Əli Əhmədov uşaqpulunun verilməsini istəyir? - Müxalifətdən dəstək gəldi

Əli Əhmədov uşaqpulunun verilməsini istəyir? - Müxalifətdən dəstək gəldiMilli Məclis sədrinin birinci müavini, hakim Yeni Azərbaycan Partiyası sədrinin müavini Əli Əhmədov martın 13-də parlamentdə hökumətin 2025-ci il üzrə hesabatının müzakirəsi zamanı bildirib ki, son bir neçə il ərzində Azərbaycanda əhalinin artım tempində azalma müşahidə olunur.

O xatırladıb ki, 2015-ci ildə Azərbaycanda 160 mindən çox uşaq doğulduğu halda, 2025-ci ildə bu göstərici 100 minin altında oldu: "2015-ci ildə Azərbaycanın məktəblərində 1,5 milyondan çox uşaq təhsil alırdı. Bu isə o deməkdir ki, növbəti dövrlərdə məktəblərimizdə oxuyanların sayı əhəmiyyətli dərəcədə azalacaq və bu vəziyyət 50 minə yaxın müəllimin ixtisarı riskini yarada bilər".

Ə.Əhmədov vurğulayıb ki, bir neçə onillikdən sonra isə pensiya alan əhali ilə əmək qabiliyyətində olan əhali arasında nisbət ciddi şəkildə dəyişə bilər:

"Bu isə iqtisadiyyatımıza və sosial siyasətimizə ciddi təsir göstərə bilər. Güman edirəm ki, 2026-cı ildə və sonrakı illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbərliyi və hökumət demoqrafik məsələlərə diqqəti daha da artıracaq".

Ə.Əhmədovun fikirlərinə münasibət bildirən Ağ Partiyanın başqanı Tural Abbaslı deyib ki, hazırda ölkədə demoqrafik artımın stimullaşdırılması üçün heç bir imtiyaz yoxdur:

"Nə əcəbsə Əli Əhmədov bu məsələni gündəmə gətirib. Yenə də sağ olsun. Demoqrafik azalma mövzusu qarşısında uşaqpulu problemlərdən sadəcə biridir. Bu, cəmiyyət arasında iqtisadi faktordan daha çox psixoloji faktora çevrilib. Biz dəfələrlə bildirmişik ki, hər uşağa 18 yaşınadək 100 manat verilsə, Azərbaycanda büdcəyə illik əlavə 2 milyard manat yük düşür. Bunun sayəsində ən azından gənc və azuşaqlı ailələr üçün bir stimul olacaq ki, heç olmasa ayda 100 manata alacağıq. Hazırda ümumiyyətlə uşaqpulu verilmir və bütün demək olar ki, bütün imtiyazlar ləğv olunub. Dünyanın bir çox ölkələrində doğum stimullaşdırılır. Yəni əhalinin sayının artırılması üçün dövlətlər addım atır. Amma Azərbaycanda vəziyyət əksinədir. Hökumətin son 10-12 ildə atdığı addımlar bu məsələni çox ağır bir vəziyyətə gətirib çıxardı. Hətta yeni doğulan uşağa şəxsiyyət vəsiqəsinin alınması belə ödənişlidir. Təsəvvür edin, sizin övladınız dünyaya gəlir və siz ona şəxsiyyət vəsiqəsi almaq üçün 15-20 manat ödəniş edirsiniz".

T.Abbaslı söyləyib ki, əslində məsələ təkcə uşaqpulu ilə yekunlaşmır:

"Xatırlayırsınızsa, deputat Siyavuş Novruzovun bir çıxışı oldu. O dedi ki, uşaqpulu uşaq doğulmayan ölkələrdə verilir. Bunlar düşünür ki, bizdə uşaq doğulursa, niyə stimullaşdıraq? Təcili sürətdə kifayət qədər ciddi stimullaşdırıcı addımlar atılmasa, demoqrafik vəziyyət daha bərbad duruma düşəcək. Bu sahədə addımlar kompleks şəkildə aparılmalıdır. Təkcə uşaqpulu ilə iş bitmir".
Əli Əhmədov uşaqpulunun verilməsini istəyir? - Müxalifətdən dəstək gəldiRespublikaçı Alternativ Partiyasının sədri, iqtisadçı Natiq Cəfərli isə bildirib ki, parlamentdə bu məsələ ciddi şəkildə müzakirəyə çıxarılmalıdır:

"Ola bilsin ki, Əli Əhmədov çıxışında uşaqpulu məsələsini nəzərdə tutub, ancaq problem təkcə bu deyil. Bəzi ölkələrin təcrübəsi də göstərir ki, yalnız uşaqpulunun verilməsi ilə demoqrafik məsələ həll olunmur. Məsələn, Avropa ölkələrində uşaqpulu ilə yanaşı, pulsuz uşaq bağçaları, güzəştli mənzil satışı və s. imtiyazlar var. Bu məsələyə kompleks şəkildə baxmaq lazımdır. Parlament müzakirələrində məhz bu məsələ önə çıxarılmalıdır. Bir tək uşaqpulu ilə bunun həll olunacağını düşünmürəm. Uşaqpulunun verilməsinin ciddi dəstəyi ola bilər, amma 2-3 yaşına qədər uşaqlar üçün pulsuz bağçaların olması, gənc ailələrin mənzilə çıxış imkanlarının genişləndirilməsi kimi güzəştlər olmalıdır".

