Qapalı rejimlərdə gizlədilən həqiqətləri media dünyaya çatdırır - MEDİA EKSPERTİNDƏN AÇIQLAMA

Qapalı rejimlərdə gizlədilən həqiqətləri media dünyaya çatdırır - MEDİA EKSPERTİNDƏN AÇIQLAMAİranda son illərdə baş verən etiraz aksiyaları zamanı baş verən hadisələr beynəlxalq ictimaiyyətin diqqət mərkəzinə çevrildi. Etirazların genişlənməsi fonunda ölkədə təhlükəsizlik qüvvələrinin sərt müdaxiləsi, nümayişçilərin öldürülməsi, minlərlə insanın həbs olunması və həbsxanalarda işgəncə iddiaları ilə bağlı məlumatlar yayılmağa başladı. Bu məlumatların dünya ictimaiyyətinə çatdırılmasında isə xüsusilə Qərb mediası mühüm rol oynadı. Bir çox beynəlxalq media qurumları etirazlar zamanı baş verən insan haqları pozuntularını, saxlanılan şəxslərə qarşı zorakılıq və işgəncə faktlarını araşdıraraq geniş reportajlar hazırladı və beləliklə, İrandakı hadisələri qlobal gündəmin əsas mövzularından birinə çevirdi. Bu proses Qərb mediasının avtoritar rejimlərdə baş verən hadisələri işıqlandırmaq və insan haqları pozuntularını beynəlxalq səviyyədə görünən etmək baxımından təsirli rolunu bir daha göstərdi.
Qapalı rejimlərdə gizlədilən həqiqətləri media dünyaya çatdırır - MEDİA EKSPERTİNDƏN AÇIQLAMAMövzu ilə bağlı media eksperti Nicat Abdullayev BiG.AZ-a açıqlamasında bildirdi ki, müharibə və ya hərbi gərginlik dövrlərində informasiya məsələsi xüsusilə həssas olur. Onun sözlərinə görə, bəzən belə bir fikir səsləndirilir ki, hansısa ölkədə Qərb və ya beynəlxalq media qurumlarının fəaliyyət göstərməsi həmin ölkədə obyektiv informasiya mühitinin formalaşması deməkdir: "Amma bu yanaşma tam doğru deyil. Bir nüansı xüsusi vurğulamaq lazımdır: bir ölkədə xarici medianın olması həmin medianın avtomatik olaraq tərəfsiz və ya qərəzsiz olduğu anlamına gəlmir. Dünya miqyasında nüfuzlu hesab olunan BBC, Reuters, Associated Press kimi media qurumlarının belə zaman-zaman müəyyən siyasi və ya geosiyasi yanaşmalar çərçivəsində tərəfli və qərəzli məlumatlar yaydığı hallara rast gəlinir.

Ona görə də məsələ təkcə xarici medianın mövcudluğu ilə ölçülməməlidir. Əsas məsələ ölkələrin öz daxilində peşəkar, məsuliyyətli və mümkün qədər tərəfsiz fəaliyyət göstərən milli media institutlarının formalaşmasıdır. Dayanıqlı informasiya mühiti məhz güclü milli medianın mövcudluğu ilə yaranır. Belə media həm cəmiyyətin doğru məlumat almasına xidmət edir, həm də dövlətin milli maraqlarının informasiya müstəvisində qorunmasına imkan verir.

Bu baxımdan Azərbaycan müəyyən mənada maraqlı nümunədir. Şərq ölkəsi olmasına baxmayaraq Azərbaycan demokratik və hüquqi dövlət prinsiplərinə əsaslanan, plüralizmin təmin olunduğu ölkə kimi media mühitinin inkişafı istiqamətində son illərdə mühüm addımlar atıb. Milli medianın institusional inkişafı üçün konseptual islahatlar həyata keçirilib, media subyektlərinin fəaliyyətinin şəffaf və peşəkar əsaslarda qurulması istiqamətində yeni mexanizmlər yaradılıb. Medianın İnkişafı Agentliyinin fəaliyyəti, jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsi, media subyektlərinin maliyyə və institusional dayanıqlığının artırılması kimi addımlar bu siyasətin tərkib hissəsidir. Bütün bunlar ölkədə informasiya plüralizminin və sağlam media mühitinin formalaşmasına xidmət edir.

Məncə, İran və buna bənzər ölkələr üçün də əsas çıxış yolu məhz budur. Dayanıqlı cəmiyyət qurmaq, ictimai etimadı gücləndirmək və ümumilli məsələlərdə dövlət maraqlarını "yumşaq güc" vasitəsilə qorumaq üçün güclü və məsuliyyətli milli medianın formalaşdırılması vacibdir. Xarici mediaya alternativ kimi deyil, cəmiyyətin öz informasiya təhlükəsizliyini təmin edən peşəkar media mühiti yaradılmalıdır. Belə olduqda həm ölkə daxilində informasiya boşluğu yaranmaz, həm də beynəlxalq auditoriya üçün daha balanslı və real informasiya təqdim etmək mümkün olar".

