Liderlər hədəfdə: Yaxın Şərqdə pərdəarxası oyunlar

Liderlər hədəfdə: Yaxın Şərqdə pərdəarxası oyunlar"İsrailin Baş naziri Benyamin Netanyahunun öldüyünə dair müxtəlif iddialar yayılıb. Maraqlıdır ki, oxşar məlumatlar İranın ali liderliyinə namizəd kimi göstərilən Müctəba Xamenei ilə bağlı da səsləndirilir.

Netanyahunun bir müddət əvvəl canlı yayıma çıxması bu iddialara son qoyacağı gözləntilərini artırsa da, sonradan həmin çıxışın süni intellekt vasitəsilə hazırlanmış ola biləcəyi barədə fərziyyələr irəli sürülüb. Bəzi müşahidəçilər videodakı detalların bu ehtimalı gücləndirdiyini bildirirlər".

Bunu BiG.AZ-a açıqlamasında politoloq Turan Rzayev bildirib.

O, qeyd edib ki, Müctəba Xamenei ilə bağlı iddialar isə fərqli istiqamətdədir. Məlumata görə, o, fevralın 28-də Tehrana edilən hava hücumları zamanı yaralanıb və daha sonra gizli şəkildə Rusiya hərbi təyyarəsi ilə Moskvaya aparılıb:

"Beləliklə, müharibənin əsas tərəflərindən olan ölkələrin liderləri ilə bağlı ya yaralanma, ya da ölüm iddiaları gündəmdədir. Lakin bu məlumatların heç biri hələlik rəsmi şəkildə təsdiqlənməyib.

Bəzi analitiklər hesab edir ki, hər iki liderin siyasi səhnədən kənarlaşması müəyyən güclərin maraqlarına uyğun ola bilər. Bu kontekstdə ən çox adı çəkilən tərəf ABŞ-dır. İddialara görə, Vaşinqton üçün həm Netanyahu, həm də Müctəba Xamenei artıq müəyyən mənada çətin tərəfdaşlara çevrilib.

İsrail ilə İran arasında davam edən qarşıdurma uzandıqca, bu vəziyyət ABŞ üçün həm siyasi, həm də iqtisadi baxımdan əlavə yük yaradır. Əli Xameneinin ölümündən sonra onun yerinə daha sərt mövqeli qüvvələrin önə çıxması regiondakı gərginliyi azaltmayıb, əksinə, daha da artırıb.

Digər tərəfdən, Netanyahu hökuməti İranla bağlı daha sərt hərbi addımların tərəfdarı kimi çıxış edir. Bu isə ABŞ administrasiyasının daha ehtiyatlı mövqeyi ilə müəyyən ziddiyyət təşkil edir.

Bəzi iddialara görə, ABŞ regionda baş verən proseslərə birbaşa müdaxilə etməsə də, tərəflər arasında balansın qorunmasına və müəyyən məlumat mübadiləsinə dolayı şəkildə təsir göstərir.

Həm İsraildə, həm də İranda mövcud siyasəti dəstəkləməyən dairələrin olduğu da qeyd olunur. Bu isə alternativ siyasi ssenarilərin mümkünlüyünü artırır.

Ehtimal olunur ki, Vaşinqton hər iki tərəflə paralel təmasları davam etdirir. Lakin bəzi ekspertlərə görə, proseslərin dəyişməsi üçün mövcud liderlərin siyasi səhnədən çəkilməsi həlledici amil ola bilər.

Bu ssenarinin reallaşacağı qəti deyil. Əks halda, gərginlik müvəqqəti səngisə belə, yenidən alovlana bilər. ABŞ-ın isə son ana qədər İrana birbaşa hərbi müdaxilədən çəkinəcəyi ehtimal olunur.

Eyni zamanda, regionda gərginliyin daha da artması ehtimalı da istisna edilmir. Türkiyə istiqamətində raket təhlükəsi, regiondakı kürd qruplarının aktivləşməsi, eləcə də İranın Xark adası ətrafında mümkün hərbi ssenarilər bu prosesi daha da sürətləndirə bilər".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 756   Tarix: 17 mart 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

"Türkiyə Silahlı Qüvvələri tarixi məsuliyyət hissi ilə dost və qardaş ölkələrin yanındadır". "Report"un xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. Onun sözlərinə görə, bu çərçivədə Azərbaycan və Liviyada hərbi təlim, yardım və məsləhətçilik fəaliyyətlər

18.09.2021 278
.

Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini

18.09.2021 865
.

Bakıda intiharın qarşısı alındı

Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl

17.09.2021 1997
.

Tanınmış mədəniyyət xadimləri Şuşada

Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund

18.09.2021 814
.

Əzraili geri qaytaran DƏFN XƏRCLƏRİ- Ölmək üçün nə qədər pul lazımdır?

"Atam son nəfəsində vəsiyyət etdi ki, o öləndən sonra Bibiheybət qəbiristanlığında dəfn edək. Yazıq kişi gözünü yumanda düşdük əl-ayağa. Ölü üçün ağlamaq qaldı bir kənara biz torpaq pulu düzəldirdik". Bu sözləri -a Rüfət Quliyev danışır. Aylar öncə atasını itirən Rüfət bəy deyir ki, üz tutduqlar

17.09.2021 2089
.

Vəfat edən atasından yazdı: "Yarım qaldı hər şey"

Bir neçə gün öncə atası vəfat edən müğənni Koray Avcı sosial şəbəkə paylaşımı ilə gündəmə gəlib. Axşam.az-a istinadən xəbər verir ki, atasının fotosunu paylaşan sənətçi hisslərini belə ifadə edib:. "Mənə belə baxdığının heç fərqində olmamışam. Heç oturub içki də içmədik səninlə. Aşiq olduğumu d

17.09.2021 1693
.

Gəncədə avtomobillər toqquşdu: Ölən və yaralananlar var - FOTO

Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Belə ki, hərəkətdə olan VAZ-21 015 markalı minik avtomobili ilə KİA markalı avtomobil toqquşub. Daha sonra avtomobillərdən biri yoldan keçən iki piyadanı vurub. Onlardan biri ölüb, digəri is

18.09.2021 789
.

İstirahət gününün havası açıqlandı

Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti

18.09.2021 459
.

Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı

Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd

18.09.2021 995
.