Təbii fəlakət zamanı zərəri kim ödəyir? - Qanun açıqlanır

Təbii fəlakət zamanı zərəri kim ödəyir? - Qanun açıqlanır"Sığorta - sığorta olunan şəxsin və ya onun xeyrinə müqavilə bağlanmış digər şəxslərin əmlakının və əmlak mənafelərinin qorunması məqsədilə, baş vermiş zərərin ödənilməsi ilə bağlı münasibətləri əhatə edir. Zərər qanunvericilikdə və ya sığorta müqaviləsində nəzərdə tutulmuş hadisələr baş verdikdə, sığorta haqları hesabına formalaşan vəsait fondundan qarşılanır".

Bunu BiG.AZ-a açıqlamasında Vəkillər Kollegiyasının üzvü Rəşad Əliyev bildirib.

O, qeyd edib ki, "İcbari sığortalar haqqında" Qanuna əsasən, daşınmaz əmlakın sığortası icbaridir. Bu sığortanın əsas məqsədi əmlakın yanğın və ya digər hadisələr nəticəsində zədələnməsi, məhv olması və ya itirilməsi zamanı dəymiş zərərin ödənilməsini təmin etməkdir:

"Qanunvericiliyə görə, hüquqi və fiziki şəxslərə məxsus tikililər, yaşayış və qeyri-yaşayış sahələri, fərdi evlər, çoxmənzilli binalardakı mənzillər, eləcə də dövlət əmlakı icbari qaydada sığorta olunmalıdır. Mülkiyyətində və ya faktiki istifadəsində daşınmaz əmlak olan şəxslər bu öhdəliyi yerinə yetirməlidirlər.

Qanunun 36-cı maddəsində sığorta hadisəsi sayılan hallar konkret şəkildə göstərilib. Bu hallara zəlzələ, vulkan püskürməsi, fırtına, qasırğa, tufan, dolu, sel, daşqın, leysan və torpaq sürüşməsi kimi təbii fəlakətlər də daxildir.

Eyni zamanda, əmlaka dəyən zərərə görə həm icbari, həm də könüllü sığorta növləri üzrə ödənilən məbləğ faktiki zərəri aşmamalıdır. Sığorta ödənişi əmlakın təmiri, bərpası və ya yenisi ilə əvəz edilməsi formasında, yaxud zərərin pul şəklində birbaşa ödənilməsi yolu ilə həyata keçirilə bilər.

Əgər şəxs daşınmaz əmlakını icbari qaydada sığorta etdirməyibsə, belə hallarda dövlət tərəfindən verilə biləcək kompensasiya zərərin maksimum 20 faizi ilə məhdudlaşır.

Qanunda nəzərdə tutulmayan əlavə risklər isə tərəflər arasında bağlanan könüllü sığorta müqaviləsi ilə müəyyən edilir. Sığorta ödənişi sığortaçının qərarı əsasında, sığorta olunanın müraciəti və müvafiq sığorta aktı əsasında həyata keçirilir".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 768   Tarix: 06 aprel 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Polisdən Bakı və Gəncədə əməliyyat: Xaricdən idarə olunan şəbəkə ifşa edildi - Video

Daxili İşlər Nazirliyi (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 68 kiloqram narkotik vasitə və 1600 ədəd narkotik tərkibli həb dövriyyədən çıxarılıb. xəbər verir ki, bu barədə DİN məlumat yayıb. Bildirilib ki, paytaxt ərazisində, eləcə də Gəncə şəhərində keçirilən tədbirlərl

03.10.2026 156
.

3 oktyabr Azərbaycanın gələcək yolunu müəyyənləşdirən tarixi gündür

"3 oktyabr Azərbaycan xalqının və müstəqil dövlətçiliyimizin tarixində xüsusi əhəmiyyət daşıyan günlərdən biridir. 1993-cü il oktyabrın 3-də keçirilmiş ümumxalq səsverməsi nəticəsində Ulu Öndər Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsi ölkəmizin taleyində mühüm dönüş nöqtəs

03.10.2026 217
.

