Çiçəkləmə mövsümündə gözləriniz risk altındadır - Həkim səbəbləri açıqladı
"Çiçəkləmə dövründə göz xəstəlikləri daha da şiddətlənir".
Oxu.Az xəbər verir ki, bu barədə oftalmoloq Aygül Otxozoriya "İzvestiya" nəşrinə müsahibəsində bildirib.
Mütəxəssisin fikrincə, yaz aylarında gözlərdə iltihabi xəstəliklərin yaranma ehtimalı artır. Bu fəsildə hava şəraiti və mövsümi dəyişikliklər gözlərin qıcıqlanmasına və iltihablanmasına zəmin yaradır.
"Tozlanma dövrünün ən aktiv vaxtında açıq havada olarkən tozcuqlar birbaşa gözün səthinə təmas edir. Bu isə qaşınma, qızarma və sulanmanı şiddətləndirə bilər. Bu səbəbdən imkan daxilində pəncərələri bağlı saxlamaq və küçəyə çıxarkən eynəkdən istifadə etmək vacibdir", - deyə həkim vurğulayıb.
Oftalmoloq bildirib ki, yaz aylarında ən çox müşahidə edilən problemlərdən biri allergik konyunktivitdir. Sözügedən xəstəlik qaşınma, qızartı, göz qapaqlarında şişkinlik və intensiv sulanma ilə xarakterizə olunur. Eyni zamanda, burun axıntısı və asqırma da müşahidə oluna bilər.
Həkim əlavə edib ki, bahar aylarında viral konyunktivitə yoluxma halları da artır. Çox vaxt allergiya ilə səhv salınan bu xəstəlik tamamilə fərqli müalicə üsulu tələb edir. Qorunmaq üçün əllərin təmizliyinə diqqət yetirmək və fərdi gigiyena vasitələrindən istifadə etmək tövsiyə olunur.
İltihabi prosesin təkcə selikli qişanı deyil, həmçinin buynuz qişanı da zədələdiyi keratokonyunktivit kimi təhlükəli hallara da diqqət çəkilib. Bu xəstəlik kəskin işığa həssaslıq (fotofobiya) və ağrılar yarada, vaxtında müdaxilə olunmadıqda isə ciddi fəsadlara səbəb ola bilər.
"Xəstəliyin daha ağır formalarında göz toxumalarının zədələnməsi, çapıqlaşma, xroniki quruluq və bakterial infeksiyaların yaranması ehtimalı var. Allergik reaksiyaların güclü fotofobiya və ya ağrı ilə müşayiət olunması ağırlaşma təhlükəsi daşıdığından, mütləq şəkildə dərhal oftalmoloq müayinəsi tələb olunur", - deyə ekspert xəbərdarlıq edib.
Bununla yanaşı, yaz mövsümündə ultrabənövşəyi şüaların buynuz qişanı zədələməsi nəticəsində yaranan fotokeratit riski də yüksəlir. Mütəxəssis qeyd edib ki, günəş şüaları altında uzun müddət qorunmadan qalmaq gözlərdə qıcıqlanma yaradır və işığa qarşı həssaslığı artırır.
Sözügedən fəsildə quru göz sindromu da kəskinləşir. Külək, tozcuqlar, havanın temperaturunun dəyişməsi və quraqlıq bu problemin yaranmasına səbəb olur, gözdə yad cisim hissi və yanğı yaradır.
Oftalmoloq ultrabənövşəyi şüalardan qoruyan eynəklərdən istifadə etməyi, tozlanmanın aktiv dövründə pəncərələri bağlamağı və otağın havasını nəmləndirməyi tövsiyə edir.
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşKamran Musayev: Qafqazda ilk dəfə ürək transplantasiyasının Azərbaycanda həyata keçirilməsi tarixi uğurdur
Qafqazda ilk dəfə ürək transplantasiyasının Azərbaycanda həyata keçirilməsi tarixi uğurdur. "Report" xəbər verir ki, bunu Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin fəxri sədri Kamran Musayev Azərbaycanda və Cənubi Qafqazda ilk donor ürək transplantasiyasının həyata keçirilməsinin birinci ildönüm
31.10.2026 784 Toyuğu yumazdan əvvəl bu təhlükəni bilin!