İqtisadçının fikrincə, demoqrafik problem cəmiyyətin gələcəyi üçün çox ciddi təhdiddir:

"Müstəqilliyimizin ilk ilində ölkəmizdə 192 min uşaq doğulmuşdu. İndi bu rəqəm 100 mindən aşağıdır. Nəzərə alaq ki, həmin vaxt əhalinin sayı 7.5 milyon idi, indi isə 10 milyondur. Demoqrafik problem cəmiyyətin gələcəyi üçün çox ciddi təhdiddir. Ümid edək ki, cəmiyyəti və insanlarımızı narahat edən bu məsələ, parlamentin, hökumətin gündəliyində olacaq. Çox güman ki, bu ilin may-iyun aylarında büdcəyə yenidən baxılacaq. Həmin müddətə qədər uşaqpulu məsələsi ciddi müzakirə olunsa, büdcəyə bununla bağlı əlavə və düzəlişlər etmək mümkündür".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 896   Tarix: 17 mart 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Tahir Mirkişili: "Azərbaycanın əsas hədəfi maliyyə gücünü məhsuldar iqtisadiyyata çevirməkdir"

Bu gün dünyada investisiyaların cəlb edilməsi uğrunda kəskin rəqabət gedir və bu şəraitdə Azərbaycanın əldə etdiyi nəticələr çox mühümdür. Bu fikri "Report"a açıqlamasında Milli Məclisin üzvü Tahir Mirkişili Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının (YAP) VII Qurultayındakı çıxışın

03.10.2026 170
.

Moldovanın hava məkanı PUA-larla pozulub

Moldovanın milli hava məkanının monitorinq sistemi 5 dronun uçuşunu qeydə alıb. "Report" xəbər verir ki, bu barədə "Newsmaker" ölkənin Müdafiə Nazirliyinin məlumatına istinadən yazıb. Dronlar Aneniy-Noy, Ştefan-Vode, Hinçesti, Tudora və Kauşanı yaşayış məntəqələrinin yaxınlığınd

03.10.2026 161
.

Toya getmək üçün qonşusunun evini qarət etdi, pul yazdıranda ifşa olundu

Ucar rayon sakini toya pul yazdırmaq üçün qonşusunun evini qarət edib. -ın məlumatına görə, hadisə rayonun Şilyan kəndində baş verib. Kənd sakini, 1992-ci il təvəllüdlü Cəbi Qarayevi (adı və soyadı şərtidir) qonşusu Əfqan qızının toyuna çağırıb. O, həyat yoldaşı ilə birlikdə toya getmək istəsə də, pul

03.10.2026 206
.

Oktyabrın 5-dən Bakıda yeni qayda - QADAĞAN EDİLİR

Bakının bir sıra mərkəzi küçələrində avtomobillərin hərəkətinin məhdudlaşdırılması həftənin bütün günlərini əhatə edəcək. bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir. Məlumata görə, mobilliyin artırılması, piyadaları

00:11 194
.

Yaponiya adasında 8 nəfər dayvinq zamanı itkin düşüb

Tokionun Xatidzyo adası sahillərində dayvinqlə məşğul olan 8 nəfər itkin düşüb. "Report" xəbər verir ki, bu barədə Yaponiya mediası Sahil mühafizəsinə istinadən məlumat yayıb. "Dayvinqlə məşğul olan 8 nəfər səhər saat 11 radələrində suya dalmağa başlayıb, onların saat 18:00 radələrind

03.10.2026 182
.

ŞAD XƏBƏR - Bu şəxslər daha tez pensiya alacaq

Azərbaycan Respublikasının qanunvericiliyi müəyyən kateqoriyadan olan şəxslərə ümumi pensiya yaş həddini gözləmədən, daha tez təqaüdə çıxmaq hüququ verir. Bu güzəştlər əsasən iş şəraiti, xüsusi peşə fəaliyyəti, ailə tərkibi və sağlamlıq vəziyyəti kimi faktorlar nəzərə alınaraq tətbiq edilir. "Yen

00:07 173
.

327 gün dənizdə qaldı: Britaniyalı səyyah iki okeanı təkbaşına fəth etdi

Britaniyalı səyyah Deyv Bell Sakit və Hind okeanlarını təkbaşına və fasiləsiz avar çəkərək keçib. O, 327 gün 16 saat ərzində 15 500 dəniz mili (təxminən 28 700 kilometr) məsafə qət edib. xəbər verir ki, bu barədə TASS məlumat yayıb. 54 yaşlı keçmiş hərbi dəniz piyadası səyahətinə 2025-ci il noyabrı

11:00 52
.

Yaponiya 2030-cu ildə yeni raketlərin kütləvi istehsalına başlayacaq

Yaponiya hökuməti 2030-cu maliyyə ilində yeni və ucuz raketlərin kütləvi istehsalına başlamağı planlaşdırır. "Report" xəbər verir ki, bu barədə "Nikkei" qəzeti məlumat yayıb. Söhbət uzaqmənzilli qanadlı raketlərdən gedir. Yeni strategiya müəlliflərinin şərti düşmənin gəmilərini d

03.10.2026 149
.

GƏLƏN İL MAAŞ VƏ PENSİYALAR ARTACAQ? - Ayrılacaq VƏSAİT AÇIQLANDI

2027-ci ilin dövlət büdcəsinin hazırlanması fonunda gəlir və xərclərin hansı istiqamətlər üzrə müəyyənləşdiriləcəyi diqqət mərkəzindədir. Xüsusilə sosial ödənişlərin, əməkhaqlarının və pensiyaların artırılması ilə bağlı gözləntilər əhali üçün əsas məsələlərdən biridir. İnflyasiya və qiymət dəyişikliklər

00:25 197
.