Dollar saxlayanlara şad XƏBƏR
Yaxın Şərqdə davam edən münaqişə ABŞ dollarının mövqelərini daha da gücləndirib. Beynəlxalq ödəniş sistemi SWIFT-in məlumatlarına görə, mart ayında dolların qlobal hesablaşmalardakı payı 49,2%-dən rekord həddə - 51,1%-ə yüksəlib.
Reytinqdə ikinci yerdə böyük fərqlə avro (təxminən 21%) qərarlaşıb. Onu Britaniya funtu, yapon yeni və Çin yuanı izləyir.
Dolların möhkəmlənməsi onun "təhlükəsiz liman" valyutası statusu ilə izah olunur. ABŞ və İsrailin İrana zərbələri fonunda investorlar riskli aktivləri sataraq ABŞ valyutasına üstünlük veriblər.
Dedollarizasiyanın sonu gəlir?
Yeni statistika qlobal iqtisadiyyatın yaxın vaxtlarda dollardan imtina edəcəyi ilə bağlı fikirlərə zərbə vurur. JPMorgan analitikləri, o cümlədən Joyce Chang bildiriblər ki, ötən il müşahidə olunan dollar zəifliyi onun ehtiyat və əsas valyuta kimi rolunu azaltmayıb. Onların fikrincə, daha çox diversifikasiya prosesi gedir, lakin dollardan kütləvi imtina müşahidə olunmur.
Rəqiblərə gəldikdə, Çin özünün CIPS adlı ödəniş sistemini inkişaf etdirməyə davam edir. Lakin onun qlobal miqyasda tətbiqi hələ də yavaşdır. Mart ayında yuanın SWIFT əməliyyatlarındakı payı bir qədər artaraq 3,1%-ə çatıb, lakin bu göstərici hələ də tarixi maksimumlardan aşağıdır.
Qeyd edək ki, SWIFT statistikası bütün qlobal valyuta bazarını əhatə etmir (xüsusilə 2022-ci ildən sonra bəzi Rusiya banklarının sistemdən ayrılması səbəbilə). Bununla belə, sistem ildə 13 milyarddan çox əməliyyatı emal edir və qlobal ticarətin əsas göstəricilərindən biri hesab olunur.
Təbii ki, ölkəmizdə də pulunu dollarla saxlayanların sayı az deyil.
Mövzu ilə bağlı Bizim.Media-ya danışan iqtisadçı Natiq Cəfərli ABŞ dollarının gələcəyi ilə bağlı hələlik hər hansı bir problem görünmədiyini bildirib:
"Əlbəttə, buna qədər bu istiqamətdə cəhdlər olub. Son 50 ildə bəlkə də 5-6 dəfə dolları dəyərsizləşdirmək üçün ciddi cəhdlər olub. Avronun yaranması belə dolları dəyərdən salmaq məqsədi daşıyırdı. Amma 30 ilə yaxın dövriyyədə olmasına baxmayaraq avro dollarla rəqabətdə uduzur.
İndi Çin öz milli valyutasını-yuanı önə çıxartmağa çalışır. Bu da mümkünsüzdür. Çünki Çinin aktivləri, yatırımları, borc kağızları və valyuta ehtiyatları dollardadır. Ona görə də yaxın 5-10 ildə dolları hər hansı bir təhdid gözləmir.Gələcəkdə isə çox şey ola bilər. Məsələn elektron pullar dövriyyəyə çıxa bilər. Elektron dolların özü yarana bilər ki, bu zaman kağız dollara ehtiyac qalmaz. Hələliksə dolların hegemonluğuna ciddi bir təhlük görünmür".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 760 Tarix: 26 aprel 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Məni "Söylü"yə oxşatmayın"
Xalq artisti Afaq Bəşirqızı məşhur "Bəxt üzüyü" filmindəki Söylü obrazına bənzədilməsinə etiraz edib. Axşam.az xəbər verir ki, aktrisa bu barədə AzTV-də qonaq olarkən danışıb. "Mənə sual verirlər ki, həyatda özünüzü Söylüyə oxşadırsınız? Cavab verdim ki, yox. Məni Söylüyə oxşatmayın. Mə
02.10.2026 247 Məscidlərdən ən çox nə oğurlanır? - Nəzir qutusu, xalça...
