Çin 2030-cu ilə qədərki ÜDM artım proqnozunu açıqlayıb
Ölkə rəhbərliyinin proqnozlarına görə, Çinin ümumi daxili məhsulu (ÜDM) 2030-cu ilə qədər 175 trilyon yuan (Çinin Mərkəzi Bankının qüvvədə olan məzənnəsi ilə hesablandıqda 25,39 trilyon dollar - red.) səviyyəsinə çatmalıdır.
"Report" xəbər verir ki, bu barədə Çinin Baş naziri Li Tsyan Çin İnkişaf Forumunun açılış mərasimində bildirib.
"Biz ümid edirik ki, yaxın beş il perspektivində Çin iqtisadiyyatının məcmu həcmi 175 trilyon yuan səviyyəsinə çatacaq", - o qeyd edib.
L. Tsyanın sözlərinə görə, 15-ci beşillik (2026-2030-cu illər) ərzində dövlətin illik ÜDM-i 30 trilyon yuandan (4,35 trilyon dollar) çox artmalıdır. Baş nazir vurğulayıb ki, bu, Çin və xarici tərəfdaşlar arasında ticarət-iqtisadi əməkdaşlığın dərinləşdirilməsi üçün daha geniş məkan yaradacaq.
"İnkişafın əsas istiqamətlərini müəyyən edərək iqtisadiyyatın dayanıqlı artımını təmin etmək, rəqəmsallaşma, ekoloji modernləşdirmə və inteqrasiya kursunu izləmək, müasir sənaye sisteminin formalaşmasını sürətləndirmək və keyfiyyətli inkişafa təkan vermək niyyətindəyik", - baş nazir sözlərini yekunlaşdırıb.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 144 Tarix: 22 mart 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
İranın İsrailə və Körfəz ölkələrinə endirdiyi zərbələrin sayı açıqlanıb
İran silahlı qüvvələri regionda münaqişə başlayandan bəri İsrail ərazisindəki hədəflərə 850 raket və pilotsuz uçuş aparatı buraxıb. xəbər verir ki, bu barədə "Al Hadath" telekanalı məlumat yayıb. Telekanalın məlumatına görə, eskalasiyanın başlanğıcından indiyədək İran Fars körfəzi ölkələrini
22.03.2026 284 ABŞ Nigeriyaya hərbçilər və kəşfiyyat dronları göndərib
Birləşmiş Ştatlar kəşfiyyat potensialını gücləndirmək və ölkənin şimal-şərq bölgələrində antiterror əməliyyatlarının keçirilməsi üçün Nigeriya Silahlı Qüvvələrinə təlim keçmək məqsədilə bu ölkəyə pilotsuz uçuş aparatları (PUA) və 200-ə yaxın hərbi qulluqçu göndərib. "Report" xəbər verir ki
22.03.2026 267 Quzu əti KƏSKİN UCUZLAŞIB: Səbəb nədir?
Bu günlərdə quzu əti kəskin ucuzlaşıb. Qaynarinfo xəbər verir ki, bir neçə ay əvvəl 30-32 manata satılan quzu ətinin qiymətində azalma müşahidə olunub. Beyləqan rayonundakı ət bazarından verilən məlumata görə, hazırda çəkisi 8-12 kiloqram arasında olan quzu ətinin bir kilosu 22 manata təklif olunur
22.03.2026 521 Almaniyada apteklər maliyyə çatışmazlığı səbəbindən tətil elan edirlər
Almaniyada martın 23-də aptek əməkdaşlarının ümummilli etiraz aksiyası keçiriləcək. xəbər verir ki, bu barədə yazıb. Tətilin səbəbi kimi maliyyə çatışmazlığı və xərclərin artması göstərilir. Bu səbəbdən bir çox şəhərdə apteklər müvəqqəti bağlanacaq. Berlin, Münhen, Düsseldorf və Hannoverdə nümayişlə
22.03.2026 271 İsrailin Dimona şəhərinə endirilən raket zərbəsi nəticəsində 40-a yaxın şəxs xəsarət alıb
İsrailin cənubunda yerləşən Dimona şəhərinə endirilən raket zərbəsi nəticəsində azı 39 nəfər xəsarət alıb. "Report" xəbər verir ki, bu barədə "Magen David Adom" milli təcili tibbi yardım xidmətinin məlumatında deyilir. Məlumata görə, yaralılar arasında vəziyyəti ağır qiymətləndirilə
22.03.2026 288 İsrail ordusu: İran raketlərinin zərərsizləşdirilməsi üzərində iş aparılır
İsrail Müdafiə Qüvvələri (İMQ) İranın növbəti raket hücumu dalğasını qeydə alıb. "Report" xəbər verir ki, bu barədə ordunun mətbuat xidmətinin bəyanatında qeyd olunub. "İsrail Müdafiə Qüvvələri İrandan İsrail ərazisinə raketlərin buraxıldığını qeydə alıb. Müdafiə sistemləri təhdidlər
22.03.2026 285 Sumqayıtda bayram tonqalında baş vermiş partlayışda xəsarət alanların kimliyi məlum oldu - YENİLƏNİB+VİDEO
Sumqayıt şəhərində tonqalda baş verən partlayış zamanı xəsarət alan şəxslərin kimliyi məlum olub. BİG.AZ "Report"a istinadən bildirir ki, xəsarət alanlar Sumqayıt şəhər sakinləridir:. 2004-cü il təvəllüdlü Fatimə Telman qızı Məmmədzadə,. 2006-cı il təvəllüdlü Fatimə Camal qızı İsgəndərli,
22.03.2026 767 "Axios": ABŞ kəşfiyyatı İranda tezliklə hakimiyyət dəyişikliyinin olacağına inanmır
ABŞ kəşfiyyat idarələrinin rəhbərləri konqres üzvlərinə bildiriblər ki, İrana qarşı aparılan hərbi əməliyyata baxmayaraq, İslam Respublikasında hakimiyyət dəyişikliyinin əlamətləri qeydə alınmayıb. "Report" xəbər verir ki, bu barədə mənbələrə istinadən "Axios" portalı yazıb. Onları
22.03.2026 275 Bu şəxslər 300 manatdan çox müavinət ala bilər
Himayədar valideynlərlə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) arasında 0-18 yaş arası uşağın, o cümlədən 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağın himayədar ailəyə verilməsinə dair müqavilə bağlanıldıqda onlara müavinət verilir. -ın məlumatına görə, himayədar ailəyə verilmi
22.03.2026 297