Bazarlarda Təhlükə: Texniki Kartof Qida Kimi Satılır? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA

Bazarlarda Təhlükə: Texniki Kartof Qida Kimi Satılır? - QİDA EKSPERTİNDƏN AÇIQLAMASon dövrlərdə bazarlarda satılan kartofun keyfiyyəti ilə bağlı narahatlıqlar artmaqdadır. Xüsusilə "texniki kartof" adı ilə tanınan, əsasən sənaye məqsədləri üçün nəzərdə tutulan məhsulların qida üçün yararlı kartof kimi satışa çıxarılması istehlakçıların sağlamlığı baxımından ciddi suallar doğurur. Xarici görünüşcə çox vaxt fərqləndirilməsi çətin olan bu kartof növləri arasında seçim etmək isə adi alıcı üçün asan deyil. Nəticədə, insanlar bilmədən həm keyfiyyətsiz, həm də sağlamlıq üçün risk yarada biləcək məhsulları istehlak edə bilirlər. Bəs belə vəziyyətdə əhali qidaya yararlı kartofu texniki kartofdan necə ayırd etməlidir və hansı meyarlara diqqət yetirməlidir?
Bazarlarda Təhlükə: Texniki Kartof Qida Kimi Satılır? - QİDA EKSPERTİNDƏN AÇIQLAMAMövzu ilə bağlı qida eksperti Fərid Səfərov BiG.AZ-a açıqlamasında bildirdi ki, kartofun "qida üçün yararlı" və ya "texniki" (nişasta və ya yem məqsədli) olması əsasən onun keyfiyyət göstəricilərindən, saxlanma şəraitindən və xarici görünüşündən anlaşılır. Sadə istehlakçı üçün bunu 100% dəqiqliklə ayırmaq çətin olsa da, bəzi praktik əlamətlər kömək edə bilər:

1. Xarici görünüşünə diqqət edin.

- Yaşıl rənglənmə - bu solanin adlı zəhərli maddənin artdığını göstərir. Belə kartoflar qida üçün uyğun deyil.
- Çox cücərmiş kartof - uzun müddət saxlanılıb və keyfiyyəti aşağı düşüb.
- Qara ləkələr, yumşalma, çürümə əlamətləri - bu kartofların artıq istifadəsi risklidir.
- Formaca çox eybəcər və ya zədələnmiş kartoflar da adətən texniki və ya aşağı keyfiyyətli olur.

2. Daxili quruluşu yoxlayın.

- Kartofu kəsdikdə içində qara, qəhvəyi halqalar və ya boşluqlar varsa, bu artıq keyfiyyət probleminə işarədir.
- Həddindən artıq sərt və ya çox sulu tekstura da normal deyil.

3. Dad və bişmə xüsusiyyətləri.

- Qida üçün olan kartoflar bişəndə normal yumşalır və dadı xoş olur.
- Texniki kartoflar isə çox vaxt ya həddindən artıq nişastalı olur (un kimi dağılır), ya da bişsə də sərt qalır və dadsız olur.

4. Satın alarkən diqqət ediləcək məqamlar.

- Kartofu etibarlı market və ya satıcılardan almağa üstünlük verin.
- Açıq satışda olan məhsullarda mənşə və təyinat haqqında məlumat yoxdursa, risk artır.
- Mövsümdən kənar çox ucuz kartoflar bəzən texniki və ya uzun müddət saxlanmış məhsul ola bilər.

Tam əminlik üçün laborator analiz lazımdır, amma gündəlik həyatda yaşıl, cücərmiş, çürük və ya qəribə teksturalı kartoflardan uzaq durmaq, görünüşü sağlam, bərk və təmiz kartof seçmək
ən təhlükəsiz yanaşmadır.

Sağlam qidalanaraq sağlam yaşayın!

Müəllif: İlkin Məmmədkərimov


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 940   Tarix: 31 mart 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Yağıntılı hava nə vaxtadək davam edəcək? - TARİX

Bakıda və Abşeron yarımadasında arabir leysan xarakterli intensiv yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən BİG.AZ-a verilən məlumata əsasən, ayrı-ayrı yerlərdə şimşək çaxacağı, 2-dən 3-nə keçən gecə və səhər yağışın güclü olacağı ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək. Bakıd

03.10.2026 208
.

