Səyahət sığortası niyə vacibdir? Azərbaycanlıların marağı hələ də aşağıdır

Səyahət sığortası niyə vacibdir? Azərbaycanlıların marağı hələ də aşağıdır"Səyahət sığortası sığorta məhsulları arasında ən vacib və əldə olunması zəruri olan xidmətlərdən biridir. Təəssüf ki, Azərbaycan vətəndaşlarının bu məhsula marağı hələ də aşağı səviyyədədir".

Bunu BiG.AZ-a açıqlamasında sığorta eksperti Şahin İsmayılov bildirib.

O, qeyd edib ki, Şengen ölkələrinə səfər etməyə hazırlaşan vətəndaşlar viza müraciəti zamanı səyahət sığortasını məcburi qaydada əldə edirlər. Çünki bu sənəd olmadan viza müraciəti qəbul edilmir və imtina ilə nəticələnir. Lakin digər qonşu və uzaq ölkələrə səfərlərdə belə məcburiyyət olmadığı üçün vətəndaşların böyük əksəriyyəti səyahət sığortası əldə etmir:

"Əslində isə hər bir vətəndaş bilməlidir ki, ölkə xaricində olduğu zaman səyahət sığortası gözlənilməz bədbəxt hadisə baş verdikdə mühüm dəstək rolunu oynaya bilər. Xarici ölkələrdə tibbi xidmətlərin çox baha olması bəzən zəruri tibbi yardımın alınmasını çətinləşdirir. Bu səbəbdən ölkə xaricinə səfər edən hər kəsin səyahət sığortası əldə etməsi vacibdir.

Artıq 1 yanvar 2026-cı ildən etibarən Gürcüstan yeni qanun qəbul edib və ölkə ərazisinə daxil olan bütün xarici vətəndaşların səyahət sığortası ilə sərhədi keçməsini məcburi edib.

Bu qərar Azərbaycan vətəndaşlarının bir qismi üçün gözlənilməz oldu və müəyyən narazılıqlara səbəb yaratdı. Çünki çox sayda azərbaycanlı iş, təhsil və qohumluq əlaqələri səbəbindən Gürcüstana uzunmüddətli səfərlər edir. Bu isə əlavə maliyyə xərcləri yaradır. Uzunmüddətli səyahət sığortalarının qiymətləri nisbətən yüksəkdir və bəzən ailə üzvləri ilə birlikdə səfər edənlər üçün ödənilməli məbləğ kifayət qədər böyük olur.

Bununla belə, bu qərar müəyyən narazılıq doğursa da, vətəndaşların qonşu ölkəyə sığortalı şəkildə səfər etməsi onların öz maraqlarına da uyğundur. Çünki istənilən anda gözlənilməz hadisə baş verə bilər və belə hallarda yaranan xərclərin qarşılanmasında sığorta şirkətləri mühüm rol oynayır".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 792   Tarix: 13 mart 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycanda BƏDBƏXT HADİSƏ: Uşaq əlini yuyarkən su kanalında batıb

Şəmkir rayonunda əlini yuyarkən su kanalına düşüb. -ın məlumatına görə, hadisə rayonun Qılıncbəyli kəndində qeydə alınıb. 2012-ci il təvəllüdlü Nihat Tağıyev kənd ərazisində yerləşən kanalda əlini yuyarkən ayağı sürüşüb və batıb. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağl

18.09.2021 914
.

Azərbaycanda istehsal ediləcək avtomobillərin qiyməti açıqlandı - 17 min manata...

Hacıqabul Sənaye Məhəlləsində istehsal ediləcək minik avtomobillərinin qiyməti 17-20 min manat təşkil edəcək. Bu barədə "Azərbaycan Avtomobil İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin rəhbəri Emin Axundov deyib. "Minik avtomobillərinin növbəti aydan satışa çıxarılması planlaşdırılır

18.09.2021 1109
.

Milli Musiqi Günüdür

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi

18.09.2021 304
.

Şimşək çaxıb, leysan yağıb

Ölkə ərazisində hökm sürən faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala

17.09.2021 1179
.

Metro ilə bağlı YENİ XƏBƏR: 2030-cu ilədək Bakıda...

"2011-ci ildə təsdiqlənmiş "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə uyğun olaraq 2030-cu ilədək stansiyaların sayı 77-dək artırılacaq. Hazırda metroda 26 stansiya var. Yəni hələ 51 stansiya da tikilib istifadəyə veriləcək. Ümumilikdə, Bakı metrosu 5 ayrı xəttdən ibarə

18.09.2021 2589
.

Bakıda intiharın qarşısı alındı

Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl

17.09.2021 1997
.

Təhsil Nazirliyindən tələbələrə ŞAD XƏBƏR

Oktyabrın əvvəlindən təhsil tələbə kreditlərinin verilməsinə başlayacağıq. XəzərXəbər xəbər verir ki, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli Trend-in sualını cavablandırarkən deyib. N.Məmmədli bildirib ki, kreditin verilməsi qaydası da müyyənləşdirilib:

18.09.2021 2497
.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18.09.2021 862
.

İstirahət gününün havası açıqlandı

Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti

18.09.2021 459
.