Bir çox insan toyuq ətini bişirməzdən əvvəl kranın altında yumağa üstünlük verir. Lakin mütəxəssislər bu vərdişin sağlamlıq üçün təhlükə yarada biləcəyi barədə xəbərdarlıq edirlər. Belə ki, çiy toyuğun yuyulması zamanı su sıçrantıları vasitəsilə bakteriyalar mətbəxin müxtəlif səthlərinə, qab-qacağa v
02.11.2026 1046 Həkimlər niyə çaya şəkər əlavə etməməyi məsləhət görürlər?
Çaya əlavə edilən şəkər gün ərzində qəbul etdiyimiz kalori miqdarını artırır. Xüsusilə bir neçə fincan şirin çay içənlər fərqinə varmadan xeyli şəkər qəbul edə bilərlər. Ölkə.az yerli mətbuata istinadən xəbər verir ki, şəkərli içkilərin həddindən artıq istifadəsi artıq çəki və diş çürüməsi riskini artırır
20.10.2026 1076 Hepatitlə bağlı diqqətçəkən statistika: Ötən illə müqayisədə azalma var
2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda viruslu hepatit diaqnozu ilə 62 nəfər qeydiyyata alınıb. 2025-ci ilin eyni dövründə bu göstərici 109 nəfər olub. Bu barədə Trend-in sorğusuna cavab olaraq, Dövlət Statistika Komitəsindən məlumat verilib. Qeyd edilib ki, hesabat dövründə hepatit A diaqnoz
24.10.2026 820 Hicama haqqında nələri bilirik?
Son zamanlar çox eşitdiyimiz, "hicama", "hacamat" kimi tanınan küpə terapiya müalicə üsulu barədə nələri bilirik?. Apimed təbii üsullar mərkəzində yüksək ixtisaslı (Türkiyədə kurs keçmiş) xanım personal tərəfindən xanımlara və bəylərə Hicama (hacamat) proseduru tətbiq edilir. Prosedu
29.10.2026 3426 Səhər yeməyi üçün ən pis vaxt - Diyetoloqların cavabı
Səhər yeməyini günortadan sonraya saxlamaq sağlamlıq üçün arzuolunmaz nəticələrə səbəb ola bilər. Diyetoloqların fikrincə, günün ilk qida qəbulu üçün ən uyğun vaxt oyandıqdan sonrakı 1-2 saatdır. Qaynarinfo xəbər verir ki, bu barədə "EatingWell" nəşri diyetoloqların tövsiyələrinə istinadə
10.11.2026 467 COVID-dən sonra dadbilmənin niyə bərpa olunmadığı AÇIQLANDI
Bəzi insanlarda COVID-19 infeksiyasından bir ildən çox vaxt keçməsinə baxmayaraq, dadbilmə qabiliyyətinin niyə tam bərpa olunmadığına dair yeni məlumatlar əldə edilib. xarici mediaya istinadən xəbər verir ki, alimlər uzunmüddətli dadbilmə pozğunluğu yaşayan şəxslərin dad reseptorlarını araşdırıblar
24.10.2026 752 Məşhur ədviyyatın qaraciyəri qocalmadan qoruya biləcəyi məlum olub
Zərdəçalın tərkibində olan kurkumin maddəsi qaraciyəri yaşla bağlı dəyişikliklərdən, iltihabdan və zədələnmədən qoruya bilər. xəbər verir ki, bu qənaətə "Food & Function" elmi jurnalında dərc olunan araşdırmanın müəllifləri gəliblər. Tədqiqatçılar bağırsaq, onun mikroflorası və qaraciyə
06.11.2026 693 İnfarkt və insult riskinin ən yüksək olduğu saatlar
Günün müəyyən saatlarında infarkt və insult keçirmə ehtimalı daha yüksək olur. Xüsusilə səhər saat 06:00-dan 09:00-dək ürək-damar ağırlaşmaları riski kəskin artır. Qaynarinfo xəbər verir ki, bu barədə Harvard Tibb Məktəbinin həkim-qastroenteroloqu Trişa Paşriça "The Washington Post" nəşrin
12.11.2026 501