Unutqanlıq təhlükə siqnalı ola bilər - XƏBƏRDARLIQ

Unutqanlıq təhlükə siqnalı ola bilər - XƏBƏRDARLIQGündəlik həyatda tez-tez rast gəlinən unutqanlıq əksər hallarda normal qəbul edilsə də, mütəxəssislər bəzi hallarda bunun ciddi xəstəliklərin erkən əlaməti ola biləcəyini bildirir.

Milli.Az xəbər verir ki, xüsusilə təkrarlanan, getdikcə artan və gündəlik həyata təsir edən unutqanlıqların "normal" sayılmaması tövsiyə olunur.

Türkiyəli nevroloq Hasan Armağan Uysalın sözlərinə görə, hər unutqanlıq eyni deyil və normal unutqanlıqla xəstəliyə bağlı yaddaş problemləri arasında ciddi fərq var. O bildirib ki, adi hallarda insan unutduğu məlumatı sonradan xatırlaya bilir, lakin xəstəliyə bağlı unutqanlıqda məlumat tam itir və insan eyni sualları dəfələrlə təkrarlayır, bunu isə özü fərq etmir.

Qeyd edib ki, gündəlik həyata təsir edən əlamətlər, məsələn tanış yerdə yolunu itirmək, maliyyə işlərində çətinlik, yemək hazırlayarkən mərhələləri unutmaq və ya söz tapmaqda çətinlik ciddi siqnal hesab olunmalıdır.

Unutqanlığın ən çox bilinən səbəblərindən biri olan Alzheimer xəstəliyinin adətən gizli başladığını deyən həkim vurğulayıb ki, ilkin mərhələdə yeni məlumatları öyrənmək çətinləşir, eyni suallar təkrar olunur və əşyalar qeyri-adi yerlərə qoyulur. Xəstəlik irəlilədikcə isə insanın qərarvermə və gündəlik həyatı təşkil etmə qabiliyyəti zəifləyir.

Bununla yanaşı, hər unutqanlığın ciddi nevroloji problem olmadığını deyən həkim, xüsusilə gənclərdə səbəblərin fərqli olduğunu bildirib. Onun sözlərinə görə, yuxusuzluq, stress, depressiya və rəqəmsal informasiya yükü diqqəti zəiflədir və bu da yaddaş problemləri kimi özünü göstərir.

Mütəxəssis unutqanlıq artdığı və ya davranış dəyişiklikləri ilə müşayiət olunduğu halda gecikmədən həkimə müraciət etməyi tövsiyə edir. Erkən diaqnozun xəstəliyin gedişini idarə etmək və həyat keyfiyyətini qorumaq baxımından mühüm rol oynadığı vurğulanır.

Həkim həmçinin yaddaşı qorumaq üçün sağlam həyat tərzinin vacibliyini qeyd edib. Müntəzəm idman, keyfiyyətli yuxu, sosial aktivlik və yeni biliklər öyrənmək beynin sağlam qalmasına kömək edir.

Həmçnini vurğulanıb ki, xüsusilə vitamin çatışmazlığı və ya psixoloji səbəblərlə bağlı olduqda unutqanlıq geri dönə bilər. Lakin Alzheimer kimi xəstəliklərdə tam sağalma mümkün olmasa da, düzgün müalicə ilə prosesi yavaşlatmaq mümkündür


BiG.Az
Telegramda izləyin
Sağlamlıq   Baxılıb: 153   Tarix: 11 aprel 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Yüksək səslə qulaqlıq istifadəsi: Eşitmə itkisinə səbəb ola bilər

Gündəlik həyatın ayrılmaz vərdişlərindən birinə çevrilən qulaqlıq istifadəsi fərq edilmədən eşitmə sağlamlığını təhdid edə bilər. Mütəxəssislərə görə xüsusilə yüksək səslə qulaqlıqdan istifadə və səs-küylü mühitlərdə uzun müddət qalmaq zamanla eşitmə itkisinə zəmin yaradır. Qaynarifno xəbər verir ki

02.04.2026 478
.

10 min addım gəzmək məcburi deyil - Sağlamlıq üçün əslində nə vacibdir?

