Bakı-Brüssel dialoqu: enerji, ticarət və təhlükəsizlik sahələrində əməkdaşlıq
Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın Azərbaycana rəsmi səfəri başa çatdı. Səfər regiondakı gərgin vəziyyət, Ermənistanla sülh prosesi və ümumi strateji əhəmiyyət baxımından diqqət çəkdi.
Mövzu ilə bağlı BiG.AZ-a açıqlama verən politoloq Turan Rzayev bildirib ki, bu, Antonio Koştanın Avropa İttifaqı Şurasının Prezidenti kimi Azərbaycana ilk rəsmi səfəri olub və Bakı-Brüssel münasibətlərinin yeni mərhələyə qədəm qoyduğunu göstərən mühüm siyasi hadisə hesab edilir:
"Regionda mürəkkəb geosiyasi proseslər davam edir. Xüsusilə ABŞ və İsrailin İranla bağlı əməliyyatları və rəsmi Tehranın cavab zərbələri enerji bazarlarında qeyri-müəyyənlik yaradıb. Bu fonunda baş tutan səfər, Azərbaycan-Avropa İttifaqı münasibətlərinin strateji əhəmiyyətini bir daha ortaya qoyub.
Azərbaycan son illər Avropa üçün yalnız Cənubi Qafqaz ölkəsi deyil, həm də enerji təhlükəsizliyi və nəqliyyat bağlantıları baxımından əsas tərəfdaşlardan birinə çevrilib. Prezident İlham Əliyev mətbuata açıqlamasında bu reallığı vurğulayıb: bu ilin yanvarında ölkənin ticari dövriyyəsinin 50 faizi Avropa İttifaqı ilə bağlı olub və Aİ Azərbaycan üçün bir nömrəli ticarət tərəfdaşıdır.
Enerji əməkdaşlığı bu münasibətlərin əsas sütunudur. Hazırda Avropa İttifaqının 10 üzvü Azərbaycandan qaz alır və bu, ölkəmizin etibarlı enerji tərəfdaşı olduğunu göstərir. Rusiya-Ukrayna müharibəsindən sonra Avropa enerji mənbələrinin şaxələndirilməsinə yönəlir, bu kontekstdə Azərbaycan qazı strateji əhəmiyyət qazanıb. Antonio Koştanın çıxışında Azərbaycanın Aİ üçün mühüm tərəfdaş olduğu, əməkdaşlığın enerji, təhlükəsizlik, rəqəmsal və nəqliyyat sahələrini əhatə etdiyi vurğulanıb.
Səfər həm də regional təhlükəsizlik məsələlərinə diqqət çəkdi. Xüsusilə İranın Naxçıvana endirdiyi zərbə fonunda Bakı ilə Brüssel arasında siyasi dialoq və həmrəylik diqqətəlayiq olub. Antonio Koşta çıxışında Naxçıvan hava limanına edilən hücumu pisləyib və hadisənin regional sabitlik üçün ciddi təhlükə yaratdığını bildirib.
Azərbaycanın nümayiş etdirdiyi təmkinli və ölçülü mövqe, regionda gərginliyin daha da artmasında maraqlı olmaması, həmçinin əsas prioritetin regional sabitliyi qorumaq olduğunu göstərir. Bu təmkinli mövqe Avropa İttifaqının maraqları ilə üst-üstə düşür, çünki Cənubi Qafqazda yeni hərbi eskalasiyanın baş verməsi enerji layihələrinə və Avropa-Asiya nəqliyyat marşrutlarına ciddi risk yarada bilər.
Səfər göstərdi ki, Azərbaycan-Avropa İttifaqı münasibətləri yalnız enerji və iqtisadi əməkdaşlıqla məhdudlaşmır, regional təhlükəsizlik də bu tərəfdaşlığın mühüm elementinə çevrilib. İranla bağlı gərginlik fonunda Avropa İttifaqının Bakıya verdiyi siyasi dəstək və Azərbaycanın təmkinli mövqeyi strateji koordinasiyanın gücləndiyini təsdiqləyir".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 706 Tarix: 13 mart 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAzərbaycanda BƏDBƏXT HADİSƏ: Uşaq əlini yuyarkən su kanalında batıb
Şəmkir rayonunda əlini yuyarkən su kanalına düşüb. -ın məlumatına görə, hadisə rayonun Qılıncbəyli kəndində qeydə alınıb. 2012-ci il təvəllüdlü Nihat Tağıyev kənd ərazisində yerləşən kanalda əlini yuyarkən ayağı sürüşüb və batıb. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağl
18.09.2021 914 Azərbaycanda istehsal ediləcək avtomobillərin qiyməti açıqlandı - 17 min manata...
Hacıqabul Sənaye Məhəlləsində istehsal ediləcək minik avtomobillərinin qiyməti 17-20 min manat təşkil edəcək. Bu barədə "Azərbaycan Avtomobil İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin rəhbəri Emin Axundov deyib. "Minik avtomobillərinin növbəti aydan satışa çıxarılması planlaşdırılır
18.09.2021 1109 Milli Musiqi Günüdür
Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi
18.09.2021 304 Şimşək çaxıb, leysan yağıb
Ölkə ərazisində hökm sürən faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala
17.09.2021 1179 Metro ilə bağlı YENİ XƏBƏR: 2030-cu ilədək Bakıda...
"2011-ci ildə təsdiqlənmiş "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə uyğun olaraq 2030-cu ilədək stansiyaların sayı 77-dək artırılacaq. Hazırda metroda 26 stansiya var. Yəni hələ 51 stansiya da tikilib istifadəyə veriləcək. Ümumilikdə, Bakı metrosu 5 ayrı xəttdən ibarə
18.09.2021 2589 Bakıda intiharın qarşısı alındı
Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl
17.09.2021 1997 Təhsil Nazirliyindən tələbələrə ŞAD XƏBƏR
Oktyabrın əvvəlindən təhsil tələbə kreditlərinin verilməsinə başlayacağıq. XəzərXəbər xəbər verir ki, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli Trend-in sualını cavablandırarkən deyib. N.Məmmədli bildirib ki, kreditin verilməsi qaydası da müyyənləşdirilib:
18.09.2021 2497 Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?
"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları
18.09.2021 862 İstirahət gününün havası açıqlandı
Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti
18.09.2021 459