Doğum azalır: uşaq pulu çıxış yolu olacaqmı? - İQTİSADÇIDAN AÇIQLAMA
Azərbaycanda demoqrafik göstəricilərin son illərdə aşağı düşməsi artıq təkcə statistik rəqəm deyil, gələcəyin sosial-iqtisadi risk siqnalına çevrilib. Əli Əhmədov-un parlamentdə səsləndirdiyi rəqəmlər bu tendensiyanın nə qədər ciddi olduğunu bir daha ortaya qoyur: doğum sayının azalması təkcə məktəblərdə şagird sayının düşməsi ilə nəticələnmir, eyni zamanda əmək bazarında daralma, müəllim ixtisarları və uzunmüddətli perspektivdə pensiya sisteminə əlavə yük kimi problemləri də qaçılmaz edir.
Bu fonunda cəmiyyətdə və ekspert dairələrində mühüm bir sual getdikcə daha çox səslənir: dövlət uşaq doğumunu stimullaşdırmaq üçün maliyyə mexanizmlərinə - xüsusilə də uşaq puluna qayıtmalıdırmı? Bir çox ölkələrin təcrübəsi göstərir ki, doğum səviyyəsinin artırılması üçün sosial dəstək paketləri, o cümlədən birbaşa maliyyə yardımları müəyyən təsir gücünə malikdir. Lakin bu addımın effektiv olub-olmaması, dövlət büdcəsinə yükü və real nəticələri Azərbaycanda geniş müzakirə mövzusuna çevrilməkdədir.
Mövzu ilə bağlı Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli BiG.AZ-a açıqlamasında bildirdi ki, uşaq pulunun verilməsi doğuş sayını artırmaq üçün bir vasitə ola bilər, amma bu tək başına problemi həll etməyə yetməz. Onun sözlərinə görə, insanlar uşaqlar üçün maliyyə yükünü nəzərə alır, ona görə də əlavə dəstək onları ailə qurmağa və uşaqlar dünyaya gətirməyə həvəsləndirə bilər: "Lakin doğuş sürətini artırmaq üçün həm də uşaq baxımı, təhsil, səhiyyə xidmətləri, iş yerlərində rahatlıq və sosial şərait kimi digər amillər də vacibdir.
Sadəcə pul ödəmək müəyyən təsir göstərə bilər, amma davamlı və uzunmüddətli artım üçün geniş sosial dəstək siyasəti daha effektiv olur.
Qısaca, uşaq pulu motivasiya yarada bilər, amma əhalinin artımını təmin etmək üçün yalnız bu kifayət etmir".
Müəllif: İlkin Məmmədkərimov
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 745 Tarix: 18 mart 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşZamiq və oğlu Fatih Terimlə bir arada - Fotolar
Müğənni Zamiq Hüseynov Türkiyənin Bodrum şəhərində tanınmış simalarla görüşüb. Axşam.az xəbər verir ki, ifaçı "Qalatasaray"ın futbolçuları Yunus Akgün və Uğurcan Çakır, eləcə də əfsanəvi türkiyəli məşqçi Fatih Terimlə bir araya gəlib. Sənətçi oğlu Zeyn və özünün görüşdən çəkilən fotoların
04.07.2026 282 Bu ölkədə "Maşa və Ayı" qadağan oluna bilər
Böyük Britaniyada bir qrup deputat məşhur "Maşa və Ayı" cizgi filminin nümayişinin qadağan olunmasını tələb edib. Axşam.az xəbər verir ki, bu barədə "The Guardian" nəşri məlumat yayıb. Bildirilib ki, deputatlar müraciətlərində cizgi filminin Rusiya təbliğatı elementi daşıdığını iddi
04.07.2026 232 Sığorta ödənişlərinin verilməsi qaydasında dəyişiklik edilir
Sığorta ödənişləri sığorta olunanın əlilliyinin müəyyən edilməsi ilə deyil, peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsinə uyğun olaraq ödəniləcək. BİG.AZ Trend-ə istinadən bildirir ki, bu məsələ Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün videokonfrans formatında keçirilən iclasının gündəliyind
04.07.2026 110 Atasının maşında unutduğu uşaq istidən ölüb
ABŞ-nin Florida ştatında günəş altında park edilmiş avtomobildə uşağın cəsədi tapılıb. Uşağın atası onu uşaq bağçasına apararkən səhvən maşında unudub. Bu barədə "New York Post" (NYP) nəşri yerli polisə və məktəbəqədər müəssisənin əməkdaşlarına istinadən məlumat verib. "Oğlanın atası on
04.07.2026 0 İlqar Altay "Arzum"un səs yazısını yaydı - VİDEO
Kriminalistika üzrə ekspert İlqar Altay "TikTok" fenomeni "Arzum99"un avtomobil qəzasından sonrakı səs yazısını yayıb. Səs yazısında "Arzum" 103 xidmətinə zəng vurduğunu deyir və canlı yayımı izləyənlərdən də xahiş edir ki, Təcili Tibbi Yardıma müraciət etsinlər. İlqar Alta
04.07.2026 534 Təhlükəsizlik boşluqları aşkarlanmış dövlət informasiya resurslarının sayı iyunda 4,5 dəfə azalıb
Bu ilin ilk yarısında dövlət qurumlarının 399 informasiya resursunda təhlükəsizlik boşluqları aşkarlanıb. "Report"un Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 53 % və yaxud 2 dəf
04.07.2026 0 ABŞ-də anomal istilər səbəbindən Müstəqillik Günü tədbirləri təxirə salındı
ABŞ-nin mərkəzi və şərq ştatlarını cənginə alan anomal istilər ölkənin Müstəqillik Gününə həsr edilmiş kütləvi tədbirlərin keçirilməsinə mane olub. xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb. Yüksək temperatur səbəbindən Vaşinqton və onlarla digər şəhərlərin rəhbərliyi ənənəvi bayra
04.07.2026 151 Leyla Əliyevadan doğum günü ilə bağlı paylaşım
Leyla Əliyeva sosial şəbəkə hesabında paylaşım edərək doğum günü münasibətilə ünvanlanan təbriklərə görə təşəkkürünü bildirib. Axşam.az xəbər verir ki, paylaşımda deyilir:. "Əziz dostlar, təbriklərinizə görə minnətdaram. Allah hamını qorusun və xeyirxahlığa, nura, sevgiyə və özümüzə olan inamımı
04.07.2026 288 Misir Mərdanovdan Emin Əmrullayevin qərarına REAKSİYA
Məktəbəqədər hazırlıq qrupları və ümumi təhsil müəssisələrində mobil və elektron cihazlardan istifadəyə dair yeni qaydalar qüvvəyə minib. Elm və təhsil naziri Emin Əmrullayevin imzaladığı qərara əsasən, şagirdlərin məktəbə gətirdiyi telefon və digər elektron cihazlar dərs müddətinin sonunadək xüsus
04.07.2026 262