"İrandan gələn hücuma aydınlıq gətirilməsi bizim əsas gözləntimizdir" - Binəli Yıldırım

"İrandan gələn hücuma aydınlıq gətirilməsi bizim əsas gözləntimizdir" - Binəli Yıldırım"Azərbaycan xalqını səmimi qəlbdən salamlayıram. Ramazan ayınız mübarək olsun. Qarşıdan gələn bayramların bütün insanlara sevinc və bərəkət gətirməsini arzulayıram. Naxçıvana İran hava məkanından həyata keçirilmiş PUA hücumunu qətiyyətlə və şiddətlə pisləyirəm. Bu cür təxribat xarakterli addımlar təkcə bir bölgənin deyil, bütün bölgənin gələcəyinə, sülh və sabitlik arzusuna zərbə vurur. Qafqazda sülh mühitinin və qardaşlıq ruhunun zədələnməsinə yönəlmiş hər hansı addımın qarşısında Türkiyə və bütün türk dünyası olaraq hər zaman qardaş Azərbaycan xalqının yanında olduğumuzu qətiyyətlə ifadə edirik. Eyni zamanda bu hadisə ilə İran tərəfindən gərginliyi azaldan və sabitliyə xidmət edən addımların atılmasını gözlədiyimizi də xüsusilə vurğulamaq istəyirik. Çünki bölgəmizin gələcəyi qarşıdurmalarla deyil, dialoq və sabitliklə qurula bilər. Bu hadisə ilə əlaqədar Naxçıvandakı qardaşlarımıza səmimi keçmiş olsun diləklərimizi çatdırırıq. Sözlərimi böyük hörmət və ehtiramla, Cənab İlham Əliyevə salam və ən xoş arzularımızı çatdıraraq tamamlamaq istəyirəm. Qafqazda sülhün, sabitliyin, əməkdaşlığın daha da güclənməsini Rəbbimizdən diləyirəm".

Bu fikirləri Azərbaycan və Türkiyə jurnalistlərinin sosial platforma üzərindən ortaq-birgə yayımı zamanı Türkiyənin keçmiş Baş naziri, Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım canlı yayıma qoşularaq bildirib. O, "Manset.az" xəbər portalının baş redaktoru Əli Vəliyev, "Azxəbər.com" saytının baş redaktoru Hacıbəy Heydərli, "Time Media Haber"in rəhbəri Ali Kan və tanınmış jurnalist Elvin Basqallının ortaq canlı yayımı zamanı son hadisələrlə əlaqədar olaraq bir sıra suallara cavab verib:

Ali Kan: Naxçıvanda baş verən hücumdan sonra İrandan təkzib açıqlaması gəldi. Siz bununla bağlı nə düşünürsünüz? Türkiyə ilə Azərbaycanın bu müddətdəki birlik mesajı haqqında nə deyə bilərsiniz?

"Türkiyə, Azərbaycan və Türk dünyası qardaşdır, birdir, bərabərdir. Bizim qardaşımıza edilən hücum bütün qardaşlarımıza edilmiş bir hücumdur. Buna görə də hərəkət edilir. İran hava məkanından gələn bu hücuma hansısa formada aydınlıq gətirilməsi Azərbaycanın və bizlərin əsas gözləntisidir. Eyni zamanda bizim torpaqlarımıza yönəldilən raket zərərsizləşdirilib. İranda cərəyan edən bu qarşıdurmaların bölgəmizə yayılmasını təhlükəli hesab edirik. Tezliklə sona çatmasını arzulayırıq.

Hacıbəy Heydərli: İrandan Türkiyəyə bir neçə gün öncə raket atıldı və NATO tərəfindən bunun qarşısı alındı. Bununla bağlı fikirlərinizi bilmək istəyərik. Yenidən belə bir addım atılarsa, bunun qarşılığı necə olacaq?

"Türkiyə ölkəsinə və torpaqlarına olacaq hər hansı bir hücuma qarşı hər zaman hazırdır. Ümid edirik ki, belə səhv bir daha təkrar olunmaz".

Elvin Basqallı: Artıq 10-dan çox ölkəyə hücum olunub. Üçüncü Dünya Müharibəsinin başlama ehtimalı varmı?

"Təbii ki, heç kim bu savaşın bütün dünyaya yayılmasını istəməz. Ən pis sülh ən yaxşı savaşdan daha yaxşıdır. Dolayısıyla, mübarək Ramazan ayında sülhün hökm sürməsini arzulayırıq. İnsanlığın yalnız və yalnız sülhdən yana olmasını diləyirik".

