Dostluğu məhv edən vərdiş: Ayrılığın yaxın olduğunu necə anlamaq olar?

Dostluğu məhv edən vərdiş: Ayrılığın yaxın olduğunu necə anlamaq olar?Amerikalı psixoloq Mark Trevers böyüklər arasında dostluqları tədricən pozan əsas vərdişin qarşılıqlı olmayan münasibət olduğunu bildirib.

Qaynarinfo-nun məlumatına görə, "Forbes" üçün yazdığı məqalədə o qeyd edib ki, heç bir sağlam dostluq hər zaman 50/50 balansına əsaslanmır, lakin davamlı şəkildə bir tərəfin daha çox verməsi münasibətləri zədələyir.

Onun sözlərinə görə, həyatın müxtəlif mərhələlərində balans müvəqqəti olaraq dəyişə bilər. Lakin problem bu vəziyyətin daimi xarakter almasıdır - biri həmişə daha çox yazır, dinləyir və dəstək olur, digəri isə daha çox alır və daha az verir.

Psixoloqun qeyd etdiyi əsas əlamətlər

Trevers qarşılıqlı olmayan münasibətin dostluğun zəiflədiyini göstərən üç əsas əlamətini açıqlayıb:

Ünsiyyətin "boşluğa" çevrilməsi

Dostluq ünsiyyəti əvvəlki kimi rahat və enerji verici olmur. Görüşlərdən sonra insan özünü yorğun və boşalmış hiss edir. Söhbətlərdə gizli narazılıq yaranır və münasibət getdikcə "çətin yük" kimi qəbul olunur.

Bir tərəfli sərhədlər

Problem o zaman yaranır ki, sərhədlər yalnız bir tərəf üçün işləyir. Məsələn, biri şəxsi məkan tələb edir və buna hörmət edilir, amma eyni ehtiyac qarşı tərəfdə qəbul olunmur. Və ya biri daim məşğul olduğunu deyərək görüşlərdən yayınır, amma qarşı tərəfin həmişə hazır olmasını gözləyir.

Özünü görünməz hiss etmək

Dost yalnız özündən danışır, suallar vermir və qarşı tərəfin detallarını xatırlamırsa, insan özünü "eşidilməyən" kimi hiss etməyə başlayır. Ünsiyyət davam etsə də, emosional əlaqə zəifləyir və bu, çox vaxt dostluğun qırılma nöqtəsinə çevrilir.

Treversin fikrincə, bu əlamətlər vaxtında fərq edilmədikdə, dostluq tədricən zəifləyir və sonda tamamilə pozula bilər.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 553   Tarix: 18 aprel 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Şəhid anası Sevinc Hüseynova ilə bağlı DİN rəhbərinə müraciət etdi

Aprel döyüşləri, 44 günlük Vətən müharibəsi, Laçın əməliyyatı və antiterror əməliyyatlarında iştirak edən şəhid Abbasov Zamin Xaqani oğlunun anası Sevda xanım Daxili İşlər naziri Vilayət Eyvazova müraciət edib. xəbər verir ki, müraciətin səbəbi Sevinc Hüseynovanın onu təhqir etməsi ilə bağlıdır. Şəhidi

11:51 273
.

Sizə aşiq olan oğlanı rədd etməyin 4 təsirli yolu

Qadınla kişi arasında dostluq səmimi və romantik hisslərdən uzaq ola bilər. Lakin bəzən tərəflərdən biri bu münasibəti sevgiyə çevirmək istəyir. Hisslər qarşılıqlı olmadıqda isə dostluğu qorumaq və qarşı tərəfə yanlış ümid verməmək çətinləşir. xəbər verir ki, belə vəziyyətlərdə şəxsi sərhədləri aydı

02.10.2026 242
.

Hər gün yediyimiz bu tərəvəz böyrəklər üçün təhlükəli ola bilər

Sağlam qidalanmanın vacib hissəsi hesab olunan ispanaq bəzi insanlar üçün gözlənilməz risk daşıya bilər. Xüsusilə böyrək daşı problemi yaşayan şəxslərə bu tərəvəzi həddindən artıq qəbul etməmək tövsiyə olunur. BİG.AZ xarici KİV-ə istinadla xəbər verir ki, ABŞ-ın Milli Diabet, Həzm və Böyrək Xəstəliklər

12:02 170
.

Ərdoğan Türk dövlətlərini Əməkdaşlıq Günü münasibətilə təbrik edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sosial media hesablarında Türk Dövlətlərinin Əməkdaşlıq Günü münasibətilə təbrik mesajı yayılıb. "Report" xəbər verir ki, Türkiyə Prezidentinin "X" hesabındakı paylaşımda qeyd edilib:. "Türk Dövlətləri Təşkilatımızın yaradılmasına imka

15:40 63
.

ABŞ raketləri 3 dəfə uzağa uçacaq: Pentaqon tələbləri dəyişdi

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) HIMARS sistemlərində istifadə olunan yeni nəsil raketlər üçün tələbləri sərtləşdirib. BİG.AZ xarici KİV-ə istinadla xəbər verir ki, söhbət HIMARS buraxılış qurğusunun özünün dəyişdirilməsindən deyil, onun üçün nəzərdə tutulan raketlərin imkanlarının artırılmasından gedir

11:10 162
.

Məscidlərdən ən çox nə oğurlanır? - Nəzir qutusu, xalça...

Məscid insanın özünü təhlükəsiz hiss etdiyi, ibadətə və sakitliyə gəldiyi məkanlardan biridir. Buna görə də burada baş verən oğurluq adi küçə cinayətindən daha çox diqqət çəkir. İnsan namaz qılarkən ayaqqabısını, telefonunu, pul kisəsini bir kənara qoyur, nəzir qutusuna pul atır və təbii olaraq həmi

02.10.2026 233
.

Azərbaycanda film kimi DƏLƏDUZLUQ: bir adamı illərlə aldatdı

Lerikdə dələduzluq edən həbs olunub. -ın əldə etdiyi xəbərə görə, 49 yaşlı Nüsrət Kərimov (şərti adla) təkrar dələduzluq etməkdə təqsirli bilinir. İttiham aktına görə, o, nəvəsinin kəsilən təqaüdünü bərpa etdirmək istəyən Tanrıverdi Məlikova (şərti adla) kömək edəcəyini bildirib. Nüsrət Tanrıverdiy

02.10.2026 311
.

"Məni "Söylü"yə oxşatmayın"

Xalq artisti Afaq Bəşirqızı məşhur "Bəxt üzüyü" filmindəki Söylü obrazına bənzədilməsinə etiraz edib. Axşam.az xəbər verir ki, aktrisa bu barədə AzTV-də qonaq olarkən danışıb. "Mənə sual verirlər ki, həyatda özünüzü Söylüyə oxşadırsınız? Cavab verdim ki, yox. Məni Söylüyə oxşatmayın. Mə

02.10.2026 279
.

İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini "Dostluq" ordeni ilə təltif edib

Beynəlxalq Cüdo Federasiyasının prezidenti Ladislau-Marius Vizer "Dostluq" ordeni ilə təltif edilib. BİG.AZ -a istinadla xəbər verir ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb. Sərəncama əsasən Azərbaycan Respublikasında və beynəlxalq səviyyədə cüdo idman növünün inkişafı sahəsind

10:41 153
.