Yatmazdan əvvəlki bu vərdiş ürək xəstəliyinə səbəb ola bilər (TƏDQİQAT)

Yatmazdan əvvəlki bu vərdiş ürək xəstəliyinə səbəb ola bilər (TƏDQİQAT)Yatmazdan əvvəl dişləri fırçalamamaq kiçik məsələ kimi görünə bilər, lakin araşdırmalar göstərir ki, bu, yalnız diş sağlamlığına deyil, ümumi sağlamlığa da təsir edir.

Qaynarinfo xəbər verir ki, bu barədə "EatingWell" nəşri məlumat yayıb.

Nəşrin yazdığına görə, "European Heart Journal" jurnalında dərc olunan məqalədə qeyd olunur ki, ağız boşluğunun zəif gigiyenası, xüsusilə də diş ətlərinin qanaması ilə müşayiət olunan gingivit və ya diş ətrafı toxumaların iltihabı olan periodontit ürək-damar xəstəlikləri riskinin artması ilə əlaqələndirilir.

"Scientific Reports" jurnalında dərc olunan digər araşdırmaya əsasən, gecə yatmazdan əvvəl dişlərini fırçalayan insanların ürək-damar sağlamlığı göstəriciləri bunu etməyənlərlə müqayisədə daha yaxşı olur.

Bundan əlavə, "MDPI" platformasında yayımlanan tədqiqat göstərir ki, dişlərin tez-tez fırçalanması və ümumilikdə yaxşı ağız gigiyenası daha aşağı kardiometabolik risk və ölüm göstəriciləri ilə əlaqəlidir.

"Geniş yayılmış və təhlükəli miflərdən biri ağız sağlamlığı ilə ümumi sağlamlığın ayrı-ayrı nəzərdən keçirilə biləcəyidir. Ağız boşluğu orqanizmin bir hissəsidir və diş ətlərində xroniki iltihab olduqda problem lokal qalmır", - stomatoloq Fadi Svaida bildirib.

Məqalədə vurğulanır ki, yatmazdan əvvəl dişlərin fırçalanmaması xüsusilə vacibdir, çünki yuxu zamanı ağız boşluğunda baş verən proseslər risk yaradır. Belə ki, insan yatarkən tüpürcək ifrazı azalır və bu, bakteriyaların və diş ərpinin dişlərdə və diş ətlərində daha uzun müddət qalmasına şərait yaradır.

Nəticədə zamanla diş əti problemləri yarana bilər ki, bunlar damar iltihabı və ürək xəstəlikləri riski ilə əlaqələndirilir.

"Pis ağız gigiyenası ilə ürək-damar xəstəlikləri arasında əlaqəni təsdiqləyən ciddi sübutlar var. Araşdırmalar xüsusilə axşam diş fırçalanmasının buraxılmasının əhəmiyyətli olduğunu göstərir", deyə stomatoloq Sandeep Saçar qeyd edib.

Alimlərin fikrincə, bu əlaqə iltihabi proseslər və bakteriyaların ağız boşluğundan qan dövranına keçməsi ilə izah oluna bilər. Bu bakteriyalar damarların və digər orqanların iltihabına səbəb ola bilər.

"Kardioloji risk faktorları kimi, gecə diş fırçalamağa da eyni ciddiliklə yanaşmaq lazımdır. Yüksək qan təzyiqi və ya diabet necə risk yaradırsa, bu da fərqli deyil", deyə kardioloq Vahac Aman bildirib.

Eyni zamanda, səhər diş fırçalamaq da ağız sağlamlığı üçün vacibdir, lakin bu, axşam fırçalamanın buraxılmasını tam kompensasiya etmir.

"Dişləri səhər fırçalamaq ağız qoxusunu yaxşılaşdırır və gecə yaranmış ərpi təmizləyir, lakin yuxu zamanı tüpürcək ifrazının azalması səbəbindən dişləri və diş ətlərini qorumaq üçün kifayət deyil", deyə Saçar əlavə edib.

Bundan başqa, "European Journal of Preventive Cardiology" jurnalında yayımlanan araşdırma göstərir ki, dişləri gündə üç və ya daha çox dəfə fırçalamaq 10,5 illik müşahidə dövründə ürək çatışmazlığı və qulaqcıq fibrillyasiyası riskinin azalması ilə əlaqələndirilir.

Həmçinin, dişlərin müntəzəm peşəkar təmizlənməsi də ürək çatışmazlığı riskinin azalması ilə əlaqələndirilib.


