Külə dönən milyonlar: Azərbaycanda sahibkarlar niyə sığortadan qaçırlar?
Sahibkarların öz obyektlərini sığortalaması məsələsi illərlə aktuallığını qorusa da, praktikada bu sahədə ciddi boşluqlar qalmaqdadır. Bir neçə gün əvvəl paytaxtın Binəqədi rayonu ərazisində yerləşən mebel sexində baş verən yanğın bu problemin yenidən gündəmə gəlməsinə səbəb olub. Hadisə sığortasız fəaliyyət göstərən müəssisələrin üzləşə biləcəyi riskləri bir daha ortaya qoyub.
Görəsən, sahibkarlar əmlaklarını sığortalamaqdan niyə bu qədər yayınırlar?
Məsələ ilə bağlı Oxu.Az-a danışan sığorta eksperti Pərviz Quliyev bildirib ki, qanunvericilik icbari sığortadan istifadəni tələb edir.
P.Quliyev vurğulayıb ki, sözügedən məsələyə nəzarət mexanizmi zəifdir:
"Bundan başqa, əhali arasında məlumatlılıq səviyyəsi aşağıdır. Sığorta maarifləndirilməsi yüksək səviyyədə olmalıdır. Həmçinin sığorta şirkəti kommersiya qurumudur, qazanc əldə etməlidir. Şirkət sığorta edərkən qarşı tərəf barədə ciddi araşdırma aparmalıdır. Məsələn, təhlükəsizlik, yanğın riskləri və s. məsələlər nəzərə alınmalıdır. Həmçinin qeyd etmək lazımdır ki, sığorta şirkəti dəyəri böyük olan əmlakı sığortalayarkən onu təkrarsığortaya ötürür. Bu isə riskin bölüşdürülməsidir.
Təkrarsığortaya ötürüldükdə xarici şirkətlər standartlara baxır, uyğun olmadıqda qarşı tərəflə müqavilə bağlanmır. Bəzi şirkətlər var ki, onlar təkrarsığortaya ötürülsə də, həmin müəssisə sığortalanmır, çünki tələb olunan standartlara cavab vermirlər. Qeyd etdiyim kimi, ümumilikdə əhali arasında məlumatlılıq artırılmalıdır. Bundan sonra müəyyən nəticələri əldə etmək olar".
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Müşfiq Cəfərov isə Oxu.Az-a açıqlamasında vurğulayıb ki, ölkədə daşınmaz əmlakın sığortası məcburidir:
"2011-ci ildən ölkədə daşınmaz əmlakın sığortalanmasının icbari olmasına baxmayaraq, bu sahədə ciddi boşluqlar var. Bir çox ticarət mərkəzlərində baş verən yanğınlar zamanı sığorta sahəsindəki çatışmazlıqların bir daha şahidi olduq. Ticarət mərkəzlərində yanğından mühafizə tədbirləri kustar qaydada həyata keçirilir, təhlükəsizliklə bağlı tələblərə əməl olunmur, elektrik naqillərinin çəkilməsində uyğunsuzluqlara yol verilir.
