Naməlum Telegram kanallarına istinad: ABŞ-İran müharibəsi xəbərlərində informasiya etibarlılığı sual altındadır - MEDİA EKSPERTİNDƏN AÇIQLAMA

Naməlum Telegram kanallarına istinad: ABŞ-İran müharibəsi xəbərlərində informasiya etibarlılığı sual altındadır - MEDİA EKSPERTİNDƏN AÇIQLAMASon günlər ABŞ-İran müharibəsi fonunda bir sıra xəbər saytları məlumat mənbəyi kimi naməlum Telegram kanallarına istinad edərək xəbərlər yayımlayır. Belə praktika oxucular arasında məlumatın doğruluğu və etibarlılığı ilə bağlı suallar doğurur. Telegram kanalları anonim və təsdiqlənməmiş məlumatların sürətlə yayıldığı platformalardır, bu isə xüsusilə gərgin situasiyalarda yanlış və yanıltıcı informasiyanın paylaşılma riskini artırır.

Mediada düzgünlük və etibarlılıq prinsiplərinə əsasən, rəsmi və təsdiqlənmiş mənbələrdən istifadə etmək vacibdir. Oxucuların məlumatı düzgün qiymətləndirməsi və spekulyativ xəbərlərin təsirindən qorunması üçün xəbər saytlarının mənbələrin etibarlılığını diqqətlə yoxlaması önəmlidir. Beləliklə, ortaya əsas sual çıxır: naməlum Telegram kanallarına istinad edərək yayılan xəbərlər nə qədər etibarlıdır və oxucular bu məlumatlara necə yanaşmalıdır?
Naməlum Telegram kanallarına istinad: ABŞ-İran müharibəsi xəbərlərində informasiya etibarlılığı sual altındadır - MEDİA EKSPERTİNDƏN AÇIQLAMAMövzu ilə bağlı media eksperti Nicat Abdullayev BiG.AZ-a açıqlamasında bildirdi ki, son dövrlərdə informasiya mühitində, xüsusilə də gərgin geosiyasi proseslər, o cümlədən ABŞ-İran qarşıdurması fonunda xəbər istehsalının sürətinin keyfiyyəti üstələdiyi halları müşahidə edirik. Onun sözlərinə görə, bu kontekstdə bəzi xəbər saytlarının rəsmi və ya təsdiqlənmiş mənbələrə istinad etmədən, məlumatları müxtəlif Telegram kanalları və ya qeyri-müəyyən platformalardan götürərək yayması müəyyən hallarda həqiqəti əks etdirir: "Lakin bunu bütün media mühiti üçün ümumiləşdirmək də doğru olmaz. Azərbaycanda peşəkar və məsuliyyətli fəaliyyət göstərən media qurumları kifayət qədərdir və onlar beynəlxalq jurnalistika standartlarına uyğun olaraq məlumatın dəqiqliyini prioritet götürürlər.

Burada əsas problem informasiyanın mənbəyidir. Telegram kanalları və sosial media platformaları operativlik baxımından üstün olsa da, onların böyük hissəsi redaksiya məsuliyyəti daşımır, məlumatların doğruluğu yoxlanılmadan yayıla bilir. Bu isə xüsusilə müharibə və böhran vəziyyətlərində ciddi risklər yaradır.

Birinci risk dezinformasiyanın sürətlə yayılmasıdır. Təsdiqlənməmiş məlumatlar cəmiyyət arasında yanlış təsəvvür formalaşdırır, panika yarada və ictimai rəyə manipulyativ təsir göstərə bilər. İkinci risk medianın etibarlılığının zədələnməsidir. Oxucu bir neçə dəfə yanlış və ya şübhəli məlumatla qarşılaşdıqdan sonra həmin platformaya olan inamını itirir. Üçüncü mühüm məsələ isə milli informasiya təhlükəsizliyidir. Xüsusilə xarici mənbəli və qeyri-rəsmi kanallar üzərindən yayılan məlumatlar məqsədli şəkildə informasiya müharibəsinin alətinə çevrilə bilər.

Bu baxımdan media qurumları məlumat yayarkən yalnız operativliyi deyil, dəqiqliyi və mənbə etibarlılığını əsas prinsip kimi götürməlidirlər. Beynəlxalq təcrübədə qəbul olunmuş qaydalara əsasən, hər hansı məlumat ən azı iki müstəqil və etibarlı mənbə ilə təsdiqlənmədən xəbər kimi təqdim olunmamalıdır. Rəsmi qurumların açıqlamaları, nüfuzlu beynəlxalq agentliklər (Reuters, AP, AFP və s.) və yerli təsdiqlənmiş mənbələr prioritet olmalıdır.

Eyni zamanda, əgər məlumat ilkin və təsdiqlənməmişdirsə, bu halda onun təqdimat forması da fərqli olmalıdır - "iddia olunur", "məlumata görə" kimi qeyd-şərtlərlə və açıq şəkildə mənbə göstərilməklə verilməlidir. Mənbəsiz və ya anonim məlumatların fakt kimi təqdim olunması isə jurnalistika prinsiplərinə ziddir.

