Yer bunu 500 milyon il gizlədib: Planetin altında qəribə maqnit siqnalı tapıldı

Yer bunu 500 milyon il gizlədib: Planetin altında qəribə maqnit siqnalı tapıldıUzun illər ərzində alimlər Yer kürəsinin demək olar ki, hər guşəsində tədqiqatlar aparıblar. Bu araşdırmalar qədim sirlərin izahına kömək etsə də, "The Pulse" nəşrinin yazdığına görə, yaşı 500 milyon ilə çatan süxurların aşkar edilməsi xüsusilə diqqət çəkir.

Qaynarinfo-nun məlumatına görə, materialda qeyd olunur ki, son illərdə planetimiz yeni sirlərini açmağa davam edir. Belə ki, seysmoloqlar Yer qabığının altında, təxminən 640 km dərinlikdə yerləşən nəhəng su hövzəsi aşkar ediblər. Bildirilir ki, bu su ehtiyatı Yer səthindəki bütün okeanların ümumi həcmindən üç dəfə çoxdur.

Bundan əlavə, alimlər Yer quruluşunda gizli "beşinci qat"ın da mövcud ola biləcəyini irəli sürüblər.

"Bu, planetin nüvəsini əhatə edən metal kürədir və digər dörd qatdan tamamilə fərqli davranır. Okean dalğalarının dəniz dibinə çırpılması nəticəsində yaranan ‘uğultu’ isə yalnız xüsusi avadanlıqla qeydə alına bilir", deyə nəşr izah edir.

Geoloqların sözlərinə görə, aşkar edilən süxurlar təxminən 500 milyon il əvvəl mövcud olmuş ediakara dövrünə aiddir.

"Bu qədim süxurlar son dərəcə unikaldır, çünki onların maqnit xüsusiyyətləri uzun müddətdir geologiya sahəsində alimləri çaşdırır. Tədqiqat qrupları Mərakeşdə aparılan araşdırmalar zamanı Yer maqnit sahəsində 500 milyon ildən çox əvvəl baş vermiş kəskin dəyişiklikləri sənədləşdiriblər", deyə materialda bildirilir.

Alimlərin fikrincə, bu dəyişikliklər tektonik plitələrin hərəkəti ilə izah oluna bilməz.

"The Pulse" yazır ki, son illərdə peyk məlumatları və yeraltı qazıntılar sayəsində əldə olunan nəticələr göstərir ki, həmin dövrdə Yer maqnit sahəsi olduqca qeyri-sabit olub.

Araşdırmaya əsasən, o dövrdə maqnit mühiti həyatın formalaşması üçün kifayət qədər sabit olmayıb. Maraqlıdır ki, bu süxurların formalaşmasından sonra başlayan dövr "Kembri partlayışı" kimi tanınır və heyvan həyatının sürətli inkişafı ilə xarakterizə olunur.

"Yer üzərində aparılan qazıntılar növümüz haqqında çox şey üzə çıxarıb, lakin bu kəşf planetimizin tarixində daha qeyri-sabit və dinamik bir dövrün mövcud olduğunu göstərir", deyə nəşr yekunlaşdırır.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1056   Tarix: 31 mart 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Yağıntılı hava nə vaxtadək davam edəcək? - TARİX

Bakıda və Abşeron yarımadasında arabir leysan xarakterli intensiv yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən BİG.AZ-a verilən məlumata əsasən, ayrı-ayrı yerlərdə şimşək çaxacağı, 2-dən 3-nə keçən gecə və səhər yağışın güclü olacağı ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək. Bakıd

03.10.2026 208
.

Toylarda MENYU DƏYİŞİR: Qutab, kabab, plov, ləvəngi, balıq, tort...

"XX əsrin toy adət-ənənələri ilə XXI əsrdə keçirilən toylar arasında ciddi fərqlər var. Əvvəllər məclislərdə şabaş atmaq və pul nümayiş etdirmək geniş yayılmışdı. İndi isə bu ənənə, demək olar ki, aradan qalxıb. Hazırda isə insanlar öz imkanlarını başqa formada nümayiş etdirməyə çalışırlar"

00:19 107
.

