500 Manatlıq Maaşla Qurulan Ailə: Məcburiyyət, yoxsa Faciənin Başlanğıcı? - PSİXOLOQDAN AÇIQLAMA

500 Manatlıq Maaşla Qurulan Ailə: Məcburiyyət, yoxsa Faciənin Başlanğıcı? - PSİXOLOQDAN AÇIQLAMAAzərbaycanda ailə qurmaq hələ də bir çox hallarda şəxsi seçimdən çox, sosial və ailə təzyiqinin nəticəsi kimi formalaşır. Xüsusilə gənclərin maddi imkanları yetərli olmadığı halda, sırf valideynlərin istəyi ilə evləndirilməsi cəmiyyətin ən həssas problemlərindən birinə çevrilib. 500-600 manat maaş alan bir gəncin ailə məsuliyyətini üzərinə götürməsi isə reallıqdan daha çox, riskli bir qərar kimi görünür.

Çünki bugünkü iqtisadi şəraitdə bu məbləğ yalnız fərdi ehtiyacları belə tam qarşılamağa kifayət etmir. Belə olan halda, əvvəlcədən məlum olan maddi çətinliklərin gələcəkdə ailədaxili gərginliklərə, hətta boşanmalara yol açacağı ehtimalı olduqca yüksəkdir. Bu isə sual doğurur: gənclərin həyatı və gələcəyi üzərində qurulan bu cür qərarlar nə dərəcədə doğrudur və kim bu məsuliyyəti daşıyır?
500 Manatlıq Maaşla Qurulan Ailə: Məcburiyyət, yoxsa Faciənin Başlanğıcı? - PSİXOLOQDAN AÇIQLAMAMövzu ilə bağlı psixoloq Samirə Bağırova BiG.AZ-a açıqlamasında bildirdi ki, bu məsələ Azərbaycan cəmiyyətinin sosial-psixoloji modelidir. Yəni, təkcə bir neçə ailələrin yox, ümumi düşüncə tərzinin nəticəsidir. Onun sözlərinə görə, valideynlərin bu istəyi adətən "ailə qurmaq sabitlik gətirər" kimi keçmiş inanclara bağlanır: "Amma artıq keçmişin şərtləri ilə bu günün reallığı üst-üstə düşmür. Bu günün evliliyi sabitlik yaradırmı? İllər öncə 500-600 azn maaş alan bir gənc üçün həyat daha asan idi, gözləntilər fərqli idi, sosial təzyiq bu səviyyədə deyildi. Bu gün həyat bahalı, maaş isə dəyişməz olaraq qalıb. Psixoloji yük ağırlaşıb, məsuliyyət isə daha da çoxalıb. Hələ üstəlik evlənmək istəyən kişinin xasiyyəti problemlidirsə, əlavə dəstək üçün qadının çalışmasına icazə vermirsə münasibətlərdə balans pozulur.

Maddi yük və məsuliyyət bir nəfərin üzərinə düşür, qadın uzun müddət qənaətcil davranmaqdan özünü sıxılmış, depressiv hiss edir və aqressiya artmağa başlayır. Narazılıqlar çoxaldıqca davalar artır və ailədə əvvəlcə emosional uzaqlaşma yaranır. Nəticədə keçmişin qaydaları ilə qurulan ailə, bu günün reallığında dağılmağa məhkum olur. Evlilik hazır olmayan insan üçün sevgi yuvası deyil, yükə çevrilir.

Gənc valideynlər köhnə düşüncə ilə lazımdır deyə ailə qurur, amma ailənin yükünü yeni dünyanın içində uşaq daşıyır. Maddi hazır olmayan iki insanın qurduğu ailə, keçmiş stereotiplərə görə qurulanda, bu ailədə zamanla sevgi yox, narazılıq böyüyür. Bu gün hər iki gənc evliliyə çalışaraq maddi hazır deyilsə, evlilik yükdür".

Müəllif: İlkin Məmmədkərimov


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1213   Tarix: 31 mart 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Yağıntılı hava nə vaxtadək davam edəcək? - TARİX

Bakıda və Abşeron yarımadasında arabir leysan xarakterli intensiv yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən BİG.AZ-a verilən məlumata əsasən, ayrı-ayrı yerlərdə şimşək çaxacağı, 2-dən 3-nə keçən gecə və səhər yağışın güclü olacağı ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək. Bakıd

03.10.2026 208
.