İnformasiya müharibəsinin getdiyi bir dövrdə medianın əsas vəzifəsi sürətli olmaqdan daha çox etibarlı olmaqdır. Etibarlılıq isə yalnız yoxlanılmış məlumat, məsuliyyətli yanaşma və peşə etikası ilə mümkündür".

Müəllif: İlkin Məmmədkərimov


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1181   Tarix: 08 aprel 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Pensiyaçılara və aztəminatlı ailələrə ŞAD XƏBƏR

Azərbaycan dövlət büdcəsinin əsas prioritetləri yenidən insan kapitalına və sosial rifaha köklənib. Gələn ilin büdcə xərclərinin 44 faizinin sosialyönümlü tədbirlərə sərf olunması təkcə maliyyə rəqəmi deyil, eyni zamanda ölkənin sosial siyasətində mühüm bir addımdır. Bu addım minlərlə şəhid ailəsi, qazi

00:15 104
.

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanılıb

Azərbaycanda oktyabrın 2-də cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanılıb. Bu barədə BİG.AZ-a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, həmçinin ölkə ərazisində qeydə alınan 45, əvvəlki dövrlərdən bağlı qalan 18 cinayətin açılması təmin olunub

03.10.2026 138
.

Azərbaycan manatının dövretmə sürəti 8 ayda azalıb

Bu ilin sentyabrın 1-nə Azərbaycanın milli valyutası - manatın dövretmə sürəti 2,96 bənd təşkil edib. "Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, avqustun 1-i ilə müqayisədə 0,04 bənd, ilin əvvəlinə nisbətən 0,24 bənd, 2025-ci ilin sentyabrın 1-i ilə müqayisədə is

03.10.2026 142
.

Paşinyan ölkəsindəki korrupsiyaya həll yolunu "tapdı": "Ermənistan vətəndaşı Tanrıya inanmalıdır"

"Bu gün "inanclı" sözü hələ də mənfi mənada qəbul edilir, çünki bir inanclılar var, bir də sadəcə normal vətəndaşlar var". -ın Ermənistan KİV-ə istinadən xəbərinə görə, bu barədə ölkənin baş naziri Nikol Paşinyan bildirib. Onun sözlərinə görə, mövqeyi dəyişməz olub və dəyişməz qalacaq

03.10.2026 168
.

ŞAD XƏBƏR - Bu şəxslər daha tez pensiya alacaq

Azərbaycan Respublikasının qanunvericiliyi müəyyən kateqoriyadan olan şəxslərə ümumi pensiya yaş həddini gözləmədən, daha tez təqaüdə çıxmaq hüququ verir. Bu güzəştlər əsasən iş şəraiti, xüsusi peşə fəaliyyəti, ailə tərkibi və sağlamlıq vəziyyəti kimi faktorlar nəzərə alınaraq tətbiq edilir. "Yen

00:07 98
.

Zəngəzurda saxlanılan əsgərimizin taleyi necə olacaq? - AÇIQLAMA

Azərbaycanlı hərbçi Nəsimi Musayev naməlum şəraitdə Ermənistan ərazisinə keçib. Oktyabrın 1-də yerli vaxtla saat 14:15-də Zəngəzurun Şəki kəndində Azərbaycan əsgəri Ermənistan təhlükəsizlik orqanları tərəfindən saxlanılıb. Oktyabrın 2-də Ermənistanın Baş Prokurorluğu naməlum şəraitdə sərhədi keçərə

03.10.2026 208
.

Azərbaycanda həyat sığortası üzrə ödənişlər 33 %-dən çox artıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda həyat sığortası növlərinin hesabına 639,427 milyon manat sığorta haqqı toplanılıb. "Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 7,7 % çoxdur. Hesabat dövründə həyat sığortası növlər

03.10.2026 136
.

Yeni 100 manatlıqlar niyə terminallarda qəbul edilmir? - Mərkəzi Bankdan AÇIQLAMA

Yeni 100 manatlıq əsginasların bəzi ödəniş terminalları tərəfindən qəbul edilməməsi ilə bağlı görüntülər yayılıb. BakuES-in paylaşdığı videoda vətəndaşın terminala yeni 100 manatlıq əsginası yerləşdirməsinə baxmayaraq, cihazın pulu geri qaytardığı görünür. Bəs yeni 100 manatlıqların bəzi terminallard

00:13 111
.

Tovuzda evdə yanğın olub, 42 yaşlı qadın ölüb

Tovuz rayonu, Qovlar şəhəri, Xəqani küçəsində yaşayış evində yanğın baş verib. Bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Bildirilib ki, əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Birmərtəbəli fərdi yaşayış evində baş vermiş yanğı

03.10.2026 117
.