Avropa Birliyi və ABŞ təcrübəsi fonunda Azərbaycanda istehlakçı hüquqları: islahat vaxtıdır - HÜQUQŞÜNASDAN AÇIQLAMA

Avropa Birliyi və ABŞ təcrübəsi fonunda Azərbaycanda istehlakçı hüquqları: islahat vaxtıdır - HÜQUQŞÜNASDAN AÇIQLAMASon illərdə dünyada istehlakçı hüquqlarının qorunması sahəsində ciddi irəliləyişlər müşahidə olunur. Xüsusilə Avropa Birliyi ölkələrində və ABŞ-da istehlakçıların hüquqlarının müdafiəsi üçün daha sərt qanunlar qəbul edilir, məhsul keyfiyyətinə nəzarət gücləndirilir və şirkətlərin məsuliyyəti artırılır.

Rəqəmsal ticarətin genişlənməsi ilə yanaşı, onlayn alış-verişdə istehlakçıların aldadılmasının qarşısını almaq üçün yeni mexanizmlər tətbiq olunur, şəffaflıq və hesabatlılıq əsas prioritetlərə çevrilir. Lakin Azərbaycanda istehlakçı hüquqlarının qorunması sahəsində hələ də bir sıra boşluqlar qalmaqdadır. Mövcud qanunvericilik bazasına baxmayaraq, praktikada bu hüquqların təmin olunması, nəzarət mexanizmlərinin effektivliyi və vətəndaşların məlumatlılıq səviyyəsi arzuolunan səviyyədə deyil.

Bazarda keyfiyyətsiz məhsulların mövcudluğu, istehlakçı şikayətlərinin lazımi səviyyədə araşdırılmaması və bəzi hallarda şirkətlərin məsuliyyətdən yayınması bu sahədə ciddi islahatlara ehtiyac olduğunu göstərir. Mövcud reallıq onu deməyə əsas verir ki, Azərbaycanda istehlakçı hüquqlarına yenidən baxılması, beynəlxalq təcrübənin öyrənilməsi və daha effektiv mexanizmlərin tətbiqi artıq zərurətə çevrilib. Bu, həm vətəndaşların hüquqlarının qorunması, həm də bazarda sağlam rəqabətin formalaşması baxımından mühüm əhəmiyyət kəsb edir.
Avropa Birliyi və ABŞ təcrübəsi fonunda Azərbaycanda istehlakçı hüquqları: islahat vaxtıdır - HÜQUQŞÜNASDAN AÇIQLAMAMövzu ilə bağlı hüquqşünas Əkrəm Həsənov BiG.AZ-a açıqlamasında bildirdi ki, bizdə ümumən vətəndaş istehlakçı hüquqlarını 2 cür müdafiə edə bilər. Birincisi Prezident yanında Antiinhisar Siyasəti və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə şikayət edə bilər. İkincisi isə məhkəməyə verə bilər. Eyni zamanda bunların hər ikisini birlikdə də edə bilər. Onun sözlərinə görə, agentlik şikayət olunan satıcını cərimələyə bilər: "Yəni dövlət büdcəsinin xeyirinə. Vətəndaş burdan heçnə udmuş olmur. Ancaq məhkəmə yolu ilə vətəndaş istehlakçı hüquqlarını pozan şirkətdən özünə kompensasiya tələb edə bilər. Sadəcə vətəndaşın məhkəməyə verməsi vətəndaşa baha başa gələ bilər.

Mütləq şəkildə vəkil tutmalıdır. Çünki məhkəməni təkbaşına apara bilməyəcək. Yəni bunun özü bir xərcdir. Ola bilərki vətəndaşın məhkəməyə çəkdiyi xərc aldığı kompensasiyadan çox olsun. Çünki bizim məhkəmələr böyük məbləğdə kompensasiyalar kəsmirlər. Yəni zərərin əvəzini qarşılamır. Həmdə məhkəmələr illərlə vaxt çəkədə bilər. Bu baxımdan vətəndaşın İstehlakçı Hüquqları çox pis müdafiə olunur. Yəni qanun var, ancaq praktiki çətinliklər mövcuddur".

Müəllif: İlkin Məmmədkərimov


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 780   Tarix: 06 aprel 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Polisdən Bakı və Gəncədə əməliyyat: Xaricdən idarə olunan şəbəkə ifşa edildi - Video

Daxili İşlər Nazirliyi (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 68 kiloqram narkotik vasitə və 1600 ədəd narkotik tərkibli həb dövriyyədən çıxarılıb. xəbər verir ki, bu barədə DİN məlumat yayıb. Bildirilib ki, paytaxt ərazisində, eləcə də Gəncə şəhərində keçirilən tədbirlərl

03.10.2026 156
.