BiG.Az
Telegramda izləyin
Sağlamlıq   Baxılıb: 1205   Tarix: 06 aprel 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Kamran Musayev: Qafqazda ilk dəfə ürək transplantasiyasının Azərbaycanda həyata keçirilməsi tarixi uğurdur

Qafqazda ilk dəfə ürək transplantasiyasının Azərbaycanda həyata keçirilməsi tarixi uğurdur. "Report" xəbər verir ki, bunu Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin fəxri sədri Kamran Musayev Azərbaycanda və Cənubi Qafqazda ilk donor ürək transplantasiyasının həyata keçirilməsinin birinci ildönüm

31.10.2026 784
.

Toyuğu yumazdan əvvəl bu təhlükəni bilin!

Bir çox insan toyuq ətini bişirməzdən əvvəl kranın altında yumağa üstünlük verir. Lakin mütəxəssislər bu vərdişin sağlamlıq üçün təhlükə yarada biləcəyi barədə xəbərdarlıq edirlər. Belə ki, çiy toyuğun yuyulması zamanı su sıçrantıları vasitəsilə bakteriyalar mətbəxin müxtəlif səthlərinə, qab-qacağa v

02.11.2026 1046
.

Həkimlər niyə çaya şəkər əlavə etməməyi məsləhət görürlər?

Çaya əlavə edilən şəkər gün ərzində qəbul etdiyimiz kalori miqdarını artırır. Xüsusilə bir neçə fincan şirin çay içənlər fərqinə varmadan xeyli şəkər qəbul edə bilərlər. Ölkə.az yerli mətbuata istinadən xəbər verir ki, şəkərli içkilərin həddindən artıq istifadəsi artıq çəki və diş çürüməsi riskini artırır

20.10.2026 1076
.

Hepatitlə bağlı diqqətçəkən statistika: Ötən illə müqayisədə azalma var

2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda viruslu hepatit diaqnozu ilə 62 nəfər qeydiyyata alınıb. 2025-ci ilin eyni dövründə bu göstərici 109 nəfər olub. Bu barədə Trend-in sorğusuna cavab olaraq, Dövlət Statistika Komitəsindən məlumat verilib. Qeyd edilib ki, hesabat dövründə hepatit A diaqnoz

24.10.2026 820
.

Hicama haqqında nələri bilirik?

Son zamanlar çox eşitdiyimiz, "hicama", "hacamat" kimi tanınan küpə terapiya müalicə üsulu barədə nələri bilirik?. Apimed təbii üsullar mərkəzində yüksək ixtisaslı (Türkiyədə kurs keçmiş) xanım personal tərəfindən xanımlara və bəylərə Hicama (hacamat) proseduru tətbiq edilir. Prosedu

29.10.2026 3426
.

Səhər yeməyi üçün ən pis vaxt - Diyetoloqların cavabı

Səhər yeməyini günortadan sonraya saxlamaq sağlamlıq üçün arzuolunmaz nəticələrə səbəb ola bilər. Diyetoloqların fikrincə, günün ilk qida qəbulu üçün ən uyğun vaxt oyandıqdan sonrakı 1-2 saatdır. Qaynarinfo xəbər verir ki, bu barədə "EatingWell" nəşri diyetoloqların tövsiyələrinə istinadə

10.11.2026 467
.

COVID-dən sonra dadbilmənin niyə bərpa olunmadığı AÇIQLANDI

Bəzi insanlarda COVID-19 infeksiyasından bir ildən çox vaxt keçməsinə baxmayaraq, dadbilmə qabiliyyətinin niyə tam bərpa olunmadığına dair yeni məlumatlar əldə edilib. xarici mediaya istinadən xəbər verir ki, alimlər uzunmüddətli dadbilmə pozğunluğu yaşayan şəxslərin dad reseptorlarını araşdırıblar

24.10.2026 752
.

Məşhur ədviyyatın qaraciyəri qocalmadan qoruya biləcəyi məlum olub

Zərdəçalın tərkibində olan kurkumin maddəsi qaraciyəri yaşla bağlı dəyişikliklərdən, iltihabdan və zədələnmədən qoruya bilər. xəbər verir ki, bu qənaətə "Food & Function" elmi jurnalında dərc olunan araşdırmanın müəllifləri gəliblər. Tədqiqatçılar bağırsaq, onun mikroflorası və qaraciyə

06.11.2026 693
.

İnfarkt və insult riskinin ən yüksək olduğu saatlar

Günün müəyyən saatlarında infarkt və insult keçirmə ehtimalı daha yüksək olur. Xüsusilə səhər saat 06:00-dan 09:00-dək ürək-damar ağırlaşmaları riski kəskin artır. Qaynarinfo xəbər verir ki, bu barədə Harvard Tibb Məktəbinin həkim-qastroenteroloqu Trişa Paşriça "The Washington Post" nəşrin

12.11.2026 501
.