Gündəlik fiziki aktivlik uzun və sağlam həyatın vacib şərtidir. Lakin alimlərin müəyyən etdiyinə görə, geniş yayılmış "gündə 10 min addım" qaydası o qədər də mütləq deyil. Müasir tədqiqatlar göstərir ki, daha vacib amillər hərəkətin intensivliyi və həftə ərzində ümumi aktivlik müddətidir. Qaynarinf

09.04.2026 580
.

Kərə yağı xərçəngdən ölüm riskini ARTIRIR

Kərə yağının yüksək miqdarda istehlakı xərçəng və digər ağır xəstəliklərdən ölüm riskini artırır. BİG.AZ -a istinadən xəbər verir ki, bu barədə "The Mirror" nəşri Böyük Britaniyada aparılan araşdırmaların nəticəsinə istinadən məlumat yayıb. Yazıda qeyd olunur ki, alimlər onilliklər ərzind

22.03.2026 902
.

Ürəyinizi saat kimi işlədəcək 12 MÖCÜZƏVİ QİDA

Ürək-damar xəstəlikləri dünyada ölüm səbəbləri arasında hələ də ilk sıralardadır. Lakin mütəxəssislər bildirirlər ki, düzgün qidalanma vərdişləri ilə bu riski minimuma endirmək mümkündür. BİG.AZ ürəyinizi saat kimi işlədəcək, damarlarınızı təmiz saxlayacaq 12 əsas qidanı təqdim edir:. 1. Yağlı balıqlar

10.04.2026 597
.

Bu qidalar ürək üçün təhlükəlidir

Yüksək miqdarda ultra işlənmiş qida istehlakı ciddi ürək problemləri riskini əhəmiyyətli dərəcədə artırır. Nəticələr Amerika Kardiologiya Kollecinin İllik Elmi Toplantısında təqdim edilib. Araşdırmaya görə, gündə doqquz porsiyondan çox ultra işlənmiş qida qəbul edən şəxslərin ciddi ürək problemi yaşam

29.03.2026 317
.

Qabığındakı faydadan xəbəriniz var?

Yerfındığının qabığı adətən atılır, amma əslində müəyyən faydalı xüsusiyyətləri də var. O, tam olaraq bir şəfa mənbəyidir. Axşam.az xəbər verir ki, onu çay kimi dəmləyib içə bilərsiniz. 1. Antioksidant mənbəyidir Qabıqda polifenollar adlı maddələr olur. Bunlar orqanizmi sərbəst radikallardan qoruyara

22.03.2026 437
.

Dodaqların tez-tez quruması hansı xəstəliyin siqnalıdır?

Dodaqların tez-tez quruması bir çox insanın qarşılaşdığı adi problem kimi görünsə də, bəzi hallarda bu vəziyyət orqanizmdə baş verən gizli dəyişikliklərin siqnalı ola bilər. Mütəxəssislərin sözlərinə görə, dodaq quruluğunun ən yayılmış səbəblərindən biri susuzluqdur. Gün ərzində kifayət qədər su qəbu

05.04.2026 314
.

Bu içki xərçəng xəstəliyinin qarşısını ALIRMIŞ

Bu gün dünyanın ən bahalı içkilərindən sayılan viskinin "doğum günü"dür. Bu içkinin zəngin tarixi var. Viski "saf su" mənasını verən kelt dilində Uisge beatha sözündən gəlir. XV əsrdə Şotlandiya rahibləri arpadan əldə etdikləri distillə edilmiş içkini belə adlandırırdılar. Şotlandiyad

28.03.2026 451
.

Məşhur bitki dərinin qocalmasını dayandıra bilər

Alimlər müəyyən ediblər ki, qara jenşen ekstraktı iltihabı azaltmaq və kollagenin parçalanmasına təsir edən molekulyar mexanizmləri zəiflətməklə dərinin qocalma prosesini ləngidə bilər. bu bitki ilə bağlı məlumatları təqdim edir:. Alimlər dərinin qocalmasını ləngitməyin təbii üsulunu aşkar ediblər. Alimlə

28.03.2026 511
.

TOP MP3