Toylarda MENYU DƏYİŞİR: Qutab, kabab, plov, ləvəngi, balıq, tort...

"XX əsrin toy adət-ənənələri ilə XXI əsrdə keçirilən toylar arasında ciddi fərqlər var. Əvvəllər məclislərdə şabaş atmaq və pul nümayiş etdirmək geniş yayılmışdı. İndi isə bu ənənə, demək olar ki, aradan qalxıb. Hazırda isə insanlar öz imkanlarını başqa formada nümayiş etdirməyə çalışırlar"

00:19 107
.

Azərbaycan manatının dövretmə sürəti 8 ayda azalıb

Bu ilin sentyabrın 1-nə Azərbaycanın milli valyutası - manatın dövretmə sürəti 2,96 bənd təşkil edib. "Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, avqustun 1-i ilə müqayisədə 0,04 bənd, ilin əvvəlinə nisbətən 0,24 bənd, 2025-ci ilin sentyabrın 1-i ilə müqayisədə is

03.10.2026 142
.

Pensiyaçılara və aztəminatlı ailələrə ŞAD XƏBƏR

Azərbaycan dövlət büdcəsinin əsas prioritetləri yenidən insan kapitalına və sosial rifaha köklənib. Gələn ilin büdcə xərclərinin 44 faizinin sosialyönümlü tədbirlərə sərf olunması təkcə maliyyə rəqəmi deyil, eyni zamanda ölkənin sosial siyasətində mühüm bir addımdır. Bu addım minlərlə şəhid ailəsi, qazi

00:15 104
.

Sorğu: Böyük Britaniya əhalisinin yarısı Aİ-yə qayıtmaq istəyir

Böyük Britaniyada seçicilərin demək olar ki, yarısı Leyboristlər partiyasının lideri Endi Börnhemin növbəti ümumi seçkilərdən sonra ölkənin Avropa İttifaqına mümkün qayıdışı ilə bağlı mövqeyini dəstəkləyir. "Report" "The Guardian" nəşrinə istinadən xəbər verir ki, bunu "Messin

03.10.2026 138
.

Tovuzda qadının dəhşəti ölümü ilə bağlı qonşular danışdılar: "Təpədən dırnağa yanmışdı" - VİDEO

Tovuzda qadının ölümü ilə nəticələnən yanğınla bağlı şahidlər danışıblar. BİG.AZ "Xəzər" TV-yə istinadən xəbər verir ki, hadisə rayonun Qovlar şəhəri, Xəqani küçəsində yerləşən fərdi yaşayış evində baş verib. Şahidlərin sözlərinə görə, yanğın zamanı əraziyə çox sayda insan toplaşıb. Qonşularda

00:48 78
.

Aşağı maaş alanlar üçün də yüksək pensiya şansı yarana bilər - YENİ MEXANİZM

Xüsusi şərtlərlə pensiya alan dövlət qulluqçuları, hərbi qulluqçular və bəzi digər kateqoriyalar üçün pensiyanın hesablanması mexanizminin dəyişdirilməsi təklif olunur. Milli Məclisdə 25 sentyabr 2026-cı ildə birinci oxunuşda müzakirə edilən qanun layihəsinə əsasən, əsas dəyişiklik pensiya ilə şəxsi

00:09 103
.

Ermənilərin Gəncədə törətdiyi ilk terrordan 6 il ötür

İkinci Qarabağ müharibəsi dövründə Gəncə şəhərinin Ermənistan Silahlı Qüvvələri tərəfindən ilk raket hücumuna məruz qalmasından 6 il ötür. 2020-ci ilin oktyabrın 4-də səhər saat 10 radələrində ermənilərin atdığı raketlər Azərbaycanın ikinci ən böyük şəhərində mülki yaşayış məntəqəsinə, o cümlədən sakinləri

00:51 71
.

Azərbaycanda ət BAHALAŞDI - YENİ QİYMƏT+VİDEO

Monqolustandan Azərbaycana gətirilən quzu ətinin qiymətində artım var. BİG.AZ "Xəzər" TV-yə istinadla xəbər verir ki, əvvəl Monqolustandan gətirilən quzu ətinin kiloqramı 9- 12 manata təklif olunurdusa, indi 13-16 manat civarındadır. Satıcıların sözlərinə görə, qiymət artımının əsas səbəb

03.10.2026 207
.