İranın Naxçıvanı vurması nəticəsində 4 nəfər yaralandı - POLİTOLOQDAN AÇIQLAMA

İranın Naxçıvanı vurması nəticəsində 4 nəfər yaralandı - POLİTOLOQDAN AÇIQLAMAİranın Naxçıvan istiqamətinə raket zərbəsi endirməsi bölgədə ciddi narahatlıq yaradıb. Hadisə nəticəsində 4 nəfərin yaralandığı bildirilir. Hücumdan sonra ərazidə təhlükəsizlik tədbirləri gücləndirilib və baş verənlərin detalları araşdırılır. Naxçıvan Muxtar Respublikası Azərbaycanın strateji əhəmiyyətə malik bölgələrindən biri olduğundan, bu hadisə regionda gərginliyin artmasına səbəb olub və vəziyyət diqqətlə izlənilir.
İranın Naxçıvanı vurması nəticəsində 4 nəfər yaralandı - POLİTOLOQDAN AÇIQLAMAMövzu ilə bağlı politoloq Aytən Qurbanova BiG.AZ-a açıqlamasında bildirdi ki, Naxçıvana olan hücum və İran rəsmilərinin bu istiqamətdə qeyri-adekvat yanaşma nümayiş etdirməsi, hər hansı məsuliyyətli bir mövqeyin nümayiş olunmaması onu deməyə əsas verir ki, son bir neçə gündə İran-ABŞ İsrail müharibəsi fonunda İranın region dövlətlərini hədəf alması və ardınca Türkiyə, Azərbaycanın hədəf olaraq seçilməsi, İranın hərbi əməliyyatlarının arealını genişləndirmək, yada ittiham etdiyi dövlətlərin siyahısını genişləndirmək yolu ilə müdafiə mexanizmini formalaşdırmaq cəhdidir. Amma onuda nəzərə almaq lazımdır ki, Azərbaycanda, Türkiyədə hər zaman İrana münasibətdə İranın ərazi bütövlüyü, suverenliyi hörmət prinspi və İrana olan hücumların beynəlxalq hüquqa zidd addımlar olması ilə bağlı aydın və konkret mövqe nümayiş etdirib. Həttda cənab prezident dünya liderləri arasında yeganə liderdir ki, İranın ali liderinin öldürülməsi ilə bağlı İranın Azərbaycanda yerləşən diplomatik nümayəndəliyini ziyarət edib və başsağlığını çatdırıb. Onun sözlərinə görə, cənab prezidentin dünən keçirilən Təhlükəsizlik Şurasının iclasında verdiyi önəmli mesajlar nəticəsində düşünürəm ki, İran hakimiyyətində mövcud rejimdə Azərbaycanla münasibətlərdə hər hansısa bir formada qeyri-ciddi yanaşmanı heç bir halda qəbul edilməyəcəyi və Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin hər hansısa bir dövlətin hədəfi ola bilməyəcəyi ilə bağlı aydın şəkildə təsəvvür artıq formalaşıb: "Ona görədə bu istiqamətdə atılan addımın müəyyən mənada məsuliyyətindən yayınmaq cəhdlərini biz müşahidə edirik. Amma istənilən halda İran bununla bağlı məsuliyyəti öz üzərinə götürməli, üzr istəməli və eyni zamanda bu addımın və hər hansı bir hücum əməliyyatının təkrarlanmayacağı ilə bağlı konkret mövqe nümayiş etdirməlidir. Hər hansısa bir mənbələrin, media qurumlarının, yada üçüncü, dördüncü şəxslərin verə biləcəyi hər hansı informasiya düşünürəm ki, proseslərlə bağlı qeyri-ciddi yanaşma formalaşdırır.

Bu heç bir halda qəbul edilən deyil. Qlobal media qurumlarında və İran mərkəzli media qurumlarında paylaşılan məlumatlar, İran rəsmilərinin müvafiq istiqamətdə olan açıqlamalarında biz aydın şəkildə müşahidə edirik ki, hal-hazırda İranda ciddi hakimiyyət böhranı var və bu böhran fonunda artıq İranın adekvat cavab reaksiyaları birmənalı xarakter daşımır və regionun bütün dövlətləri üçündə ciddi təhdid formalaşdırır. Bu heç bir halda İrana müsbət təsir edə biləcək, yada müsbət nəticələr ehtiva edəcək bir addım deyil. Nə Azərbaycan, nə Türkiyə, nədə regionun digər dövlətləri bu istiqamətdə olan addımların hər hansısa bir formada davamlı şəkildə cavabsız qoymayacağını açıq şəkildə ifadə edib. Hər bir halda bizim cavab reaksiyası vermək hüququmuz qorunur.

