Z nəslinin kişiləri düşünür ki, qadınlar ərlərinə itaət etməlidirlər
Z nəsli kişilərinin bir hissəsi münasibətlərdə kifayət qədər ənənəvi baxışlara sahibdir. Yeni beynəlxalq araşdırmaya görə, gənc kişilərin bir qismi hesab edir ki, qadın ailədə kişiyə tabe olmalı və mühüm qərarların qəbulunda ona güzəşt etməlidir.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, araşdırmanın nəticələrinə görə, Z nəsli kişilərinin 31 faizi "arvad həmişə ərinə qulaq asmalıdır" fikri ilə razılaşır, 33 faizi isə ailədə son sözün kişiyə məxsus olmalı olduğunu düşünür.
Araşdırma ABŞ, Böyük Britaniya, Braziliya və Hindistan daxil olmaqla 29 ölkədən təxminən 23 min nəfəri əhatə edib. Alimlər müxtəlif nəsillərin, "baby boomer"lər, X nəsli, milleniallar və Z nəslinin baxışlarını müqayisə edərək gender rollarına münasibətin necə dəyişdiyini araşdırıblar.
Maraqlıdır ki, 30 yaşdan yuxarı insanlar belə fikirləri daha çox köhnəlmiş hesab edir və onları dəstəkləmir. Buna baxmayaraq, 18-29 yaş arası gənc kişilər münasibətlərdə rol bölgüsünə daha konservativ yanaşma nümayiş etdirirlər.
Tədqiqatçılar bunu qismən internetdə yayılmış "red pill" mədəniyyəti ilə əlaqələndirirlər. Bu icmalar feminist ideyalara qarşı çıxır və kişilərin dominant rolunu dəstəkləyən ənənəvi baxışları təbliğ edir.
Sorğu gənc kişilər arasında digər maraqlı fikirləri də ortaya çıxarıb. Məsələn, Z nəslinə aid kişilərin 21 faizi hesab edir ki, "əsl qadın" intim münasibətlərdə ilk təşəbbüsü göstərməməlidir. Eyni nəsildən olan qadınların isə yalnız 12 faizi bu fikirlə razıdır.
Bununla yanaşı, gənc kişilərin baxışları müəyyən qədər ziddiyyətli görünür. Bir tərəfdən onlar qadının roluna dair ənənəvi düşüncələri bölüşürlər, digər tərəfdən isə respondentlərin 41 faizi uğurlu karyeraya sahib qadınların kişilər üçün daha cəlbedici olduğunu düşünür.
Ipsos-un rəhbəri Kelli Biverin sözlərinə görə, araşdırmanın nəticələri müasir və ənənəvi baxışların mürəkkəb şəkildə qarışdığını göstərir. Onun fikrincə, bu vəziyyət cəmiyyətdə gender normalarının necə dəyişməsi barədə vacib müzakirələrə səbəb olur.
Sorğu həmçinin gənc kişilərin özlərinə qarşı sərt gözləntilər qoyduğunu da göstərib. Belə ki, respondentlərin 30 faizi hesab edir ki, kişilər dostlarına "səni sevirəm" deməməlidir. Digər 43 faiz isə düşünür ki, gənc kişilər təbiətlərindən asılı olmayaraq fiziki cəhətdən güclü görünməlidirlər.
Bundan əlavə, Z nəslinə aid kişilərin 21 faizi hesab edir ki, uşaqlara baxım prosesində aktiv iştirak etmək kişini daha az "kişiyə xas" göstərir. Eyni nəsildən olan qadınlar arasında isə bu fikri dəstəkləyənlərin payı cəmi 14 faizdir.
