Hökumət işıq saatlarını kəskin azaltdı - 21:00-dan sonra...

Hökumət işıq saatlarını kəskin azaltdı - 21:00-dan sonra...Yaxın Şərqdə gərginliyin artması təkcə hərbi-siyasi müstəvidə deyil, region ölkələrinin gündəlik həyatında da ciddi dəyişikliklərə səbəb olur. Ən çox təsirlənən ölkələrdən biri isə Misirdir.

"Yeni Sabah" xəbər verir ki, son günlər hökumət enerji istehlakını məhdudlaşdırmaq üçün yeni tədbirlər paketini işə salıb. Baş nazir Mustafa Mədubli bildirib ki, qlobal yanacaq qiymətlərinin kəskin bahalaşması səbəbindən ölkənin enerji xərcləri qısa müddətdə iki dəfədən çox artıb. Məsələn, yalnız təbii qaz idxalına görə aylıq xərclər 560 milyon dollardan 1,6 milyard dollara qədər yüksəlib.

Bu səbəbdən 28 martdan başlayaraq ölkədə mağaza, kafe və ticarət mərkəzlərinin iş saatları ciddi şəkildə məhdudlaşdırılacaq. Yeni qaydalara görə, obyektlər həftəiçi günlərdə saat 21:00-da, həftəsonları isə ən geci 22:00-da fəaliyyətini dayandırmalı olacaq. Hökumət bu qərarın ən azı bir ay qüvvədə qalacağını açıqlayıb.

Məsələ bununla da bitmir. Qənaət tədbirləri çərçivəsində reklam lövhələrinin işıqlandırılması azaldılacaq, küçə lampalarının bir hissəsi söndürüləcək, dövlət qurumlarında isə iş saatları qısaldılacaq. Hökumət həm dövlət, həm də özəl sektorda həftədə 1-2 gün məsafədən işləmə modelini tətbiq etməyi də müzakirə edir.

Rəsmi açıqlamalarda qeyd olunur ki, regionda hərbi toqquşmaların genişlənməsi və neft-qaz qiymətlərinin sürətlə yüksəlməsi Misir iqtisadiyyatına birbaşa təsir edib. Ölkə son illərdə enerji idxalından daha çox asılı vəziyyətə düşdüyü üçün qiymət artımı büdcəyə əlavə yük yaradıb. Analitiklər hesab edir ki, təkcə neftin bahalaşması Misirin dövlət xərclərini ÜDM-in yarım faizinə qədər artıracaq.

Qeyd edək ki, bu, Misirdə enerji istehlakını azaltmaq üçün ilk addım deyil. Son illərdə də hökumət yay aylarında elektrik çatışmazlığı və yüksək qiymətlər səbəbindən mağazaların daha tez bağlanması, küçə işıqlandırmasının məhdudlaşdırılması kimi tədbirlərə əl atmışdı. Lakin hazırkı qərar regiondakı müharibə fonunda daha sərt və daha geniş miqyaslı hesab olunur.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1028   Tarix: 19 mart 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Buryatiyada insanların həyatına təhlükə yaradan 330-dan çox ayı zərərsizləşdirilib

Mütəxəssislər Buryatiyada yaşayış məntəqələrinə yaxınlaşaraq insanlar üçün təhlükə yaradan 330-dan çox ayını zərərsizləşdiriblər. "Report" xəbər verir ki, bu barədə TASS "Burprirodnadzor"a istinadən məlumat yayıb. "İnsanlar üçün təhlükə yaradan 331 ayı zərərsizləşdirilib. Buryatiyad

03.10.2026 154
.

Yağıntılı hava nə vaxtadək davam edəcək? - TARİX

Bakıda və Abşeron yarımadasında arabir leysan xarakterli intensiv yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən BİG.AZ-a verilən məlumata əsasən, ayrı-ayrı yerlərdə şimşək çaxacağı, 2-dən 3-nə keçən gecə və səhər yağışın güclü olacağı ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək. Bakıd

03.10.2026 208
.

Zəngəzurda saxlanılan əsgərimizin taleyi necə olacaq? - AÇIQLAMA

Azərbaycanlı hərbçi Nəsimi Musayev naməlum şəraitdə Ermənistan ərazisinə keçib. Oktyabrın 1-də yerli vaxtla saat 14:15-də Zəngəzurun Şəki kəndində Azərbaycan əsgəri Ermənistan təhlükəsizlik orqanları tərəfindən saxlanılıb. Oktyabrın 2-də Ermənistanın Baş Prokurorluğu naməlum şəraitdə sərhədi keçərə

03.10.2026 208
.

Azərbaycan banklarının xalis xarici aktivləri 20 %-dən çox artıb

Bu ilin sentyabrın 1-nə Azərbaycan banklarının xalis xarici aktivləri 32 milyard 462,2 milyon manat təşkil edib. "Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, avqustun 1-i müqayisədə 1,4 %, ilin əvvəlinə nisbətən 25,6 %, 2025-ci ilin sentyabrın 1-i ilə müqayisədə is

03.10.2026 149
.

Ərdoğan Türk dövlətlərini Əməkdaşlıq Günü münasibətilə təbrik edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sosial media hesablarında Türk Dövlətlərinin Əməkdaşlıq Günü münasibətilə təbrik mesajı yayılıb. "Report" xəbər verir ki, Türkiyə Prezidentinin "X" hesabındakı paylaşımda qeyd edilib:. "Türk Dövlətləri Təşkilatımızın yaradılmasına imka

03.10.2026 143
.

Azərbaycan manatının dövretmə sürəti 8 ayda azalıb

Bu ilin sentyabrın 1-nə Azərbaycanın milli valyutası - manatın dövretmə sürəti 2,96 bənd təşkil edib. "Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, avqustun 1-i ilə müqayisədə 0,04 bənd, ilin əvvəlinə nisbətən 0,24 bənd, 2025-ci ilin sentyabrın 1-i ilə müqayisədə is

03.10.2026 142
.

Aşağı maaş alanlar üçün də yüksək pensiya şansı yarana bilər - YENİ MEXANİZM

Xüsusi şərtlərlə pensiya alan dövlət qulluqçuları, hərbi qulluqçular və bəzi digər kateqoriyalar üçün pensiyanın hesablanması mexanizminin dəyişdirilməsi təklif olunur. Milli Məclisdə 25 sentyabr 2026-cı ildə birinci oxunuşda müzakirə edilən qanun layihəsinə əsasən, əsas dəyişiklik pensiya ilə şəxsi

00:09 103
.

Oktyabrın 5-dən Bakıda yeni qayda - QADAĞAN EDİLİR

Bakının bir sıra mərkəzi küçələrində avtomobillərin hərəkətinin məhdudlaşdırılması həftənin bütün günlərini əhatə edəcək. bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir. Məlumata görə, mobilliyin artırılması, piyadaları

00:11 110
.

Cəbrayıl şəhərinin azad olunmasından 6 il ötür

Bu gün - oktyabrın 4-ü Cəbrayıl şəhərinin erməni işğalçılarından azad edilməsindən 6 il ötür. 2020-ci ilin oktyabrın 4-də Cəbrayıl şəhəri ilə yanaşı, rayonun daha 9 kəndi - Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan və Dəjəl düşmən işğalından azad olunub. Aza

00:50 74
.