Bu şəxslərin ailə üzvlərinə - Prezident təqaüdü veriləcək
Minatəmizləmə fəaliyyətini həyata keçirən zaman partlayıcı sursatların işə düşməsi nəticəsində baş verən bədbəxt hadisə ilə əlaqədar həlak olan və ya bu zaman aldığı xəsarətdən həyatını itirən minatəmizləyənlərin ailə üzvlərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilib.
"Qafqazinfo" xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev Fərman imzalayıb.
Minatəmizləmə fəaliyyətini həyata keçirən zaman partlayıcı sursatların işə düşməsi nəticəsində baş verən bədbəxt hadisə ilə əlaqədar həlak olan və ya bu zaman aldığı xəsarətdən həyatını itirən minatəmizləyənlərin ailə üzvlərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilib və onun aylıq məbləği 700 (yeddi yüz) manat müəyyən olunub.
Prezident təqaüdü minatəmizləmə fəaliyyətini həyata keçirən zaman partlayıcı sursatların işə düşməsi nəticəsində baş verən bədbəxt hadisə ilə əlaqədar həlak olan və ya bu zaman aldığı xəsarətdən həyatını itirən minatəmizləyənin aşağıda göstərilən ailə üzvlərinə (təqaüd məbləği onların sayına uyğun bərabər hissələrə bölünməklə) ödənilir:
- dul arvadına (ərinə), valideynlərinə;
- 18 yaşına çatmamış (peşə təhsili, orta ixtisas təhsili və ali təhsil müəssisələrində təhsil alanlara isə həmin təhsil müəssisələrini bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək), yaxud 18 yaşına çatanadək əlilliyi müəyyən edilmiş 18 yaşından yuxarı əlilliyi olan övladlarına, uşaq evlərində tərbiyə olunan qardaş və bacılarına;
- birinci növbədən digər qohumları olmayan baba və nənələrinə;
Təzminat dövlət büdcəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üçün nəzərdə tutulmuş xərclər hesabına həmin Nazirlik tərəfindən ödənilir.
Bu Fərmanın 1-ci hissəsi ilə təsis edilən Azərbaycan Respublikası Prezidentinin təqaüdü bu Fərman qüvvəyə mindiyi tarixədək minatəmizləmə fəaliyyətini həyata keçirən zaman partlayıcı sursatların işə düşməsi nəticəsində baş verən bədbəxt hadisə ilə əlaqədar həlak olan və ya bu zaman aldığı xəsarətdən həyatını itirən minatəmizləyənlərin ailə üzvlərinə də şamil edilir və bu Fərman qüvvəyə mindiyi tarixdən sonrakı dövr üçün ödənilir.
Nazirlər Kabinetinə bu Fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 938 Tarix: 31 mart 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşSabunçuda ƏMƏLİYYAT: 19 kilo narkotiklə tutuldu
Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat keçirilib. xəbər verir ki, tədbir zamanı narkokuryerlik etməkdə şübhəli bilinən 32 yaşlı Elsevər Mirəliyev və 23 yaşlı Vahid Kərimov saxlanılıblar. Onlardan ümumilikdə 19 kiloqramda
03.07.2026 264 Ötən ildən qalan dondurmanı necə ayırd etmək olar?
"Yay mövsümündə dondurmaya tələbat əhəmiyyətli dərəcədə artır. Lakin istehlakçılar məhsul seçərkən yalnız dadına deyil, onun keyfiyyətinə və təhlükəsizliyinə də xüsusi diqqət yetirməlidirlər. Satışda olan dondurmaların ötən ildən qalıb-qalmadığını və sağlamlıq üçün risk yaradıb-yaratmadığını müəyyə
03.07.2026 358 Yaponiyada güclü zəlzələ oldu
Yaponiyanın cənub-qərbindəki Kume və Miyako adaları yaxınlığında 6,1 bal gücündə zəlzələ baş verib. xəbər verir ki, bu barədə Yaponiya Milli Meteorologiya İdarəsi məlumat yayıb. Tələfat və dağıntılar barədə məlumat verilməyib. Sunami xəbərdarlığı elan olunmayıb
03.07.2026 293 Birlikdə kirayədə qaldığı yoldaşını qətlə yetirən şəxs HAKIM QARŞISINDA
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Quliyevin sədrliyi ilə Bakıda kirayədə birlikdə yaşadığı Zəfər Məmmədovu 23 bıçaq zərbəsi ilə qətlə yetirməkdə təqsirləndirilən Hüseyn Həsənovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib. xəbər verir ki, məhkəmə təqsirləndirilən şəxsi
03.07.2026 251 Zamiq və oğlu Fatih Terimlə bir arada - Fotolar
Müğənni Zamiq Hüseynov Türkiyənin Bodrum şəhərində tanınmış simalarla görüşüb. Axşam.az xəbər verir ki, ifaçı "Qalatasaray"ın futbolçuları Yunus Akgün və Uğurcan Çakır, eləcə də əfsanəvi türkiyəli məşqçi Fatih Terimlə bir araya gəlib. Sənətçi oğlu Zeyn və özünün görüşdən çəkilən fotoların
11:39 115 Supermarket almaları təhlükəlidirmi?
Supermarketdən alınan almalar sağlam qida hesab olunsa da, onların satışdan əvvəl keçdiyi emal prosesi bəzi suallar yaradır. Avstraliyalı qastroenteroloq Pol Frums mağazalarda satılan almaları niyə yemədiyini və bunun səbəblərini izah edib. xarici mediaya istinadən xəbər verir ki, alma təbii olaraq nazi
03.07.2026 243 Ronaldo Dünya çempionatı pley-off mərhələsinin ən yaşlı qol vuran oyunçusudur
Portuqaliya və Səudiyyə Ərəbistanının "Əl-Nəsr" komandasının hücumçusu Kriştiano Ronaldo Dünya çempionatı pley-off tarixində ən yaşlı qol vuran oyunçu olub. -ın məlumatına görə, 1/16 final mərhələsində Portuqaliya Xorvatiyanı 2:1 hesabı ilə məğlub edib. Ronaldo 68-ci dəqiqədə penaltini dəqi
03.07.2026 262 Fransa, Belçika və Niderlandda isti hava səbəbindən ən azı 3700 ölüm hadisəsi qeydə alınıb
Fransa, Niderland və Belçika iyun ayında Avropada temperaturun kəskin şəkildə yüksəlməsinə səbəb olan isti hava dalğası zamanı 3700 ölüm hadisəsi qeydə alıb. BİG.AZ Reuters-ə istinadən xəbər verir ki, hakimiyyət orqanları bu rəqəmlərin ilkin olduğunu və arta biləcəyi barədə xəbərdarlıq edib. Mütəxəssislər
03.07.2026 219 Qəzada ölən Amal 4 il əvvəl narkotikə görə tutulubmuş - Fotolar
Bloqer İlduzə Hacıyevanın (Arzum99) həbsindən sonra qəzada həyatını itirən Amal Məlikovla bağlı yeni məlumatlar geniş müzakirə obyektinə çevrilib. "Qafqazinfo" xəbər verir ki, ABŞ-də yaşayan azərbaycanlı jurnalist Qənirə Ataşova Amal Məlikovun əvvəllər xuliqanlıq və narkotik vasitələrin qanunsu
12:29 0