Azərbaycan-Ukrayna əməkdaşlığı inkişafdadır
Azərbaycan-Ukrayna münasibətləri qarşılıqlı hörmətə, etimada və strateji baxışa əsaslanan əməkdaşlıq modeli kimi formalaşıb. İki ölkə arasındakı əlaqələr təkcə siyasi-iqtisadi münasibətlər çərçivəsində deyil, eyni zamanda xalqlar arasında humanitar yaxınlaşma və qarşılıqlı dəstək müstəvisində də inkişaf edir. Bu baxımdan Ukrayna Prezidenti Volodimir Zelenskinin Azərbaycana işgüzar səfəri və dövlətimizin başçısı cənab İlham Əliyevin onunla aprelin 25-də Qəbələdə keçirdiyi təkbətək və geniş tərkibdə görüşü ikitərəfli əməkdaşlıq məsələlərinin müzakirəsi üçün mühüm və geniş imkan yaratdı.
Son illərdə Azərbaycan-Ukrayna əməkdaşlığında humanitar istiqamət xüsusi çəkisi ilə seçilir. Azərbaycan müharibədən zərər çəkmiş Ukrayna xalqına dəstək göstərməklə beynəlxalq həmrəyliyə sadiqliyini əməli şəkildə ortaya qoyur. Xüsusilə ukraynalı uşaqlar üçün təşkil olunan reabilitasiya proqramları dərin sosial və mənəvi məzmun daşıyır. Bununla yanaşı, Azərbaycanın Ukraynaya göstərdiyi texniki-humanitar yardım da diqqətəlayiqdir. Enerji infrastrukturuna dəyən zərərin nəticələrinin aradan qaldırılması üçün elektrik generatorlarının göndərilməsi minlərlə insanın gündəlik həyatının təmin olunmasına xidmət edir. Xüsusilə xəstəxanalar və sosial obyektlər üçün bu cür dəstək həyati əhəmiyyət kəsb edir və Azərbaycanın məsuliyyətli tərəfdaş kimi mövqeyini daha da gücləndirir. Bundan başqa, Ukraynada fəaliyyət göstərən Azərbaycan diasporu iki xalq arasında etibarlı körpü rolunu oynayaraq mədəni, sosial və humanitar əlaqələrin genişlənməsinə mühüm töhfə verir.
Azərbaycanın mina təmizləmə və müharibədən sonra bərpa sahəsində topladığı zəngin təcrübə Ukrayna üçün də mühüm əhəmiyyət kəsb edə bilər. İşğaldan azad edilmiş ərazilərdə qısa müddətdə həyata keçirilən genişmiqyaslı quruculuq işləri Azərbaycanın bu sahədə unikal model formalaşdırdığını göstərir. Bu təcrübənin paylaşılması gələcək əməkdaşlıq üçün real və perspektivli istiqamətlər açır.
Azərbaycan bütün dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmət prinsipini ardıcıl şəkildə müdafiə edir və bu yanaşmanı beynəlxalq münasibətlərin əsas şərti hesab edir. Məhz bu yanaşma beynəlxalq hüququn aliliyinə, dövlətlərarası münasibətlərdə etimad mühitinin qorunmasına və qlobal sabitliyin təmin olunmasına xidmət edir. Hərbi qarşıdurmalar heç bir halda uzunmüddətli həll yolu deyil və yalnız humanitar fəsadları daha da ağırlaşdırır. Məhz buna görə də Azərbaycan problemin dialoq, qarşılıqlı anlaşma və diplomatik vasitələr əsasında həllini dəstəkləyir.
Tufan Məmmədov - iqtisadçı ekspert
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 607 Tarix: 26 aprel 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Məni "Söylü"yə oxşatmayın"
Xalq artisti Afaq Bəşirqızı məşhur "Bəxt üzüyü" filmindəki Söylü obrazına bənzədilməsinə etiraz edib. Axşam.az xəbər verir ki, aktrisa bu barədə AzTV-də qonaq olarkən danışıb. "Mənə sual verirlər ki, həyatda özünüzü Söylüyə oxşadırsınız? Cavab verdim ki, yox. Məni Söylüyə oxşatmayın. Mə
02.10.2026 247 Məscidlərdən ən çox nə oğurlanır? - Nəzir qutusu, xalça...
