Fişinq və sosial mühəndislik: İnsanlar necə aldadılır?

Fişinq və sosial mühəndislik: İnsanlar necə aldadılır?"Onlayn oğurluq hallarının artmasının əsas səbəbi yalnız qanunvericilik və cərimələr deyil. Cərimələrin artırılması vacib olsa da, kiberdələduzluq çox vaxt texniki hücumdan yox, insan faktorundan qaynaqlanır - yəni sistemlər sındırılmır, insanlar aldadılır".

Bunu BiG.AZ-a açıqlamasında İKT üzrə mütəxəssis Elvin Həsənov bildirib.

O, qeyd edib ki, son illər rəqəmsal xidmətlərin və onlayn ödənişlərin sürətlə artması da bu halların çoxalmasına səbəb olub. İnsanlar mobil bank tətbiqlərindən, onlayn alış-veriş platformalarından və sosial şəbəkələrdən daha çox istifadə edir, bu isə dələduzlar üçün geniş hədəf auditoriyası yaradır:

"Dələduzlar fişinq mesajları, saxta kampaniyalar, investisiya vədləri və ya bank adı ilə göndərilən linklər vasitəsilə insanları məlumatlarını paylaşmağa sövq edir. Sosial mühəndislik adlanan üsullarla onlar texniki sistemləri sındırmaq əvəzinə insan psixologiyasından istifadə edir - məsələn, "Kartınız bloklanacaq", "Hesabınıza pul köçürülüb" və ya "Kampaniyada qalib oldunuz" kimi mesajlarla insanı tələsdirirlər.

Bəzi hallarda insanlar kart məlumatlarının həssas olduğunu tam başa düşmürlər. Kartın arxa tərəfindəki CVV kodu və telefona gələn SMS təsdiq kodu faktiki olaraq hesabın açarıdır və bu məlumatlar paylaşılanda dələduzlar üçün əməliyyat aparmaq çox asan olur.

Onlayn təhlükəsizliyin təmin edilməsi üçün ən vacib amil maarifləndirmədir. İnsanlar bilməlidir ki, bank əməkdaşları telefonla kart məlumatlarını və SMS kodunu istəməz. Şübhəli linklərə daxil olmamaq, tanımadığınız şəxslərlə maliyyə məlumatlarını paylaşmamaq və hər hansı mesaj aldıqda tələskən qərar verməmək əsas təhlükəsizlik qaydalarıdır".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 658   Tarix: 13 mart 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

İlqar Altay "Arzum"un səs yazısını yaydı - VİDEO

Kriminalistika üzrə ekspert İlqar Altay "TikTok" fenomeni "Arzum99"un avtomobil qəzasından sonrakı səs yazısını yayıb. Səs yazısında "Arzum" 103 xidmətinə zəng vurduğunu deyir və canlı yayımı izləyənlərdən də xahiş edir ki, Təcili Tibbi Yardıma müraciət etsinlər. İlqar Alta

04.07.2026 577
.

Tezliklə maaşlar artırıla bilər - ŞAD XƏBƏR

Son illər Azərbaycanda maaşların artırılması ilə bağlı qərarlar qəbul edilsə də, əhalinin böyük hissəsi hesab edir ki, gəlirlərin artım tempi bahalaşmanı tam kompensasiya etmir. Xüsusilə ərzaq, kommunal xidmətlər və digər gündəlik xərclərin bahalaşması fonunda əməkhaqlarının yenidən artırılması məsələs

00:25 95
.

Azərbaycan nar ixracından 4 milyon dollara yaxın gəlir əldə edib

Bu ilin yanvar-may aylarında Azərbaycan 4 min 575 ton nar ixrac edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə narın dəyəri 3 milyon 99 min ABŞ dolları olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 452 ton (9 , dəyər baxımından isə 299 min dolla

04.07.2026 162
.

Zelenski Ukraynanın Sankt-Peterburq yaxınlığındakı neft terminalına və Kronştadta zərbələrini təsdiqləyib

Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna hərbçilərinin Sankt-Peterburq yaxınlığındakı liman neft infrastrukturuna, eləcə də Kronştadta (Rusiya) zərbələr endirdiyini təsdiqləyib. "Report"un məlumatına görə, bu barədə Zelenski öz teleqram kanalında bildirib

04.07.2026 210
.

Çimərlikdəki çəyirtkələrlə bağlı rəsmi açıqlama - Nazirlik fotolar yaydı

Abşeron ərazisində müşahidə edilən çəyirtkələrlə bağlı vəziyyət Aqrar Xidmətlər Agentliyinin tam nəzarəti altındadır. BİG.AZ xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb. Bildirilib ki, son günlər Abşeron yarımadasında, xüsusən də dənizkənarı ərazilərdə çəyirtkələrin kütləvi şəkild

04.07.2026 197
.

Ağsuda çətənə kolu yetişdirən şəxs tutulub

Ağsu Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyatlar nəticəsində narkotik tərkibli bitkiləri kultivasiya etməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş 51 yaşlı Amil Nağıyev saxlanılıb. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, onun yaşadığı ünvanda

04.07.2026 167
.

Zorla ərə vermək istədilər, sevgilisi ilə Tbilisiyə qaçdı, əmisi oğlu tərəfindən öldürüldü - 21 yaşlı Fatimənin qətlinin DETALLARI

Gürcüstanda Azərbaycan vətəndaşı, 28.10.2005-ci il təvəllüdlü Fatimə Kərimovanın qətli ilə bağlı bəzi təfərrüat məlum olub. -ın əldə etdiyi məlumata görə, hadisə ilə bağlı Gürcüstan Cinayət Məcəlləsinin 108-ci maddəsi ilə cinayət işi açılıb. Məlum olub ki, hadisə iyunun 27-də Tbilisi şəhəri, Yevqen

04.07.2026 307
.

Pensiya, müavinət və təqaüd alanlarla bağlı YENİ XƏBƏR

2026-cı ilin yanvar-may ayları ərzində 81 053 pensiya, müavinət və təqaüd təyinatı elektron infrastruktur üzərindən proaktiv qaydada həyata keçirilib. Bu barədə -a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib. Bildirilib ki, onlardan 18 932-si pensiya

00:17 100
.

Misir Mərdanovdan Emin Əmrullayevin qərarına REAKSİYA

Məktəbəqədər hazırlıq qrupları və ümumi təhsil müəssisələrində mobil və elektron cihazlardan istifadəyə dair yeni qaydalar qüvvəyə minib. Elm və təhsil naziri Emin Əmrullayevin imzaladığı qərara əsasən, şagirdlərin məktəbə gətirdiyi telefon və digər elektron cihazlar dərs müddətinin sonunadək xüsus

04.07.2026 283
.

TOP MP3