Küçə qidaları: sürətli seçim, yoxsa gizli təhlükə?

Küçə qidaları: sürətli seçim, yoxsa gizli təhlükə?Küçə qidaları - yəni ayaqüstü obyektlərdə satılan müxtəlif fast-food və hazır yeməklər - gündəlik həyatın ayrılmaz hissəsinə çevrilib. Xüsusilə böyük şəhərlərdə sürətli və münasib qiymətli olması bu qidaları daha cəlbedici edir. Lakin bu rahatlığın arxasında ciddi suallar dayanır: bu cür qidalar nə dərəcədə gigiyenik şəraitdə hazırlanır və insan sağlamlığı üçün nə qədər təhlükəsizdir?

Qida təhlükəsizliyi baxımından küçə yeməklərinin hazırlanma şəraiti, istifadə olunan məhsulların keyfiyyəti və saxlanma qaydaları böyük əhəmiyyət daşıyır. Nəzarətsiz və standartlardan kənar fəaliyyət göstərən obyektlərdə isə bu amillərin pozulması müxtəlif sağlamlıq risklərinə yol aça bilər. Bu isə mövzunu həm istehlakçılar, həm də aidiyyəti qurumlar üçün aktuallaşdırır.
Küçə qidaları: sürətli seçim, yoxsa gizli təhlükə?Mövzu ilə bağlı Sağlam qida təbliğatçısı, Gənclərin Töhfəsi İctimai Birliyinin sədri Asim Vəliyev BiG.AZ-a açıqlamasında bildirdi ki, təəssüf ki, küçə qidaları, yol kənarlarında fəaliyyət göstərən ayaqüstü yemək obyektləri qida təhlükəsizliyi zəncirinin ən zəif həlqəsidir. Onun sözlərinə görə, bu obyektlər göz önündə olmaqlarına baxmayaraq bir o qədər də diqqətdən kənarda qalırlar: "Bəzən düşünənlər olur ki, əsas odur ucuz qida olsun, insan yesin doysun. Amma unutmayaq ki, bəzən ucuzluğuna aldandığımız qidaların səbəb olduğu xəstəliklərin müalicəsi qatbaqat bahalı olur.
Açıq havada, toz-torpaq içində və texniki şərtlərə əməl olunmadan hazırlanan qidalar birbaşa qida zəhərlənməsi və uzunmüddətli sağlamlıq problemləri mənbəyidir. Aidiyyəti üzrə qurum mütəmadi yoxlamalar keçirsə də, bu cür obyektlərin çoxu qeyri-rəsmi, səyyar fəaliyyət göstərdiyi üçün risk hər zaman yüksək olaraq qalır.

Bu obyektlərdəki təhlükələri bir neçə istiqamət üzrə qruplaşdıra bilərik. Qidalar qrupuna görə düzgün temperaturda və şəraitdə saxlanmadıqda təhlükəli olur. Məsələn, dönər əti kifayət qədər qızdırılmadıqda, hazırlanmış qutablar vitrində saatlarla otaq temperaturunda qaldıqda salmonella, e. coli və staphylococcus aureus kimi bakteriyalar həndəsi silsilə ilə çoxalır.
Yol kənarındakı obyektlər avtomobillərin çıxardığı ağır metallara və toz hissəciklərinə məruz qalır. Üstü açıq şəkildə bişirilən, sərgilənən qidalar bu toksinləri süngər kimi özünə çəkir. Peraşki və digər qızartma məhsullarında istifadə olunan yağlar dəfələrlə qızdırıldıqda tərkibi dəyişir, karsinogen xüsusiyyətli trans-yağlar, həmçinin akrilamid yaranır. Əgər mütləq bu tip yerlərdən nəsə almaq istəyiriksə, bəzi məqamları müşahidə etməliyik. Məhsullar küçə tərəfdən şüşə ilə tam izolyasiya olunubmu? Toz və milçəklərlə təmas varmı? Satıcı pul və qida ilə eyni əlləmi təmas edirmi?

Baş örtüyü və əlcəkdən istifadə olunurmu? Pulu götürən əllə çörəyi tutmaq çarpaz çirklənmənin ən qısa yoludur. Qida gözümüzün önündəmi bişirilir, yoxsa soyuq halda vitrində qalır? Həmişə qaynar, dumanı üstündə olan məhsula üstünlük verməliyik. Yüksək temperatur mikroorqanizmlərin çoxunu öldürür. Obyektin görünən yerində Qida Təhlükəsizliyi Reyestrindən keçdiyinə dair çıxarış və ya AQTA-nın nəzarət etiketi varmı?

