Asan və dadlı iftar menyusu
Axşam.az iftar süfrəsi üçün reseptlər təqdim edir:
Mantı şorbası
Ərzaqlar:
3-3.5 stəkan un
1 yumurta
1 stəkan su
1 çay qaşığı duz
İçlik üçün:
300 qram qiymə
1 soğan
1 çay qaşığı duz
1 çay qaşığı qara istiot
Bişirmək üçün:
1 stəkan qaynadılmış noxud
1 orta ölçülü soğan
2 diş sarımsaq
1 xörək qaşığı tomat pastası
3 xörək qaşığı bitki yağı
4 stəkan su
1 çay qaşığı duz
1 çay qaşığı quru nanə
1 çay qaşığı qara istiot
1 çay qaşığı qırmızı istiot lopaları
Hazırlanması:
Xəmir üçün sudan başqa bütün ərzaqları bir qaba qoyun. Suyu az-az əlavə edin və yoğurun. Əllərinizə yapışmayan bir xəmir edin. Xəmiri kənara qoyub azca gözlədin. Sonra soğan, ət və duz-istiot qatıbqiyməni hazırlayın. Xəmiri yayın, balaca kəsin, ortasına ətdən qoyub kiçik mantılar düzəldin. Kənarda soğanı doğrayıb yağda qovurun. Sonra sarımsağı doğrayıb əlavə edin. Sonda tomat pastasını tökün. İsti suyu əlavə edin, qaynayanda mantıları qarışdıra-qarışdıra tökün. Süfrəyə verərəkən nanə tökün.
Toyuqlu "Hünkarbegendi"
Ərzaqlar:
2 ədəd toyuq döşü
1 orta soğan
1 acı bibər
1 xörək qaşığı tomat pastası
1 çay qaşığı duz
1 çay qaşığı qara istiot
Püresi üçün:
3 ədəd közdə bişən badımcan
2 xörək qaşığı kərə yağı
2 xörək qaşığı un
3.5 stəkan süd
1 çimdik duz
1 çimdik qara istiot
1 çimdik sürtgəcdən keçirilmiş muskat qozu
7-8 dilim çedar pendiri
Hazırlanması:
Toyuğu kub şəklində doğrayın və suyu buxarlanana qədər qovurun. Sonra yağ, soğan və bibər əlavə edib qovurun. Tomat pastası töküb, üstünü örtəcək qədər su əlavə edin və bişməyə qoyun. Közdə bişən badımcanları soyun və bıçağın arxası ilə əzin. Yağı və unu tavada qovurun. Südü az-az əlavə edin və qatılaşana qədər davamlı qarışdırın. Badımcanları əlavə edin və qarışdırın. Nəhayət, Holand pendirini əlavə edin və qarışdırın. Boşqaba qoyub, üzərinə toyuqlu qarışıqdan tökün.
Portağal deserti
Ərzaqlar:
1 stəkan bitki yağı
1/2 stəkan mannı yarması
1 stəkan portağal suyu
1 ədəd sürtgəcdən keçirilmiş portağal qabığı
1 paket qabartma tozu
1 paket vanil tozu
3 stəkan un
İçlik üçün:
1 stəkan qoz (iri doğranmış)
2 xörək qaşığı toz şəkər
1 çay qaşığı darçın
Şərbət üçün:
2.5 stəkan şəkər tozu
3 stəkan su
2-3 damcı limon suyu
Hazırlanması:
Əvvəlcə şərbəti hazırlayın və soyumağa qoyun. Şəkər və suyu bir qazana qoyun. Ara-sıra qarışdıraraq qaynadın. Qaynamağa başladıqdan sonra limonu əlavə edin və daha 5 dəqiqə bişirin. Sonra ocaqdan götürün və soyumağa qoyun. Xəmir üçün undan başqa bütün inqrediyentləri bir qaba tökün. Unu az-az əlavə edərək yoğurmağa başlayın. Əllərinizə yapışmayan yumşaq bir xəmir yoğurun. Xəmirdən qoz böyüklüyündə parçaları qoparın və əlinizdə yastılayın. İçlik üçün qoz, darçın və şəkəri bir qabda qarışdırın. Qoz içliyini içinə qoyun, bağlayın və top halına salın. Onları şüşə bişirmə qabına və ya siniyə düzün. Əvvəlcədən qızdırılmış sobada 180 dərəcədə təxminən 20 dəqiqə üstü qızarana qədər bişirin. Sonra desert ilıq olanda üzərinə şərbəti tökün.

BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 763 Tarix: 11 mart 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Uşaqları peyvənd edin!.." - Tanınmış pediatrdan ÇAĞIRIŞ
Payız-qış mövsümünün yaxınlaşması ilə infeksiyaların qarşısının alınması, xüsusilə də onların ağır fəsadlarının minimuma endirilməsi üçün peyvəndləmə məsələsi yenidən aktuallaşır. Çünki patogen viruslar bəzi insanlarda yüngül simptomlarla keçsə də, uşaqlar, yaşlılar, hamilə qadınlar və xroniki xəstəliklər
16:10 70 Aşağı maaş alanlar üçün də yüksək pensiya şansı yarana bilər - YENİ MEXANİZM
Xüsusi şərtlərlə pensiya alan dövlət qulluqçuları, hərbi qulluqçular və bəzi digər kateqoriyalar üçün pensiyanın hesablanması mexanizminin dəyişdirilməsi təklif olunur. Milli Məclisdə 25 sentyabr 2026-cı ildə birinci oxunuşda müzakirə edilən qanun layihəsinə əsasən, əsas dəyişiklik pensiya ilə şəxsi
00:09 189 Bu şəxslər sürücülük vəsiqəsi ALA BİLMƏYƏCƏK
Hərbi biletində müəyyən tibbi maddələr qeyd olunmuş vətəndaşlar sürücülük vəsiqəsi almaq istədikdə müxtəlif prosedur və məhdudiyyətlərlə qarşılaşa bilərlər. Bu maddələr arasında xüsusilə diqqət çəkənlərdən biri də psixi sağlamlıq və əsəb sistemi göstəriciləri ilə bağlı olan 17b maddəsidir. Bir çox hallard
00:17 225 Abşeronda yaşayış binasında partlayış - Foto/Video
Abşeron rayonunun Şəfəq qəsəbəsində yerləşən yeddimərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində partlayış baş verib. Hadisə nəticəsində bir nəfər xəsarət alıb. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, FHN-in "112" qayna
11:07 164 Yeni 100 manatlıqlar niyə terminallarda qəbul edilmir? - Mərkəzi Bankdan AÇIQLAMA
Yeni 100 manatlıq əsginasların bəzi ödəniş terminalları tərəfindən qəbul edilməməsi ilə bağlı görüntülər yayılıb. BakuES-in paylaşdığı videoda vətəndaşın terminala yeni 100 manatlıq əsginası yerləşdirməsinə baxmayaraq, cihazın pulu geri qaytardığı görünür. Bəs yeni 100 manatlıqların bəzi terminallard
00:13 194 Tovuzda qadının dəhşəti ölümü ilə bağlı qonşular danışdılar: "Təpədən dırnağa yanmışdı" - VİDEO
Tovuzda qadının ölümü ilə nəticələnən yanğınla bağlı şahidlər danışıblar. BİG.AZ "Xəzər" TV-yə istinadən xəbər verir ki, hadisə rayonun Qovlar şəhəri, Xəqani küçəsində yerləşən fərdi yaşayış evində baş verib. Şahidlərin sözlərinə görə, yanğın zamanı əraziyə çox sayda insan toplaşıb. Qonşularda
00:48 292 Tovuzda evdə yanğın olub, 42 yaşlı qadın ölüb
Tovuz rayonu, Qovlar şəhəri, Xəqani küçəsində yaşayış evində yanğın baş verib. Bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Bildirilib ki, əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Birmərtəbəli fərdi yaşayış evində baş vermiş yanğı
03.10.2026 182 Yaponiya 2030-cu ildə yeni raketlərin kütləvi istehsalına başlayacaq
Yaponiya hökuməti 2030-cu maliyyə ilində yeni və ucuz raketlərin kütləvi istehsalına başlamağı planlaşdırır. "Report" xəbər verir ki, bu barədə "Nikkei" qəzeti məlumat yayıb. Söhbət uzaqmənzilli qanadlı raketlərdən gedir. Yeni strategiya müəlliflərinin şərti düşmənin gəmilərini d
03.10.2026 166 Azərbaycanda könüllü sığorta bazarı 13 % böyüyüb
Bu ilin yanvar-avqust aylarında Azərbaycanda könüllü sığorta növləri hesabına 901,903 milyon manat sığorta haqqı toplanılıb. "Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 13 % çoxdur. Hesabat dövründə könüllü sığorta növləri üzr
03.10.2026 158