Tehrana ağır zərbə: ABŞ və İsrail əməliyyatının ilk nəticələri - POLİTOLOQDAN AÇIQLAMA

Tehrana ağır zərbə: ABŞ və İsrail əməliyyatının ilk nəticələri - POLİTOLOQDAN AÇIQLAMAABŞ və İsrailin İrana qarşı həyata keçirdiyi hərbi əməliyyatların ilk günü böyük hərbi uğur kimi təqdim olunur. Əməliyyatlar nəticəsində İranın ali lideri Ayətullah Xamneyinin öldürüldüyü barədə məlumatların yayılması diqqət çəkib və bu hadisə hücumların ən böyük nəticələrindən biri kimi göstərilir. ABŞ-ın keçmiş prezidenti Donald Trump isə açıqlamasında əməliyyatların son dərəcə uğurlu olduğunu bildirərək İran hökumətinin 48 yüksək rütbəli nümayəndəsinin zərərsizləşdirildiyini bildirib. Onun sözlərinə görə, həyata keçirilən hücumlar İranın hərbi və siyasi rəhbərliyinə ciddi zərbə vurub və əməliyyatlar ABŞ və İsrail üçün böyük uğurla nəticələnib.
Tehrana ağır zərbə: ABŞ və İsrail əməliyyatının ilk nəticələri - POLİTOLOQDAN AÇIQLAMAMövzu ilə bağlı AJM Mərkəzinin politoloqu Rüstəm Tağızadə BiG.AZ-a açıqlamasında bildirdi ki, bir neçə gündür davam edən bu müharibə gözlənilən idi. Onun sözlərinə görə, 7 Oktyabr 2023-cü il tarixində Həmas terror təşkilatı və İsrail arasında başalayan müharibə onu göstərdi ki, İranın proksi qüvvələrinə qarşı müharibə başlayacaq və bu gözlənilən idi: "Çünki İranın ətrafında olan halqa daralırdı. ABŞ və İsrail birinci növbədə İranda rejimin dəyişməsini istəyirlər. Eyni zamanda zənginləşdirilmiş uranı İranın əlindən almaq istəyirlər ki, İran heç bir vaxt qonşu ölkələrə təhdid yaratmasın və öz imperyalist ambisiyalarından çəkinsinlər. Rejim dəyişikliyinin olması bir az çətin məsələdir. Çünki düşünürəm ki, bunun üçün İranda quru hərbi əməliyyatları keçirilməlidir və xalq özü buna razı olmalı, rejimə qarşı ayağa qalxmalıdır.

Yəni bunlar uzun proseslərdir. Buna baxmayaraq ABŞ təbiiki hərbi gücdən istifadə edir və hərbi əməliyyatlarda Yaxın Şərqdəki hərbi bazalarından istifafə edir. Eyni zamanda ABŞ-ın B2 kimi güclü bombardımançı təyyarələri var. Nəzərə almaq lazımdır ki, İran ordusuda zəif deyil və İran bu müharibədə körfəz ölkələrinə problem yaratdı. Bu müharibədə məsələ müharibəni udmaq və ya uduzmaq məsələsi deyil. Yəni ABŞ-ın konkret məqsədləri var və bu məqsədlərə nail olmaq istəyir. ABŞ istəyirki Yaxın Şərq onun nəzarətində olsun və Yaxın Şərqdə ABŞ-dan icazəsiz addımlar atılmasın. Yəni ABŞ-ın əsas məqsədi budur və təbiiki İsraildə buna çalışır. İsrail istəyir ki, İranın əlində zənginləşdirilmiş uran olmasın".

Müəllif: İlkin Məmmədkərimov


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 771   Tarix: 06 mart 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycanda koronavirusa yoluxanların SAYI AÇIQLANDI: 29 nəfər ÖLDÜ - FOTO

Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 042 yeni yoluxma faktı qeydə alınıb, 3 224 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib. İndiyədə

18.09.2021 2874
.

Təhsil Nazirliyindən tələbələrə ŞAD XƏBƏR

Oktyabrın əvvəlindən təhsil tələbə kreditlərinin verilməsinə başlayacağıq. XəzərXəbər xəbər verir ki, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli Trend-in sualını cavablandırarkən deyib. N.Məmmədli bildirib ki, kreditin verilməsi qaydası da müyyənləşdirilib:

18.09.2021 2497
.

Nəriman Abbasov Həbib Nurməhəmmədovun qohumuna nokautla qalib gəldi - VİDEO

Bu gecə Moskvada rusiyalı sabiq UFC çempionu Həbib Nurməhəmmədovun atası Əbdülmanaf Nurməhəmmədovun xatirəsinə həsr edilən turnir keçirilib. xəbər verir ki, yarış çərçivəsində azərbaycanlı döyüşçü Nəriman Abbasov rusiyalı Şamil Zavurovla qarşılaşıb. Abbasov rəqibini ilk raunddaca nokauta salıb. Qey

18.09.2021 831
.

Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini

18.09.2021 865
.

Azərbaycanda BƏDBƏXT HADİSƏ: Uşaq əlini yuyarkən su kanalında batıb

Şəmkir rayonunda əlini yuyarkən su kanalına düşüb. -ın məlumatına görə, hadisə rayonun Qılıncbəyli kəndində qeydə alınıb. 2012-ci il təvəllüdlü Nihat Tağıyev kənd ərazisində yerləşən kanalda əlini yuyarkən ayağı sürüşüb və batıb. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağl

18.09.2021 914
.

MN: "Minaatan bölmələri hədəflərə döyüş atışları yerinə yetirir" - VİDEO

2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun minaatan bölmələri ilə keçirilən intensiv döyüş hazırlığı məşğələləri davam edir. Müdafiə Nazirliyindən BİG.AZ-a verilən məlumata görə, məşğələlərdə batareyanın atəş mövqeyini tutması və komanda müşahidə məntəqəsinin açılması tapşırıqlar

18.09.2021 245
.

Milli Musiqi Günüdür

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi

18.09.2021 304
.

Sinemi o əvəz edəcək - FOTO

Türkiyəli aktrisa Sinem Kobal "Mahkum" serialına çəkilməkdən imtina edib. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə aktrisanın qızına vaxt ayırmaq istəməsi olub. Ekran işində Onur Tunanın tərəf müqabili isə Seray Kaya olub. Qeyd edək ki, serialda İsmayıl Hacıoğlu da yer alacaq

17.09.2021 3477
.

Cənub bölgəsi ilə bağlı "12-dən sonra işləmir" deyimi haradan yaranıb?

Niyə bəziləri talışlar haqqında "saat 12-dən sonra işləmir" ifadəsini istifadə edirlər?. xəbər verir ki, bu barədə aparıcı, nitq təlimçisi Cəlalə Nəzəroğlu sosial şəbəkədə paylaşım edib. O bildirib ki, bu deyim talışların fiziki işlərinə görə yaranıb:. "Çox təəssüf ki, bizdə bəziləri insanlar

18.09.2021 1826
.