Tədqiqatçıların sözlərinə görə, bütün bunlara baxmayaraq, dünyada insanların böyük əksəriyyəti gender bərabərliyi ideyasını, xüsusilə də ailə daxilində, dəstəkləyir. Lakin sosial gözləntilər və mədəni normalar bəzən insanları daha ənənəvi rollara uyğun davranmağa məcbur edir.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 805 Tarix: 17 mart 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşTahir Mirkişili: "Azərbaycanın əsas hədəfi maliyyə gücünü məhsuldar iqtisadiyyata çevirməkdir"
Bu gün dünyada investisiyaların cəlb edilməsi uğrunda kəskin rəqabət gedir və bu şəraitdə Azərbaycanın əldə etdiyi nəticələr çox mühümdür. Bu fikri "Report"a açıqlamasında Milli Məclisin üzvü Tahir Mirkişili Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının (YAP) VII Qurultayındakı çıxışın
03.10.2026 170 Moldovanın hava məkanı PUA-larla pozulub
Moldovanın milli hava məkanının monitorinq sistemi 5 dronun uçuşunu qeydə alıb. "Report" xəbər verir ki, bu barədə "Newsmaker" ölkənin Müdafiə Nazirliyinin məlumatına istinadən yazıb. Dronlar Aneniy-Noy, Ştefan-Vode, Hinçesti, Tudora və Kauşanı yaşayış məntəqələrinin yaxınlığınd
03.10.2026 161 Toya getmək üçün qonşusunun evini qarət etdi, pul yazdıranda ifşa olundu
Ucar rayon sakini toya pul yazdırmaq üçün qonşusunun evini qarət edib. -ın məlumatına görə, hadisə rayonun Şilyan kəndində baş verib. Kənd sakini, 1992-ci il təvəllüdlü Cəbi Qarayevi (adı və soyadı şərtidir) qonşusu Əfqan qızının toyuna çağırıb. O, həyat yoldaşı ilə birlikdə toya getmək istəsə də, pul
03.10.2026 206 Oktyabrın 5-dən Bakıda yeni qayda - QADAĞAN EDİLİR
Bakının bir sıra mərkəzi küçələrində avtomobillərin hərəkətinin məhdudlaşdırılması həftənin bütün günlərini əhatə edəcək. bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir. Məlumata görə, mobilliyin artırılması, piyadaları
00:11 194 Yaponiya adasında 8 nəfər dayvinq zamanı itkin düşüb
Tokionun Xatidzyo adası sahillərində dayvinqlə məşğul olan 8 nəfər itkin düşüb. "Report" xəbər verir ki, bu barədə Yaponiya mediası Sahil mühafizəsinə istinadən məlumat yayıb. "Dayvinqlə məşğul olan 8 nəfər səhər saat 11 radələrində suya dalmağa başlayıb, onların saat 18:00 radələrind
03.10.2026 182 ŞAD XƏBƏR - Bu şəxslər daha tez pensiya alacaq
Azərbaycan Respublikasının qanunvericiliyi müəyyən kateqoriyadan olan şəxslərə ümumi pensiya yaş həddini gözləmədən, daha tez təqaüdə çıxmaq hüququ verir. Bu güzəştlər əsasən iş şəraiti, xüsusi peşə fəaliyyəti, ailə tərkibi və sağlamlıq vəziyyəti kimi faktorlar nəzərə alınaraq tətbiq edilir. "Yen
00:07 173 327 gün dənizdə qaldı: Britaniyalı səyyah iki okeanı təkbaşına fəth etdi
Britaniyalı səyyah Deyv Bell Sakit və Hind okeanlarını təkbaşına və fasiləsiz avar çəkərək keçib. O, 327 gün 16 saat ərzində 15 500 dəniz mili (təxminən 28 700 kilometr) məsafə qət edib. xəbər verir ki, bu barədə TASS məlumat yayıb. 54 yaşlı keçmiş hərbi dəniz piyadası səyahətinə 2025-ci il noyabrı
11:00 52 Yaponiya 2030-cu ildə yeni raketlərin kütləvi istehsalına başlayacaq
Yaponiya hökuməti 2030-cu maliyyə ilində yeni və ucuz raketlərin kütləvi istehsalına başlamağı planlaşdırır. "Report" xəbər verir ki, bu barədə "Nikkei" qəzeti məlumat yayıb. Söhbət uzaqmənzilli qanadlı raketlərdən gedir. Yeni strategiya müəlliflərinin şərti düşmənin gəmilərini d
03.10.2026 149 GƏLƏN İL MAAŞ VƏ PENSİYALAR ARTACAQ? - Ayrılacaq VƏSAİT AÇIQLANDI
2027-ci ilin dövlət büdcəsinin hazırlanması fonunda gəlir və xərclərin hansı istiqamətlər üzrə müəyyənləşdiriləcəyi diqqət mərkəzindədir. Xüsusilə sosial ödənişlərin, əməkhaqlarının və pensiyaların artırılması ilə bağlı gözləntilər əhali üçün əsas məsələlərdən biridir. İnflyasiya və qiymət dəyişikliklər
00:25 197