Beynəlxalq hüquqa uyğun olaraq Azərbaycanın öz ərazi bütövlüyü, suverenliyi və təhlükəsizliyi ilə bağlı ola biləcək bütün təhdidlərdə atacağı addımlar heç bir halda bizim üçün məsuliyyət yaratmır. Bu istiqamətdə ola biləcək bütün addımlarda məsuliyyət hər zaman qarşı tərəfin üzərində olur. Bu həqiqətləri və yanaşmaları nəzərə alaraq, düşünürəm ki, İran rəsmiləri tərəfindən konkret mövqe ortaya qoyulmalı və atılan səhv addıma görə üzrhaqlıq bildirilməlidir".

Müəllif: İlkin Məmmədkərimov


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1052   Tarix: 06 mart 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycanda koronavirusa yoluxanların SAYI AÇIQLANDI: 29 nəfər ÖLDÜ - FOTO

Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 042 yeni yoluxma faktı qeydə alınıb, 3 224 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib. İndiyədə

18.09.2021 2874
.

Təhsil Nazirliyindən tələbələrə ŞAD XƏBƏR

Oktyabrın əvvəlindən təhsil tələbə kreditlərinin verilməsinə başlayacağıq. XəzərXəbər xəbər verir ki, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli Trend-in sualını cavablandırarkən deyib. N.Məmmədli bildirib ki, kreditin verilməsi qaydası da müyyənləşdirilib:

18.09.2021 2497
.

Nəriman Abbasov Həbib Nurməhəmmədovun qohumuna nokautla qalib gəldi - VİDEO

Bu gecə Moskvada rusiyalı sabiq UFC çempionu Həbib Nurməhəmmədovun atası Əbdülmanaf Nurməhəmmədovun xatirəsinə həsr edilən turnir keçirilib. xəbər verir ki, yarış çərçivəsində azərbaycanlı döyüşçü Nəriman Abbasov rusiyalı Şamil Zavurovla qarşılaşıb. Abbasov rəqibini ilk raunddaca nokauta salıb. Qey

18.09.2021 831
.

Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini

18.09.2021 865
.

Azərbaycanda BƏDBƏXT HADİSƏ: Uşaq əlini yuyarkən su kanalında batıb

Şəmkir rayonunda əlini yuyarkən su kanalına düşüb. -ın məlumatına görə, hadisə rayonun Qılıncbəyli kəndində qeydə alınıb. 2012-ci il təvəllüdlü Nihat Tağıyev kənd ərazisində yerləşən kanalda əlini yuyarkən ayağı sürüşüb və batıb. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağl

18.09.2021 914
.

MN: "Minaatan bölmələri hədəflərə döyüş atışları yerinə yetirir" - VİDEO

2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun minaatan bölmələri ilə keçirilən intensiv döyüş hazırlığı məşğələləri davam edir. Müdafiə Nazirliyindən BİG.AZ-a verilən məlumata görə, məşğələlərdə batareyanın atəş mövqeyini tutması və komanda müşahidə məntəqəsinin açılması tapşırıqlar

18.09.2021 245
.

Milli Musiqi Günüdür

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi

18.09.2021 304
.

Sinemi o əvəz edəcək - FOTO

Türkiyəli aktrisa Sinem Kobal "Mahkum" serialına çəkilməkdən imtina edib. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə aktrisanın qızına vaxt ayırmaq istəməsi olub. Ekran işində Onur Tunanın tərəf müqabili isə Seray Kaya olub. Qeyd edək ki, serialda İsmayıl Hacıoğlu da yer alacaq

17.09.2021 3477
.

Cənub bölgəsi ilə bağlı "12-dən sonra işləmir" deyimi haradan yaranıb?

Niyə bəziləri talışlar haqqında "saat 12-dən sonra işləmir" ifadəsini istifadə edirlər?. xəbər verir ki, bu barədə aparıcı, nitq təlimçisi Cəlalə Nəzəroğlu sosial şəbəkədə paylaşım edib. O bildirib ki, bu deyim talışların fiziki işlərinə görə yaranıb:. "Çox təəssüf ki, bizdə bəziləri insanlar

18.09.2021 1826
.