AQTA-nın ölkə daxilində mütəmadi monitorinqlər apardığını və qanunsuz fəaliyyət göstərən, sanitariya normalarını pozan yüzlərlə obyekti bağladığını, cərimələdiyini KİV-lər vasitəsilə izləyirik. Amma bununla yanaşı istehlakçı nəzarəti də güclü silahdır.
Bir də nəzərə almalıyıq ki, isti yay aylarında bu növ qidaların risk dərəcəsi qatbaqat artır. Mayonez əsaslı souslar, lazımi temperaturda saxlanmayan ət məhsulları cəmi 2 saat ərzində ağır toksikoinfeksiyaya səbəb ola bilər".

Müəllif: İlkin Məmmədkərimov


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 596   Tarix: 05 may 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Qarabağ Ermənistandır və nöqtə" deyənlər artıq - "Qarabağ Azərbaycandır!" deyirlər"

"Bu iki hərbi Zəfər təkcə xalqımız üçün, dövlətimiz üçün deyil, bütün dünya üçün böyük önəm daşıyır". "Qafqazinfo" xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VII Qurultayında çıxışı zamanı bildirib. "Çünki birinci növbədə yeni bir preseden

02.10.2026 154
.

"Forsaj" serial olacaq

"Peacock" platforması məşhur "Forsaj" film franşizası əsasında serial hazırlanacağını açıqlayıb. Axşam.az xəbər verir ki, ekran işinin ulduzu Vin Dizel serialın icraçı prodüseri olacaq. Onun layihədə aktyor kimi rol alıb-almayacağı isə hələ məlum deyil. Serialın premyerasının 2028-c

02.10.2026 127
.

Avropada həyəcan siqnalı: 2026-cı ilin yayı rekordlarla yadda qaldı

Avropada 2026-cı ilin yayına dair yeni hesabat qitənin eyni vaxtda bir neçə ciddi iqlim təhlükəsi ilə üzləşdiyini ortaya qoyub. Qaynarinfo xəbər verir ki, Copernicus İqlim Dəyişikliyi Xidmətinin hesabatına görə, Avropa tarixinin ən isti üçüncü yayını geridə qoyub. Yüksək temperaturla yanaşı, quraqlıq

02.10.2026 125
.

Leysan, dolu, qar... - Sabahın havası

Oktyabrın 3-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında arabir leysan xarakterli intensiv yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə şimşək çaxacağı, 2-dən 3-nə keçən gecə və səhər yağışın güclü olacağı ehtimal

02.10.2026 246
.

Putin nəvələrinin gələcək peşəsini - Açıqladı

Rusiya Prezidenti Vladimir Putin nəvələri barədə danışıb. "Qafqazinfo" xəbər verir ki, Putin bu haqda "Valday" Diskussiya Klubunun plenar iclasındakı çıxışı zamanı qısa məlumat verib. "Nəvələrim tərcüməçi kimi işləyəcəklər, onlar çin dilində danışırlar!" - deyə Rusiya lider

02.10.2026 132
.

Güclü külək əsir - Bəzi yerlərə yağış yağır

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Oktyabrın 2-si saat 16:00-a olan məlumatına əsasən, ölkə ərazisinin bəzi yerlərində yağıntılı və küləkli hava şəraiti müşahidə olunur. Sarıbaş (Qax), Şəki, Ağstafa, Xızı, Xaçmaz

02.10.2026 188
.

Avropa İttifaqı Şurasının üzvləri Şuşada olublar - Fotolar

Avropa İttifaqı (Aİ) Şurasının Şərqi Avropa və Mərkəzi Asiya üzrə İşçi Qrupunun (COEST) nümayəndə heyəti oktyabrın 2-də Şuşa şəhərində olublar. "Qafqazinfo" AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov qonaqlara şəhərin tarixi

02.10.2026 159
.

Azərbaycanda film kimi DƏLƏDUZLUQ: bir adamı illərlə aldatdı

Lerikdə dələduzluq edən həbs olunub. -ın əldə etdiyi xəbərə görə, 49 yaşlı Nüsrət Kərimov (şərti adla) təkrar dələduzluq etməkdə təqsirli bilinir. İttiham aktına görə, o, nəvəsinin kəsilən təqaüdünü bərpa etdirmək istəyən Tanrıverdi Məlikova (şərti adla) kömək edəcəyini bildirib. Nüsrət Tanrıverdiy

02.10.2026 194
.

"Melissa Park"ın əməkdaşı külli miqdarda narkotiklə tutulub

Bakıda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs cinayət məsuliyyətinə cəlb edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, bir müddət əvvəl DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin keçirdiyi əməliyyatla 1997-ci il təvəllüdlü Maqsud İbrahimov (soyad şərtidir

02.10.2026 185
.