Məscid insanın özünü təhlükəsiz hiss etdiyi, ibadətə və sakitliyə gəldiyi məkanlardan biridir. Buna görə də burada baş verən oğurluq adi küçə cinayətindən daha çox diqqət çəkir. İnsan namaz qılarkən ayaqqabısını, telefonunu, pul kisəsini bir kənara qoyur, nəzir qutusuna pul atır və təbii olaraq həmi
02.10.2026 218 "Azərbaycan Gözəli - 2026" Milli Gözəllik Yarışmasının seçim turu başladı
Şou Prodakşının layihəsi olan "Azərbaycan Gözəli - 2026" Milli Gözəllik Yarışmasının seçim mərhələsinə rəsmi olaraq start verilib. 17-30 yaş aralığında olan, özünə güvənən, səhnə mədəniyyətinə və fərdi istedada malik xanımlar qeydiyyatdan keçərək yarışmanın iştirakçısı ola bilərlər. Tanınmı
02.10.2026 288 Endrik "Real Madrid"i bu kluba dəyişə bilər
İtaliya təmsilçisi "Roma" İspaniyanın "Real Madrid" komandasının braziliyalı futbolçusu Endriki yenidən heyətinə qatmaq istəyir. Teleqraf xarici KİV-ə istinadən xəbər verir ki, İtaliya təmsilçisi 20 yaşlı hücumçunun icarəsi ilə bağlı danışıqları qış transfer pəncərəsində yenidən başlatmağ
02.10.2026 202 Prezidentdən Misir Mərdanovla bağlı - Sərəncam
Azərbaycan Respublikasının ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə və elmi-pedaqoji sahədə böyük xidmətlərinə görə Misir Cumail oğlu Mərdanov "Şərəf" ordeni ilə təltif edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. Qeyd edək ki, saba
02.10.2026 349 Avropa İttifaqı Şurasının üzvləri Şuşada olublar - Fotolar
Avropa İttifaqı (Aİ) Şurasının Şərqi Avropa və Mərkəzi Asiya üzrə İşçi Qrupunun (COEST) nümayəndə heyəti oktyabrın 2-də Şuşa şəhərində olublar. "Qafqazinfo" AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov qonaqlara şəhərin tarixi
02.10.2026 186 İlham Əliyev "Bakı Metropoliteni" ilə bağlı - Fərman imzaladı
"Bakı Metropoliteni" QSC-nin yenidən təşkili və bununla əlaqədar Azərbaycan Prezidentinin bəzi fərman və sərəncamlarında dəyişiklik edilməsi, bəzi sərəncamlarının ləğv edilməsi haqqında" Azərbaycan Prezidentinin 2026-cı il 7 may tarixli 662 nömrəli Fərmanında dəyişiklik edilib. "Qafqazinfo"
02.10.2026 212 Güclü külək əsir - Bəzi yerlərə yağış yağır
Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Oktyabrın 2-si saat 16:00-a olan məlumatına əsasən, ölkə ərazisinin bəzi yerlərində yağıntılı və küləkli hava şəraiti müşahidə olunur. Sarıbaş (Qax), Şəki, Ağstafa, Xızı, Xaçmaz
02.10.2026 212 Dünya Bankı Azərbaycan iqtisadiyyatının makroiqtisadi dayanıqlığını qiymətləndirib
Azərbaycan iqtisadiyyatı makroiqtisadi sabitliyin yüksək səviyyəsini qoruyub saxlayır, həmçinin ÜDM-in artım tempi hələ də mülayim olaraq qalır. "Report" xəbər verir ki, bu barədə Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Roland Prays Bakıda keçirilən CAMCA-2026 Regional Forumund
02.10.2026 214