3 oktyabr Azərbaycanın gələcək yolunu müəyyənləşdirən tarixi gündür

"3 oktyabr Azərbaycan xalqının və müstəqil dövlətçiliyimizin tarixində xüsusi əhəmiyyət daşıyan günlərdən biridir. 1993-cü il oktyabrın 3-də keçirilmiş ümumxalq səsverməsi nəticəsində Ulu Öndər Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsi ölkəmizin taleyində mühüm dönüş nöqtəs

03.10.2026 217
.

3 oktyabr 1993-cü il: Azərbaycanın müasir dönüş nöqtəsi

"3 oktyabr 1993-cü il Azərbaycan tarixində xüsusi əhəmiyyət daşıyan bir tarixdir. Çünki həmin gün Heydər Əliyev xalqın iradəsi ilə Azərbaycan Respublikasının Prezidenti seçildi. Amma bu hadisəni yalnız prezident seçkisi kimi qiymətləndirmək düzgün olmaz. Söhbət Azərbaycanın dövlətçilik tarixini

03.10.2026 320
.

Sürücülərin nəzərinə: 40 manat cərimə oluna bilərsiniz

Yağışlı havalarda yollarda yaranan gölməçələr piyadalar üçün ciddi narahatlıq yaradır. Bəs avtomobil gölməçədən keçərkən su və ya palçıq piyadanın üzərinə sıçrayarsa, sürücü buna görə məsuliyyət daşıyırmı?. xatırladır ki, sözügedən hərəkət sürücülərdə hüquqi məsuliyyət yaradır. Belə ki, İnzibati Xətala

03.10.2026 164
.

Tovuzda qadının dəhşəti ölümü ilə bağlı qonşular danışdılar: "Təpədən dırnağa yanmışdı" - VİDEO

Tovuzda qadının ölümü ilə nəticələnən yanğınla bağlı şahidlər danışıblar. BİG.AZ "Xəzər" TV-yə istinadən xəbər verir ki, hadisə rayonun Qovlar şəhəri, Xəqani küçəsində yerləşən fərdi yaşayış evində baş verib. Şahidlərin sözlərinə görə, yanğın zamanı əraziyə çox sayda insan toplaşıb. Qonşularda

00:48 0
.

Yaponiya adasında 8 nəfər dayvinq zamanı itkin düşüb

Tokionun Xatidzyo adası sahillərində dayvinqlə məşğul olan 8 nəfər itkin düşüb. "Report" xəbər verir ki, bu barədə Yaponiya mediası Sahil mühafizəsinə istinadən məlumat yayıb. "Dayvinqlə məşğul olan 8 nəfər səhər saat 11 radələrində suya dalmağa başlayıb, onların saat 18:00 radələrind

03.10.2026 160
.

Zəngəzurda saxlanılan əsgərimizin taleyi necə olacaq? - AÇIQLAMA

Azərbaycanlı hərbçi Nəsimi Musayev naməlum şəraitdə Ermənistan ərazisinə keçib. Oktyabrın 1-də yerli vaxtla saat 14:15-də Zəngəzurun Şəki kəndində Azərbaycan əsgəri Ermənistan təhlükəsizlik orqanları tərəfindən saxlanılıb. Oktyabrın 2-də Ermənistanın Baş Prokurorluğu naməlum şəraitdə sərhədi keçərə

03.10.2026 203
.

Yağıntılı hava nə vaxtadək davam edəcək? - TARİX

Bakıda və Abşeron yarımadasında arabir leysan xarakterli intensiv yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən BİG.AZ-a verilən məlumata əsasən, ayrı-ayrı yerlərdə şimşək çaxacağı, 2-dən 3-nə keçən gecə və səhər yağışın güclü olacağı ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək. Bakıd

03.10.2026 203
.

Bu şəxslər sürücülük vəsiqəsi ALA BİLMƏYƏCƏK

Hərbi biletində müəyyən tibbi maddələr qeyd olunmuş vətəndaşlar sürücülük vəsiqəsi almaq istədikdə müxtəlif prosedur və məhdudiyyətlərlə qarşılaşa bilərlər. Bu maddələr arasında xüsusilə diqqət çəkənlərdən biri də psixi sağlamlıq və əsəb sistemi göstəriciləri ilə bağlı olan 17b maddəsidir. Bir çox hallard

00:17 53
.