Azərbaycan manatının dövretmə sürəti 8 ayda azalıb

Bu ilin sentyabrın 1-nə Azərbaycanın milli valyutası - manatın dövretmə sürəti 2,96 bənd təşkil edib. "Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, avqustun 1-i ilə müqayisədə 0,04 bənd, ilin əvvəlinə nisbətən 0,24 bənd, 2025-ci ilin sentyabrın 1-i ilə müqayisədə is

03.10.2026 142
.

Pensiyaçılara və aztəminatlı ailələrə ŞAD XƏBƏR

Azərbaycan dövlət büdcəsinin əsas prioritetləri yenidən insan kapitalına və sosial rifaha köklənib. Gələn ilin büdcə xərclərinin 44 faizinin sosialyönümlü tədbirlərə sərf olunması təkcə maliyyə rəqəmi deyil, eyni zamanda ölkənin sosial siyasətində mühüm bir addımdır. Bu addım minlərlə şəhid ailəsi, qazi

00:15 104
.

Sorğu: Böyük Britaniya əhalisinin yarısı Aİ-yə qayıtmaq istəyir

Böyük Britaniyada seçicilərin demək olar ki, yarısı Leyboristlər partiyasının lideri Endi Börnhemin növbəti ümumi seçkilərdən sonra ölkənin Avropa İttifaqına mümkün qayıdışı ilə bağlı mövqeyini dəstəkləyir. "Report" "The Guardian" nəşrinə istinadən xəbər verir ki, bunu "Messin

03.10.2026 138
.

Tovuzda qadının dəhşəti ölümü ilə bağlı qonşular danışdılar: "Təpədən dırnağa yanmışdı" - VİDEO

Tovuzda qadının ölümü ilə nəticələnən yanğınla bağlı şahidlər danışıblar. BİG.AZ "Xəzər" TV-yə istinadən xəbər verir ki, hadisə rayonun Qovlar şəhəri, Xəqani küçəsində yerləşən fərdi yaşayış evində baş verib. Şahidlərin sözlərinə görə, yanğın zamanı əraziyə çox sayda insan toplaşıb. Qonşularda

00:48 78
.

Aşağı maaş alanlar üçün də yüksək pensiya şansı yarana bilər - YENİ MEXANİZM

Xüsusi şərtlərlə pensiya alan dövlət qulluqçuları, hərbi qulluqçular və bəzi digər kateqoriyalar üçün pensiyanın hesablanması mexanizminin dəyişdirilməsi təklif olunur. Milli Məclisdə 25 sentyabr 2026-cı ildə birinci oxunuşda müzakirə edilən qanun layihəsinə əsasən, əsas dəyişiklik pensiya ilə şəxsi

00:09 103
.

Ermənilərin Gəncədə törətdiyi ilk terrordan 6 il ötür

İkinci Qarabağ müharibəsi dövründə Gəncə şəhərinin Ermənistan Silahlı Qüvvələri tərəfindən ilk raket hücumuna məruz qalmasından 6 il ötür. 2020-ci ilin oktyabrın 4-də səhər saat 10 radələrində ermənilərin atdığı raketlər Azərbaycanın ikinci ən böyük şəhərində mülki yaşayış məntəqəsinə, o cümlədən sakinləri

00:51 71
.

Azərbaycanda ət BAHALAŞDI - YENİ QİYMƏT+VİDEO

Monqolustandan Azərbaycana gətirilən quzu ətinin qiymətində artım var. BİG.AZ "Xəzər" TV-yə istinadla xəbər verir ki, əvvəl Monqolustandan gətirilən quzu ətinin kiloqramı 9- 12 manata təklif olunurdusa, indi 13-16 manat civarındadır. Satıcıların sözlərinə görə, qiymət artımının əsas səbəb

03.10.2026 207
.