Toylarda MENYU DƏYİŞİR: Qutab, kabab, plov, ləvəngi, balıq, tort...

"XX əsrin toy adət-ənənələri ilə XXI əsrdə keçirilən toylar arasında ciddi fərqlər var. Əvvəllər məclislərdə şabaş atmaq və pul nümayiş etdirmək geniş yayılmışdı. İndi isə bu ənənə, demək olar ki, aradan qalxıb. Hazırda isə insanlar öz imkanlarını başqa formada nümayiş etdirməyə çalışırlar"

00:19 107
.

Azərbaycan manatının dövretmə sürəti 8 ayda azalıb

Bu ilin sentyabrın 1-nə Azərbaycanın milli valyutası - manatın dövretmə sürəti 2,96 bənd təşkil edib. "Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, avqustun 1-i ilə müqayisədə 0,04 bənd, ilin əvvəlinə nisbətən 0,24 bənd, 2025-ci ilin sentyabrın 1-i ilə müqayisədə is

03.10.2026 142
.

Pensiyaçılara və aztəminatlı ailələrə ŞAD XƏBƏR

Azərbaycan dövlət büdcəsinin əsas prioritetləri yenidən insan kapitalına və sosial rifaha köklənib. Gələn ilin büdcə xərclərinin 44 faizinin sosialyönümlü tədbirlərə sərf olunması təkcə maliyyə rəqəmi deyil, eyni zamanda ölkənin sosial siyasətində mühüm bir addımdır. Bu addım minlərlə şəhid ailəsi, qazi

00:15 104
.

Sorğu: Böyük Britaniya əhalisinin yarısı Aİ-yə qayıtmaq istəyir

Böyük Britaniyada seçicilərin demək olar ki, yarısı Leyboristlər partiyasının lideri Endi Börnhemin növbəti ümumi seçkilərdən sonra ölkənin Avropa İttifaqına mümkün qayıdışı ilə bağlı mövqeyini dəstəkləyir. "Report" "The Guardian" nəşrinə istinadən xəbər verir ki, bunu "Messin

03.10.2026 138
.

Tovuzda qadının dəhşəti ölümü ilə bağlı qonşular danışdılar: "Təpədən dırnağa yanmışdı" - VİDEO

Tovuzda qadının ölümü ilə nəticələnən yanğınla bağlı şahidlər danışıblar. BİG.AZ "Xəzər" TV-yə istinadən xəbər verir ki, hadisə rayonun Qovlar şəhəri, Xəqani küçəsində yerləşən fərdi yaşayış evində baş verib. Şahidlərin sözlərinə görə, yanğın zamanı əraziyə çox sayda insan toplaşıb. Qonşularda

00:48 78
.

Aşağı maaş alanlar üçün də yüksək pensiya şansı yarana bilər - YENİ MEXANİZM

Xüsusi şərtlərlə pensiya alan dövlət qulluqçuları, hərbi qulluqçular və bəzi digər kateqoriyalar üçün pensiyanın hesablanması mexanizminin dəyişdirilməsi təklif olunur. Milli Məclisdə 25 sentyabr 2026-cı ildə birinci oxunuşda müzakirə edilən qanun layihəsinə əsasən, əsas dəyişiklik pensiya ilə şəxsi

00:09 103
.

Ermənilərin Gəncədə törətdiyi ilk terrordan 6 il ötür

İkinci Qarabağ müharibəsi dövründə Gəncə şəhərinin Ermənistan Silahlı Qüvvələri tərəfindən ilk raket hücumuna məruz qalmasından 6 il ötür. 2020-ci ilin oktyabrın 4-də səhər saat 10 radələrində ermənilərin atdığı raketlər Azərbaycanın ikinci ən böyük şəhərində mülki yaşayış məntəqəsinə, o cümlədən sakinləri

00:51 71
.

Azərbaycanda ət BAHALAŞDI - YENİ QİYMƏT+VİDEO

Monqolustandan Azərbaycana gətirilən quzu ətinin qiymətində artım var. BİG.AZ "Xəzər" TV-yə istinadla xəbər verir ki, əvvəl Monqolustandan gətirilən quzu ətinin kiloqramı 9- 12 manata təklif olunurdusa, indi 13-16 manat civarındadır. Satıcıların sözlərinə görə, qiymət artımının əsas səbəb

03.10.2026 207
.