Əli Vəliyev: İran, həqiqətən də, Türkiyə və Azərbaycanı bölgədə müharibəyə çəkmək istəyir?

"Cənab İlham Əliyevin Xameneinin vəfatı ilə əlaqədar səfirlikdə başsağlığı kitabını imzalamasından sonra belə bir hadisənin baş verməsi böyük talehsizlikdir. Bu, çox üzücü bir hadisədir. Mən spekulyasiya üzərində bir fikir formalaşdırmaq niyyətində deyiləm. Bölgə olaraq, türk dünyası olaraq bu savaşın daha da böyüməməsini arzulayırıq. Bunun üçün hər ölkənin üzərinə düşən vəzifələr var. Amma ediləcək ağılsız davranışlara qarşı daim hazır olduğumuzu tərəflərin bilməsində fayda var".

"İrandan gələn hücuma aydınlıq gətirilməsi bizim əsas gözləntimizdir" - Binəli Yıldırım


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 841   Tarix: 06 mart 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycanda koronavirusa yoluxanların SAYI AÇIQLANDI: 29 nəfər ÖLDÜ - FOTO

Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 042 yeni yoluxma faktı qeydə alınıb, 3 224 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib. İndiyədə

18.09.2021 2874
.

Təhsil Nazirliyindən tələbələrə ŞAD XƏBƏR

Oktyabrın əvvəlindən təhsil tələbə kreditlərinin verilməsinə başlayacağıq. XəzərXəbər xəbər verir ki, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli Trend-in sualını cavablandırarkən deyib. N.Məmmədli bildirib ki, kreditin verilməsi qaydası da müyyənləşdirilib:

18.09.2021 2497
.

Nəriman Abbasov Həbib Nurməhəmmədovun qohumuna nokautla qalib gəldi - VİDEO

Bu gecə Moskvada rusiyalı sabiq UFC çempionu Həbib Nurməhəmmədovun atası Əbdülmanaf Nurməhəmmədovun xatirəsinə həsr edilən turnir keçirilib. xəbər verir ki, yarış çərçivəsində azərbaycanlı döyüşçü Nəriman Abbasov rusiyalı Şamil Zavurovla qarşılaşıb. Abbasov rəqibini ilk raunddaca nokauta salıb. Qey

18.09.2021 831
.

Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini

18.09.2021 865
.

Azərbaycanda BƏDBƏXT HADİSƏ: Uşaq əlini yuyarkən su kanalında batıb

Şəmkir rayonunda əlini yuyarkən su kanalına düşüb. -ın məlumatına görə, hadisə rayonun Qılıncbəyli kəndində qeydə alınıb. 2012-ci il təvəllüdlü Nihat Tağıyev kənd ərazisində yerləşən kanalda əlini yuyarkən ayağı sürüşüb və batıb. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağl

18.09.2021 914
.

MN: "Minaatan bölmələri hədəflərə döyüş atışları yerinə yetirir" - VİDEO

2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun minaatan bölmələri ilə keçirilən intensiv döyüş hazırlığı məşğələləri davam edir. Müdafiə Nazirliyindən BİG.AZ-a verilən məlumata görə, məşğələlərdə batareyanın atəş mövqeyini tutması və komanda müşahidə məntəqəsinin açılması tapşırıqlar

18.09.2021 245
.

Milli Musiqi Günüdür

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi

18.09.2021 304
.

Sinemi o əvəz edəcək - FOTO

Türkiyəli aktrisa Sinem Kobal "Mahkum" serialına çəkilməkdən imtina edib. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə aktrisanın qızına vaxt ayırmaq istəməsi olub. Ekran işində Onur Tunanın tərəf müqabili isə Seray Kaya olub. Qeyd edək ki, serialda İsmayıl Hacıoğlu da yer alacaq

17.09.2021 3477
.

Cənub bölgəsi ilə bağlı "12-dən sonra işləmir" deyimi haradan yaranıb?

Niyə bəziləri talışlar haqqında "saat 12-dən sonra işləmir" ifadəsini istifadə edirlər?. xəbər verir ki, bu barədə aparıcı, nitq təlimçisi Cəlalə Nəzəroğlu sosial şəbəkədə paylaşım edib. O bildirib ki, bu deyim talışların fiziki işlərinə görə yaranıb:. "Çox təəssüf ki, bizdə bəziləri insanlar

18.09.2021 1826
.