, o, NATO müttəfiqlərinin ABŞ-İsrail müharibəsində iştirak etmədiyini, lakin "əsas dəstək təmin etdiklərini" söyləyib. "Burada gördüyümüz odur ki, NATO, bu mənada

16:05 209
.

Yeni "Qoşa" lotereyası satışa çıxıb

Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru "Azərlotereya" bir-birindən maraqlı oyunları ilə sevindirməyə davam edir. Bu dəfə yeni "Poz-Qazan" oyunu "Qoşa" lotereyasının biletləri satışa çıxıb. 40 ədəd 400 manat böyük uduş və minlərlə digər uduşlarl

16:03 217
.

Prezident: "Bu şərəfsizlər, bizə qarşı bu terror aktını törədənlər peşman olacaqlar"

"Bu şərəfsizlər, bizə qarşı bu terror aktını törədənlər peşman olacaqlar. Bizim gücümüzü sınamasınlar". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Təhlükəsizlik Şurasının iclasında söyləyib. "Bizim gücümüzü sınamaq istəyənlərin başı "Dəmir yumruq" vasitəsil

17:28 309
.

Üçüncü adam artıqdır: Valideyn məsləhətləri niyə güclü gənc ailələri məhv edir

Gənc cütlüklər çox vaxt münasibətlərini özləri quracaqlarına əmin olurlar. Lakin zaman keçdikcə reallıq onların gözləntilərini dəyişir. Xüsusilə də valideynlərin ailə həyatına fəal şəkildə müdaxilə etməsi vəziyyəti daha da çətinləşdirir. Mütəxəssislərin sözlərinə görə, yaşlı nəslin verdiyi məsləhətlə

19:15 147
.

TOP MP3