"Dəmir yumruq" mesajı: Prezident İlham Əliyev İran üçün ciddi siqnal verdi
Azərbaycanın İrana cavabı gecikmədi. Bu, ölkənin bir nömrəli şəxsinin - Prezident İlham Əliyevin - timsalında ortaya çıxdı. Martın 5-də Prezidentin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib və burada bir sıra mühüm məsələlər müzakirə olunub.
Mövzu ilə bağlı BiG.AZ-a açıqlama verən politoloq Turan Rzayev bildirib ki, Prezidentin çıxışında açıq məyusluq, qəzəb və eyni zamanda özünə inam hissi diqqəti çəkib. Görünür ki, Azərbaycan İrandan Naxçıvana yönəlik hücumu gözləmirdi. Prezidentin sözlərindən bəzi nüanslar bu məyusluğu təsdiqləyir:
"Son hadisələr baş verən kimi biz onlara xəbər göndərdik, başsağlığı verdik. Xarici işlər naziri mənim göstərişimlə həmkarı ilə danışdı. Mən onların səfirliyinə gedib başsağlığı vermək üçün öz mövqeyimi bildirdim. Halbuki məndən başqa heç bir dövlət başçısı İran səfirliyinə getməyib. Bu şərəfsizlər, bizə qarşı bu terror aktını törədənlər peşman olacaqlar."
"Bu gün səhər mənə məlumat verildi ki, İranın Xarici İşlər Nazirinin müavini Bakıya zəng edir və xahiş edir ki, İran səfirliyinin Livanda qalmış əməkdaşlarının təxliyəsinə Azərbaycan kömək etsin. Mən dərhal göstəriş verdim ki, kömək göstərilsin, təyyarə göndərilsin. Lazım deyil ki, pul da versinlər. İndi dar gündə biz kömək göstərməsək, bəs nə vaxt göstərməliyik? Bütün bunların müqabilində Naxçıvana zərbə endirmək… Bu ləkə onların simasından heç vaxt silinməyəcək. Ona görə diplomatik yollarla bütün lazımi tədbirlər görüləcək."
Bu çıxışlar göstərir ki, Azərbaycan heç bir halda İrana qarşı edilən hücumları dəstəkləməyib və hətta pisləyib. Lakin İranın Naxçıvana hücumu hər şeyi dəyişdirir.
Rəsmi Bakı açıq şəkildə bildirir ki, bundan sonra "hər şeyə cavab olacaq və hər şeyə hazır olun". Prezidentin "Dəmir yumruq" ifadəsini yenidən işlətməsi ciddi siyasi mesajdır. Bu termin simvolik olaraq 44 günlük Vətən Müharibəsi ilə əlaqələndirilir.
Eyni zamanda Prezident vurğulayıb:
"Diplomatik yollarla bütün lazımi tədbirlər görüləcək. Bizim Silahlı Qüvvələrimiz - Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, digər Xüsusi Təyinatlı Qüvvələr bir nömrəli səfərbərlik vəziyyətinə gətirilib və istənilən əməliyyatı keçirməyə hazır olmalıdırlar."
Top artıq İrandadır və mollalar strateji qərarlar verməli olacaqlar. Prezident əməliyyatların planlaşdırılmasını tapşırıb, amma konkret addımlar barədə danışmayıb. Bu qeyri-müəyyənlik Azərbaycana strateji üstünlük verir, xüsusilə Güney Azərbaycan faktoru nəzərə alınmalıdır.
Rəsmi Bakı ehtimal ki, Ankara ilə məsləhətləşmələr aparır və müttəfiqi ilə atılacaq addımları razılaşdıracaq. Hətta hərbi təlimlərə Türkiyə hava qüvvələri və personalı da qoşula bilər. Əgər İran tərəfdən hücumlar davam etsə, Çaldıran ovasında Türkiyə və Azərbaycan bir araya gələ bilər, lakin bu dəfə ortaq düşmənə qarşı.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1083 Tarix: 06 mart 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAzərbaycanda koronavirusa yoluxanların SAYI AÇIQLANDI: 29 nəfər ÖLDÜ - FOTO
Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 042 yeni yoluxma faktı qeydə alınıb, 3 224 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib. İndiyədə
18.09.2021 2874 Təhsil Nazirliyindən tələbələrə ŞAD XƏBƏR
Oktyabrın əvvəlindən təhsil tələbə kreditlərinin verilməsinə başlayacağıq. XəzərXəbər xəbər verir ki, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli Trend-in sualını cavablandırarkən deyib. N.Məmmədli bildirib ki, kreditin verilməsi qaydası da müyyənləşdirilib:
18.09.2021 2497 Nəriman Abbasov Həbib Nurməhəmmədovun qohumuna nokautla qalib gəldi - VİDEO
Bu gecə Moskvada rusiyalı sabiq UFC çempionu Həbib Nurməhəmmədovun atası Əbdülmanaf Nurməhəmmədovun xatirəsinə həsr edilən turnir keçirilib. xəbər verir ki, yarış çərçivəsində azərbaycanlı döyüşçü Nəriman Abbasov rusiyalı Şamil Zavurovla qarşılaşıb. Abbasov rəqibini ilk raunddaca nokauta salıb. Qey
18.09.2021 831 Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini
18.09.2021 865 Azərbaycanda BƏDBƏXT HADİSƏ: Uşaq əlini yuyarkən su kanalında batıb
Şəmkir rayonunda əlini yuyarkən su kanalına düşüb. -ın məlumatına görə, hadisə rayonun Qılıncbəyli kəndində qeydə alınıb. 2012-ci il təvəllüdlü Nihat Tağıyev kənd ərazisində yerləşən kanalda əlini yuyarkən ayağı sürüşüb və batıb. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağl
18.09.2021 914 MN: "Minaatan bölmələri hədəflərə döyüş atışları yerinə yetirir" - VİDEO
2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun minaatan bölmələri ilə keçirilən intensiv döyüş hazırlığı məşğələləri davam edir. Müdafiə Nazirliyindən BİG.AZ-a verilən məlumata görə, məşğələlərdə batareyanın atəş mövqeyini tutması və komanda müşahidə məntəqəsinin açılması tapşırıqlar
18.09.2021 245 Milli Musiqi Günüdür
Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi
18.09.2021 304 Sinemi o əvəz edəcək - FOTO
Türkiyəli aktrisa Sinem Kobal "Mahkum" serialına çəkilməkdən imtina edib. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə aktrisanın qızına vaxt ayırmaq istəməsi olub. Ekran işində Onur Tunanın tərəf müqabili isə Seray Kaya olub. Qeyd edək ki, serialda İsmayıl Hacıoğlu da yer alacaq
17.09.2021 3477 Cənub bölgəsi ilə bağlı "12-dən sonra işləmir" deyimi haradan yaranıb?
Niyə bəziləri talışlar haqqında "saat 12-dən sonra işləmir" ifadəsini istifadə edirlər?. xəbər verir ki, bu barədə aparıcı, nitq təlimçisi Cəlalə Nəzəroğlu sosial şəbəkədə paylaşım edib. O bildirib ki, bu deyim talışların fiziki işlərinə görə yaranıb:. "Çox təəssüf ki, bizdə bəziləri insanlar
18.09.2021 1826