İran Fransa bazasını vurdu, neft bazarına sərt mesaj verdi - POLİTOLOQDAN AÇIQLAMA

İran Fransa bazasını vurdu, neft bazarına sərt mesaj verdi - POLİTOLOQDAN AÇIQLAMAYaxın Şərqdə gərginlik yenidən artmaqdadır. İran tərəfindən səsləndirilən sərt mesajlar və bölgədə baş verən hərbi hadisələr beynəlxalq diqqəti cəlb edir. İranın İraq ərazisində yerləşən Fransa hərbi bazasına hücum etməsi regionda vəziyyəti daha da gərginləşdirib. Eyni zamanda rəsmi Tehranın qlobal enerji bazarı ilə bağlı verdiyi mesajlar da geniş müzakirə olunur. Bu açıqlamalar fonunda dünya bazarlarında neftin qiymətinin 200 dollar həddini keçə biləcəyi ehtimalı gündəmə gəlir və artan gərginlik həm enerji bazarları, həm də beynəlxalq təhlükəsizlik üçün narahatlıq yaradır.
İran Fransa bazasını vurdu, neft bazarına sərt mesaj verdi - POLİTOLOQDAN AÇIQLAMAMövzu ilə bağlı politoloq Aytən Qurbanova BiG.AZ-a açıqlamasında bildirdi ki, ilk növbədə onu qeyd etmək lazımdır ki, İranın Kaliforniyanı vurma ehtimalı ilə bağlı səsləndirilən fikirlər təbiiki müasir beynəlxalq münasibətlər sistemində baş verən hadisələri nəzərdən keçirdikdə, heç bir hadisəni birmənalı şəkildə istisna etmək mümkün deyil. Amma indiki şəraitdə bunun reallığa uyğun olmadığını düşünürəm. Amerikanın ərazilərinin hədəf alındığı təqdirdə, hansı cavab reaksiyasının verildiyini biz tarixi təcrübədən görmüşük. Yaponiyanın ABŞ-a hücumu və atom silahının ilk dəfə istifadə olunması məsələsi var. Ona görə düşünmürəm ki, Amerika ərazisi hər hansısa bir formada hədəf alınsın və bunun cavab reaksiyasına İran hazırlıqlı olsun. Digər tərəfdən isə düşünürəm ki, iqtisadi baxımdan nə qədər çox təzyiq mexanizmi kimi istifadə olunsada və eyni zamanda neftin bir barelinin 200 dollara çatma həddi dünya iqtisadiyyatı üçün kifayət qədər qəbuledilməz bir yük olsada, eyni zamanda dünya siyasəti üçündə düşünürəm ki, baş verən hadisələr fonunda Amerika-İran qarşıdurmasının və birbaşa İranın Amerikanın ərazilərini hədəfə alması qəbul edilə bilməz və kifayət qədər daşınması çətin olan bir yük kimi qiymətləndirə bilərik. Çünki hal-hazırda beynəlxalq münasibətlər sistemi həssas bir mərhələdən keçir, heçdə dayanıqlı və davamlı əsaslara sahib deyil. Belə bir qırılma nöqtəsində baş verə biləcək bir hadisə, artıq beş ildir Rusiya-Ukrayna müharibəsi kontekstində qarşısı alınmağa çalışılan üçüncü dünya müharibəsinin tam mərkəzində dünyanı çevirəcək və belə bir proseslərin idarə olunmaz həddə gəlməsi isə nə Amerikanın, nədə digər dövlətlərin marağında deyil deyə düşünürəm. Onun sözlərinə görə, həmçinin Husilərin Böyük Britaniyanın, Fransanın İraqda olan hərbi bazalarını və eyni zamanda digər bölgələrdə olan hərbi bazalarını hədəf alması, Hizbullah-İsrail qarşıdurmasının yeni bir mərhələyə daxil olması və digər məsələlər uzun müddətdir proqnozlaşdırılırdı: "İranın proksi qüvvələri vasitəsi ilə təsir mexanizmlərindən maksimum dərəcədə istifadə edəcəyi ilə bağlı ehtimallar hər zaman səsləndirilirdi. Çünki bu İranın yeganə hal-hazırda nəticəyönümlü təsir vasitələrindən biri kimi qiymətləndirilə bilər. Daha doğrusu təzyiq mexanizmlərindən biri kimi qiymətləndirilə bilərki, tərəfdaşları qismində ABŞ-ı danışıqlara məcbur edə biləcək, yadaki danışıqlar prosesini bərpa edə biləcək bir şəraitə sövq etmək mümkün olsun. Digər tərəfdən biz bəyanatlara diqqət etdikdə, bəyanatlarda maksimalist tələblərin səsləndirilməsi ilə paralel olaraq, eyni zamanda Martın 20-dək, yəni Novruz bayramınadək, həttda İran rəsmilərinin dilindən səsləndirilən fikirlər var idi hərbi əməliyyatların dayandırılması ehtimalı ilə bağlı. Düşünürəm ki, yaxın perspektivdə hərbi əməliyyatların dayandırılması və qarşıdurmanın yeni bir mərhələyə, danışıqların daha gərgin və diqqət mərkəzində olduğu bir mərhələyə keçməsi ehtimalı daha yüksəkdir.

