"Cabir ölümünü hiss edirdi"

"Cabir ölümünü hiss edirdi""Onun böyük ürəyi var idi, olduqca həssas qəlbli idi. Məndən fərqli olaraq bütün ağrıları daxilində çəkirdi. Nə atasına, nə anasına, nə ailəsinə danışırdı. Ancaq mənə danışırdı".

Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist tahir İmanov "Söhbət var" proqramında danışıb. Aktyor ötən il sentyabrda qəfil üərktutmadan dünyasını dəyişən qardaşı, Əməkdar artist cabir İmanovdan danışıb. O bildirib ki, C.İmanov ölümünü əvvəldən hiss edib:

"Gecə zəng vurdu ki, işdən əvvəl görüşək, dərdləşək. Ölümünə 1 həftə qalmış Şuşaya getdik. Bəstəkar Süleyman Ələsgərovla bağlı 3 ildir film çəkirik. Zəng vurdu ki, Şuşa çəkilişini nə vaxta salırsan? Cavab verdim, oktyabrda. Qayıtdı ki, əvvələ sal, qorxuram sonra çatdırmaram. Ömrünün sonunu hiss edirdi.

İkinci fakt bizim övladlarımız filmdə çəkilib. Cabirin oğlu Süleyman Ələsgərovun uşaqlığını, qızım həyat yoldaşını, digər qızım bacısını canlandırıb. Bakıdan gec gəlməli idi, dedi ki, Cahangir səninlə getsin. Heç vaxt belə şey olmayıb. Çəkilişi bitirdik, dedim bitdi. Mənə dedi ki, qoy hamı getsin, ikimiz qalaq, Şuşanı gəzək, uşaqlıq yerlərində olaq. Harada qaçmışıq, uşaqlarla oynamışıq gəzək. 2 saat Cabirlə gəzdik. Qarış-qarış gəzdik, doğulduğumuz evdən yuxarı məhlələrə kimi... Ayaqla gəzib, hava qaralanda otelə qayıtdıq. İnsan nəyisə hiss edir. O, nəyisə hiss edirmiş ki, uşaqlıq yerlərini gedib gəzdi.

Fikir edirdi ki, niyə bizə qadağalar qoyublar, get araşdır. Cavab verirdim ki, düzələcək, qismətimizdir. İstənilən sənətkarın karyerasına bu qadağa yaraşıq verir. 2019-cu ildə Ölkə rəhbəri ilə görüşdük və qadağa aradan qaldırıldı. Cabirin sevincinin həddi yox idi, özünə yer tapa bilmirdi".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1097   Tarix: 05 may 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Qarabağ Ermənistandır və nöqtə" deyənlər artıq - "Qarabağ Azərbaycandır!" deyirlər"

"Bu iki hərbi Zəfər təkcə xalqımız üçün, dövlətimiz üçün deyil, bütün dünya üçün böyük önəm daşıyır". "Qafqazinfo" xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VII Qurultayında çıxışı zamanı bildirib. "Çünki birinci növbədə yeni bir preseden

02.10.2026 154
.

"Forsaj" serial olacaq

"Peacock" platforması məşhur "Forsaj" film franşizası əsasında serial hazırlanacağını açıqlayıb. Axşam.az xəbər verir ki, ekran işinin ulduzu Vin Dizel serialın icraçı prodüseri olacaq. Onun layihədə aktyor kimi rol alıb-almayacağı isə hələ məlum deyil. Serialın premyerasının 2028-c

02.10.2026 127
.

Avropada həyəcan siqnalı: 2026-cı ilin yayı rekordlarla yadda qaldı

Avropada 2026-cı ilin yayına dair yeni hesabat qitənin eyni vaxtda bir neçə ciddi iqlim təhlükəsi ilə üzləşdiyini ortaya qoyub. Qaynarinfo xəbər verir ki, Copernicus İqlim Dəyişikliyi Xidmətinin hesabatına görə, Avropa tarixinin ən isti üçüncü yayını geridə qoyub. Yüksək temperaturla yanaşı, quraqlıq

02.10.2026 125
.

Leysan, dolu, qar... - Sabahın havası

Oktyabrın 3-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında arabir leysan xarakterli intensiv yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə şimşək çaxacağı, 2-dən 3-nə keçən gecə və səhər yağışın güclü olacağı ehtimal

02.10.2026 246
.

Putin nəvələrinin gələcək peşəsini - Açıqladı

Rusiya Prezidenti Vladimir Putin nəvələri barədə danışıb. "Qafqazinfo" xəbər verir ki, Putin bu haqda "Valday" Diskussiya Klubunun plenar iclasındakı çıxışı zamanı qısa məlumat verib. "Nəvələrim tərcüməçi kimi işləyəcəklər, onlar çin dilində danışırlar!" - deyə Rusiya lider

02.10.2026 132
.

Güclü külək əsir - Bəzi yerlərə yağış yağır

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Oktyabrın 2-si saat 16:00-a olan məlumatına əsasən, ölkə ərazisinin bəzi yerlərində yağıntılı və küləkli hava şəraiti müşahidə olunur. Sarıbaş (Qax), Şəki, Ağstafa, Xızı, Xaçmaz

02.10.2026 188
.

Avropa İttifaqı Şurasının üzvləri Şuşada olublar - Fotolar

Avropa İttifaqı (Aİ) Şurasının Şərqi Avropa və Mərkəzi Asiya üzrə İşçi Qrupunun (COEST) nümayəndə heyəti oktyabrın 2-də Şuşa şəhərində olublar. "Qafqazinfo" AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov qonaqlara şəhərin tarixi

02.10.2026 159
.

Azərbaycanda film kimi DƏLƏDUZLUQ: bir adamı illərlə aldatdı

Lerikdə dələduzluq edən həbs olunub. -ın əldə etdiyi xəbərə görə, 49 yaşlı Nüsrət Kərimov (şərti adla) təkrar dələduzluq etməkdə təqsirli bilinir. İttiham aktına görə, o, nəvəsinin kəsilən təqaüdünü bərpa etdirmək istəyən Tanrıverdi Məlikova (şərti adla) kömək edəcəyini bildirib. Nüsrət Tanrıverdiy

02.10.2026 194
.

"Melissa Park"ın əməkdaşı külli miqdarda narkotiklə tutulub

Bakıda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs cinayət məsuliyyətinə cəlb edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, bir müddət əvvəl DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin keçirdiyi əməliyyatla 1997-ci il təvəllüdlü Maqsud İbrahimov (soyad şərtidir

02.10.2026 185
.