Müəllif: İlkin Məmmədkərimov


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 901   Tarix: 10 mart 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Oktyabrın 6-dan 10-dək davam edəcək - Əhaliyə XƏBƏRDARLIQ

"Oktyabrın 6-10-da Drakonid meteor yağışı müşahidə ediləcək. Meteor yağışının maksimumu oktyabrın 9-da saat 23.00 radələrində baş verəcək, bu zaman saatda 5 meteorun müşahidə olunacağı gözlənilir". Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından Ölkə.az-a verilə

00:35 241
.

GƏLƏN İL MAAŞ VƏ PENSİYALAR ARTACAQ? - Ayrılacaq VƏSAİT AÇIQLANDI

2027-ci ilin dövlət büdcəsinin hazırlanması fonunda gəlir və xərclərin hansı istiqamətlər üzrə müəyyənləşdiriləcəyi diqqət mərkəzindədir. Xüsusilə sosial ödənişlərin, əməkhaqlarının və pensiyaların artırılması ilə bağlı gözləntilər əhali üçün əsas məsələlərdən biridir. İnflyasiya və qiymət dəyişikliklər

00:25 232
.

Azərbaycanda könüllü sığorta bazarı 13 % böyüyüb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda könüllü sığorta növləri hesabına 901,903 milyon manat sığorta haqqı toplanılıb. "Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 13 % çoxdur. Hesabat dövründə könüllü sığorta növləri üzr

03.10.2026 158
.

İranda dənizçilik fəaliyyətləri müvəqqəti qadağan edilib

İranda dənizçilik fəaliyyətləri qadağan edilib. "Report" bu barədə "Fars" agentliyinə istinadən xəbər verir. Məlumata görə, hava şəraiti ilə əlaqədar bazar ertəsinə qədər dənizində üzmək və balıqçılıq qadağan olunub

14:40 125
.

Məşhur rusiyalı bloqerin Türkiyədə faciəli ölümü: Təqsirkara hökm oxundu

Məşhur rusiyalı bloqer Tatyana Ozolinanın ölümündə təqsirli bilinən türkiyəli bayker Onur Obut təxminən üç ilə qədər həbs cəzasına məhkum edilib. -ın xəbərinə görə, bu barədə mərhumun keçmiş əri Stanislav Fedorçenko sosial şəbəkə hesabında məlumat verib. "Məhkəmə onu təqsirli bildi və 2 il 11 a

03.10.2026 211
.

Azərbaycanda nağdsız ödənişlər 9 %-ə yaxın artıb

Bu ilin avqust ayında nağdsız ödənişlərin məbləği ötən ilin eyni ayı ilə müqayisədə 8,8 % artaraq 8 milyard 88 milyon manat təşkil edib. "Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bunun 7,682 milyard manatı (86,4 %-i) elektron ticarətin payına düşüb. Ödənişlərin 1 milyar

13:50 124
.

"Bloomberg": Pentaqon hərbi kibermütəxəssislərin maaşını azaldacaq

Pentaqon bəzi hərbi kibermütəxəssislərin həvəsləndirici ödənişlərini ildə 12 min dollar azaltmağı planlaşdırır. "Report" xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi mənbələrə və ABŞ ordusunun sənədlərinə istinadən məlumat yayıb. Məlumata görə, ABŞ kiberkomandanlığının baza ixtisa

14:50 116
.

Rusiyada epidemiya şübhəsi: 197 nəfər nəzarətə götürüldü

Rusiyanın İrkutsk vilayətində ağciyər taunu şübhəsi ilə vəfat edən qadınla təmasda olmuş azı 197 nəfər müəyyən edilib. -ya istinadən xəbər verir ki, onlardan 189-u müşahidə və profilaktik tədbirlər məqsədilə xəstəxanaya yerləşdirilib. Məlumata görə, həmin şəxslərdən 114-ü bir xəstəxanada, 63-ü digə

15:20 108
.

ÜST dünyada orta ömür uzunluğunun artdığını açıqlayıb

Dünyada orta ömür uzunluğu artaraq koronavirus pandemiyasından əvvəlki səviyyəyə çatıb. "Report" xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) bəyanatında bildirilib. ÜST 200-2023-cü illər ərzində ölkələr və regionlar üzrə səhiyyə sahəsindəki tendensiyaları, o cümlədən gözlənilə

16:50 0
.