Çünki əks halda həm İranın sistemsiz əks hücum əməliyyatları, cavab reaksiyalar, həmdə informasiya cəbhəsində səsləndirilən kifayət qədər bir-birini təkzib edən məlumatlar və eyni zamanda neftin dünya bazarında qiymətinin sürətli şəkildə artmağa davam etməsi və həttda İranın hədələdiyi həcmdə 200 dollar həddini keçməsi ehtimalı ciddi ölçüdə narahatlıq yaradan əsas məqamlardan biridir. ABŞ-ın və onun Avropadakı tərəfdaşları öz neft ehtiyatlarını dünya bazarına çıxarmaqla sadəcə qısa bir dövr ərzində neftin qiymətinin sabitləşməsinə nail ola bilər. Bu davamlı xarakter ala bilməz. Ona görədə qısa müddət ərzində sürətli şəkildə hərbi əməliyyatların bitməsi və danışıqlar prosesinin başlanması bütün tərəflər üçün arzuolunan əsas nəticədir. Amma çox təəssüf hissi ilə qeyd etmək lazımdır ki, danışıqların başlanması, yada hərbi əməliyyatlarda atəşkəsin əldə olunması, hərbi əməliyyatların dayandırılması heçdə problemin tamamilə həll olunması demək deyil. Çünki səsləndirilən maksimalist tələblərdən hər iki tərəfin mövqeyində ciddi dəyişiklik müşahidə edilmir".

Müəllif: İlkin Məmmədkərimov


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1399   Tarix: 13 mart 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycanda BƏDBƏXT HADİSƏ: Uşaq əlini yuyarkən su kanalında batıb

Şəmkir rayonunda əlini yuyarkən su kanalına düşüb. -ın məlumatına görə, hadisə rayonun Qılıncbəyli kəndində qeydə alınıb. 2012-ci il təvəllüdlü Nihat Tağıyev kənd ərazisində yerləşən kanalda əlini yuyarkən ayağı sürüşüb və batıb. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağl

18.09.2021 914
.

Azərbaycanda istehsal ediləcək avtomobillərin qiyməti açıqlandı - 17 min manata...

Hacıqabul Sənaye Məhəlləsində istehsal ediləcək minik avtomobillərinin qiyməti 17-20 min manat təşkil edəcək. Bu barədə "Azərbaycan Avtomobil İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin rəhbəri Emin Axundov deyib. "Minik avtomobillərinin növbəti aydan satışa çıxarılması planlaşdırılır

18.09.2021 1109
.

Milli Musiqi Günüdür

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi

18.09.2021 304
.

Şimşək çaxıb, leysan yağıb

Ölkə ərazisində hökm sürən faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala

17.09.2021 1179
.

Metro ilə bağlı YENİ XƏBƏR: 2030-cu ilədək Bakıda...

"2011-ci ildə təsdiqlənmiş "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə uyğun olaraq 2030-cu ilədək stansiyaların sayı 77-dək artırılacaq. Hazırda metroda 26 stansiya var. Yəni hələ 51 stansiya da tikilib istifadəyə veriləcək. Ümumilikdə, Bakı metrosu 5 ayrı xəttdən ibarə

18.09.2021 2589
.

Bakıda intiharın qarşısı alındı

Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl

17.09.2021 1997
.

Təhsil Nazirliyindən tələbələrə ŞAD XƏBƏR

Oktyabrın əvvəlindən təhsil tələbə kreditlərinin verilməsinə başlayacağıq. XəzərXəbər xəbər verir ki, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli Trend-in sualını cavablandırarkən deyib. N.Məmmədli bildirib ki, kreditin verilməsi qaydası da müyyənləşdirilib:

18.09.2021 2497
.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18.09.2021 862
.

İstirahət gününün havası açıqlandı

Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti

18.09.2021 459
.