3 oktyabr 1993-cü il: Azərbaycanın müasir dönüş nöqtəsi

"3 oktyabr 1993-cü il Azərbaycan tarixində xüsusi əhəmiyyət daşıyan bir tarixdir. Çünki həmin gün Heydər Əliyev xalqın iradəsi ilə Azərbaycan Respublikasının Prezidenti seçildi. Amma bu hadisəni yalnız prezident seçkisi kimi qiymətləndirmək düzgün olmaz. Söhbət Azərbaycanın dövlətçilik tarixini

03.10.2026 320
.

Sürücülərin nəzərinə: 40 manat cərimə oluna bilərsiniz

Yağışlı havalarda yollarda yaranan gölməçələr piyadalar üçün ciddi narahatlıq yaradır. Bəs avtomobil gölməçədən keçərkən su və ya palçıq piyadanın üzərinə sıçrayarsa, sürücü buna görə məsuliyyət daşıyırmı?. xatırladır ki, sözügedən hərəkət sürücülərdə hüquqi məsuliyyət yaradır. Belə ki, İnzibati Xətala

03.10.2026 164
.

Tovuzda qadının dəhşəti ölümü ilə bağlı qonşular danışdılar: "Təpədən dırnağa yanmışdı" - VİDEO

Tovuzda qadının ölümü ilə nəticələnən yanğınla bağlı şahidlər danışıblar. BİG.AZ "Xəzər" TV-yə istinadən xəbər verir ki, hadisə rayonun Qovlar şəhəri, Xəqani küçəsində yerləşən fərdi yaşayış evində baş verib. Şahidlərin sözlərinə görə, yanğın zamanı əraziyə çox sayda insan toplaşıb. Qonşularda

00:48 0
.

Yaponiya adasında 8 nəfər dayvinq zamanı itkin düşüb

Tokionun Xatidzyo adası sahillərində dayvinqlə məşğul olan 8 nəfər itkin düşüb. "Report" xəbər verir ki, bu barədə Yaponiya mediası Sahil mühafizəsinə istinadən məlumat yayıb. "Dayvinqlə məşğul olan 8 nəfər səhər saat 11 radələrində suya dalmağa başlayıb, onların saat 18:00 radələrind

03.10.2026 160
.

Zəngəzurda saxlanılan əsgərimizin taleyi necə olacaq? - AÇIQLAMA

Azərbaycanlı hərbçi Nəsimi Musayev naməlum şəraitdə Ermənistan ərazisinə keçib. Oktyabrın 1-də yerli vaxtla saat 14:15-də Zəngəzurun Şəki kəndində Azərbaycan əsgəri Ermənistan təhlükəsizlik orqanları tərəfindən saxlanılıb. Oktyabrın 2-də Ermənistanın Baş Prokurorluğu naməlum şəraitdə sərhədi keçərə

03.10.2026 203
.

Yağıntılı hava nə vaxtadək davam edəcək? - TARİX

Bakıda və Abşeron yarımadasında arabir leysan xarakterli intensiv yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən BİG.AZ-a verilən məlumata əsasən, ayrı-ayrı yerlərdə şimşək çaxacağı, 2-dən 3-nə keçən gecə və səhər yağışın güclü olacağı ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək. Bakıd

03.10.2026 203
.

Bu şəxslər sürücülük vəsiqəsi ALA BİLMƏYƏCƏK

Hərbi biletində müəyyən tibbi maddələr qeyd olunmuş vətəndaşlar sürücülük vəsiqəsi almaq istədikdə müxtəlif prosedur və məhdudiyyətlərlə qarşılaşa bilərlər. Bu maddələr arasında xüsusilə diqqət çəkənlərdən biri də psixi sağlamlıq və əsəb sistemi göstəriciləri ilə bağlı olan 17b maddəsidir. Bir çox hallard

00:17 53
.