Məscid insanın özünü təhlükəsiz hiss etdiyi, ibadətə və sakitliyə gəldiyi məkanlardan biridir. Buna görə də burada baş verən oğurluq adi küçə cinayətindən daha çox diqqət çəkir. İnsan namaz qılarkən ayaqqabısını, telefonunu, pul kisəsini bir kənara qoyur, nəzir qutusuna pul atır və təbii olaraq həmi
02.10.2026 218 "Azərbaycan Gözəli - 2026" Milli Gözəllik Yarışmasının seçim turu başladı
Şou Prodakşının layihəsi olan "Azərbaycan Gözəli - 2026" Milli Gözəllik Yarışmasının seçim mərhələsinə rəsmi olaraq start verilib. 17-30 yaş aralığında olan, özünə güvənən, səhnə mədəniyyətinə və fərdi istedada malik xanımlar qeydiyyatdan keçərək yarışmanın iştirakçısı ola bilərlər. Tanınmı
02.10.2026 288 Endrik "Real Madrid"i bu kluba dəyişə bilər
İtaliya təmsilçisi "Roma" İspaniyanın "Real Madrid" komandasının braziliyalı futbolçusu Endriki yenidən heyətinə qatmaq istəyir. Teleqraf xarici KİV-ə istinadən xəbər verir ki, İtaliya təmsilçisi 20 yaşlı hücumçunun icarəsi ilə bağlı danışıqları qış transfer pəncərəsində yenidən başlatmağ
02.10.2026 202 Prezidentdən Misir Mərdanovla bağlı - Sərəncam
Azərbaycan Respublikasının ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə və elmi-pedaqoji sahədə böyük xidmətlərinə görə Misir Cumail oğlu Mərdanov "Şərəf" ordeni ilə təltif edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. Qeyd edək ki, saba
02.10.2026 349 Avropa İttifaqı Şurasının üzvləri Şuşada olublar - Fotolar
Avropa İttifaqı (Aİ) Şurasının Şərqi Avropa və Mərkəzi Asiya üzrə İşçi Qrupunun (COEST) nümayəndə heyəti oktyabrın 2-də Şuşa şəhərində olublar. "Qafqazinfo" AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov qonaqlara şəhərin tarixi
02.10.2026 186 İlham Əliyev "Bakı Metropoliteni" ilə bağlı - Fərman imzaladı
"Bakı Metropoliteni" QSC-nin yenidən təşkili və bununla əlaqədar Azərbaycan Prezidentinin bəzi fərman və sərəncamlarında dəyişiklik edilməsi, bəzi sərəncamlarının ləğv edilməsi haqqında" Azərbaycan Prezidentinin 2026-cı il 7 may tarixli 662 nömrəli Fərmanında dəyişiklik edilib. "Qafqazinfo"
02.10.2026 212 Güclü külək əsir - Bəzi yerlərə yağış yağır
Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Oktyabrın 2-si saat 16:00-a olan məlumatına əsasən, ölkə ərazisinin bəzi yerlərində yağıntılı və küləkli hava şəraiti müşahidə olunur. Sarıbaş (Qax), Şəki, Ağstafa, Xızı, Xaçmaz
02.10.2026 212 Dünya Bankı Azərbaycan iqtisadiyyatının makroiqtisadi dayanıqlığını qiymətləndirib
Azərbaycan iqtisadiyyatı makroiqtisadi sabitliyin yüksək səviyyəsini qoruyub saxlayır, həmçinin ÜDM-in artım tempi hələ də mülayim olaraq qalır. "Report" xəbər verir ki, bu barədə Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Roland Prays Bakıda keçirilən CAMCA-2026 Regional Forumund
02.10.2026 214