Bu kimi hallara görə sığorta şirkətləri həmin ticarət mərkəzlərindəki riskləri sığortalamaqda maraqlı olmur. Hər bir sahibkar obyektinin normativlərə cavab verməsində və sığortalanmasında maraqlı olmalıdır. Sığortaya ödənilən məbləğ onlar üçün lüzumsuz xərc yox, faydalı yatırımdır".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 861 Tarix: 25 mart 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAzərbaycanda həyat sığortası üzrə ödənişlər 33 %-dən çox artıb
Bu ilin yanvar-avqust aylarında Azərbaycanda həyat sığortası növlərinin hesabına 639,427 milyon manat sığorta haqqı toplanılıb. "Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 7,7 % çoxdur. Hesabat dövründə həyat sığortası növlər
03.10.2026 136 "Kurtlar Vadisi"nin ssenaristi, keçmiş polis rəisinin ifadəsi ortaya çıxdı
Türkiyənin Silivri Respublika Baş Prokurorluğu tərəfindən Kaşif Kozinoğlunun şübhəli ölümü ilə bağlı başladılan istintaq çərçivəsində yeni faktlar ortaya çıxıb. bu barədə "Haber Global" istinadə xəbər verir. Belə ki, istintaq çərçivəsində keçmiş polis rəisi və ssenarist, istintaq çərçivəsind
03.10.2026 173 Bakıda 32 yaşlı kişi diş həkiminə görə arvadını bıçaqladı
Bakıda kişi arvadını ayağından bıçaqlayıb. -a istinadən xəbər verir ki, hadisə Xətai rayonu, Lütfi Zadə küçəsində qeydə alınıb. 32 yaşlı Tahir Quliyev (şərti adla) aralarında yaranmış mübahisə zamanı əlindəki bıçaqla arvadının ayağına xəsarət yetirib. Fakt əsasında Tahir polis əməkdaşları tərəfində
03.10.2026 169 Zəngəzurda saxlanılan əsgərimizin taleyi necə olacaq? - AÇIQLAMA
Azərbaycanlı hərbçi Nəsimi Musayev naməlum şəraitdə Ermənistan ərazisinə keçib. Oktyabrın 1-də yerli vaxtla saat 14:15-də Zəngəzurun Şəki kəndində Azərbaycan əsgəri Ermənistan təhlükəsizlik orqanları tərəfindən saxlanılıb. Oktyabrın 2-də Ermənistanın Baş Prokurorluğu naməlum şəraitdə sərhədi keçərə
03.10.2026 208 Oktyabrın 5-dən Bakıda yeni qayda - QADAĞAN EDİLİR
Bakının bir sıra mərkəzi küçələrində avtomobillərin hərəkətinin məhdudlaşdırılması həftənin bütün günlərini əhatə edəcək. bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir. Məlumata görə, mobilliyin artırılması, piyadaları
00:11 110 Toylarda MENYU DƏYİŞİR: Qutab, kabab, plov, ləvəngi, balıq, tort...
"XX əsrin toy adət-ənənələri ilə XXI əsrdə keçirilən toylar arasında ciddi fərqlər var. Əvvəllər məclislərdə şabaş atmaq və pul nümayiş etdirmək geniş yayılmışdı. İndi isə bu ənənə, demək olar ki, aradan qalxıb. Hazırda isə insanlar öz imkanlarını başqa formada nümayiş etdirməyə çalışırlar"
00:19 107 Aşağı maaş alanlar üçün də yüksək pensiya şansı yarana bilər - YENİ MEXANİZM
Xüsusi şərtlərlə pensiya alan dövlət qulluqçuları, hərbi qulluqçular və bəzi digər kateqoriyalar üçün pensiyanın hesablanması mexanizminin dəyişdirilməsi təklif olunur. Milli Məclisdə 25 sentyabr 2026-cı ildə birinci oxunuşda müzakirə edilən qanun layihəsinə əsasən, əsas dəyişiklik pensiya ilə şəxsi
00:09 103 Azərbaycan manatının dövretmə sürəti 8 ayda azalıb
Bu ilin sentyabrın 1-nə Azərbaycanın milli valyutası - manatın dövretmə sürəti 2,96 bənd təşkil edib. "Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, avqustun 1-i ilə müqayisədə 0,04 bənd, ilin əvvəlinə nisbətən 0,24 bənd, 2025-ci ilin sentyabrın 1-i ilə müqayisədə is
03.10.2026 142 Uşaqpulu ilə bağlı mühüm YENİLİK - Tezliklə iki qərar verilə bilər
Demoqrafik göstəricilərlə bağlı müzakirələrin artdığı bir dövrdə Azərbaycanda uşaqpulunun bərpası məsələsi yenidən gündəmə gəlib. Son günlər sosial şəbəkələrdə və ictimai müzakirələrdə bu ödənişin yenidən verilməsi ilə bağlı müxtəlif iddialar səsləndirilir. -a danışan Sosial-strateji Tədqiqatlar və Analiti
00:23 109