KİV: ABŞ Avropanın daha bir neçə ölkəsindən hərbi kontingentini çıxarır
ABŞ-nin NATO üzrə müttəfiqləri hesab edirlər ki, Vaşinqton 5 min hərbçinin Almaniyadan çıxarılması ilə kifayətlənməyəcək, Avropada hərbi kontingentini daha da azaldacaq.
Oxu.Az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi özəl mənbələrinə istinadən məlumat yayıb.
"NATO-ya üzv ölkələrin diplomatları ehtimal edirlər ki, ABŞ Prezidenti Donald Tramp ölkəsinin hərbçilərini İtaliyadan da çıxara bilər. Eləcə də Birləşmiş Ştatlar Almaniyada uzaqmənzilli silahların yerləşdirilməsi planlarından imtina edə bilər. İspaniyada isə hərbi mövcudluğun azaldılması istisna edilmir.
Digər mümkün ssenarilər Vaşinqtonun NATO-nun bəzi hərbi təlimlərində iştirakdan imtina etməsi və hərbçilərin ABŞ-nin narazılığına səbəb olan ölkələrdən Amerika liderinə daha loyal olan dövlətlərə köçürülməsidir.
ABŞ rəhbərinin NATO-dan məyusluğu barədə bəyanatları Tramp və Avropa ölkələrinin rəhbərliyi arasındakı çoxdankı gərginliyi daha da dərinləşdirib", - deyə agentliyin materialında qeyd olunub.
Qeyd edək ki, aprelin 29-da ABŞ prezidenti bəyan edib ki, Vaşinqton Almaniyadakı hərbi kontingentini azaltmaq imkanını nəzərdən keçirir və tezliklə bu barədə qərar qəbul edəcək. O, administrasiyanın niyə belə addım atacağını açıqlamayıb. Lakin belə mövqe Almaniya Kansleri Fridrix Mertsin ABŞ-nin İrana qarşı hərbi əməliyyatlarını tənqid edəndən sonra gündəmə gəlib.
Mayın 1-də isə ABŞ-nin Hərbi Nazirliyi (Pentaqon) 5 min amerikalı hərbçinin Almaniyadan çıxarılacağı barədə açıqlama yayıb. Qoşunların çıxarılmasının növbəti 6-12 ay ərzində başa çatdırılması gözlənilir.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 486 Tarix: 10 may 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşYAP İdarə Heyətinin yeni tərkibi - Siyahı
Yeni Azərbaycan Partiyası İdarə Heyətinin yeni tərkibi müəyyənləşib. "Qafqazinfo" APA-ya istinadən xəbər verir ki, partiyanın VII Qurultayında İdarə Heyətinin 40 nəfərdən ibarət yeni tərkibi səsverməyə çıxarılaraq qəbul edilib. Beləliklə, İdarə Heyətinin yeni tərkibi aşağıdakı kimidir:. İlha
16:28 161 Prezidentdən Misir Mərdanovla bağlı - Sərəncam
Azərbaycan Respublikasının ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə və elmi-pedaqoji sahədə böyük xidmətlərinə görə Misir Cumail oğlu Mərdanov "Şərəf" ordeni ilə təltif edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. Qeyd edək ki, saba
15:59 235 Hikmət Hacıyev Azərbaycanın İsraillə münasibətlərindən danışdı: "Prinsiplərdən geri çəkilmirik"
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bakıda keçirilən Mərkəzi Asiya, Monqolustan, Qafqaz və Əfqanıstan (CAMCA) Regional Forumunda Azərbaycanın İsraillə münasibətləri və Fələstin məsələsində mövqeyi barədə açıqlamala
12:30 182 Gələn il minimum əməkhaqqı və pensiyalar qaldırılacaq - Prezident açıqladı
"Artıq göstəriş verildi, gələn il minimum əməkhaqqı qaldırılacaq, pensiyalar qaldırılacaq, sosial müavinətlər qaldırılacaq". "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VII Qurultayında çıxışı zamanı bildirib. "Bu siyasət
13:15 285 Leysan, dolu, qar... - Sabahın havası
Oktyabrın 3-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında arabir leysan xarakterli intensiv yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə şimşək çaxacağı, 2-dən 3-nə keçən gecə və səhər yağışın güclü olacağı ehtimal
13:10 224 Azərbaycanda 9 ayda 105 uşaq övladlığa verilib - STATİSTİKA
Azərbaycanda cari ilin ötən dövrü ərzində valideyn himayəsindən məhrum olmuş 105 uşaq övladlığa verilib. Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyindəki Sosial Xidmətlər Agentliyindən bildirilib. Övladlığa verilən uşaqlardan 53-ü qız, 52-si isə oğlandır
21:15 39 "Azərbaycan ABŞ ilə münasibətləri yeni strateji səviyyəyə çıxarıb"
"Azərbaycanın qonşu ölkələrlə münasibətləri sabitdir və mehriban qonşuluq ruhunda inkişaf edir". APA-ya istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bakıda keçirilən CAMCA 2026 Regiona
13:26 160 Bakıda restoran sakinlərin narazılığına səbəb olub: "Gecələr rahat yata bilmirik" - Video
Bakının Yasamal rayonunda fəaliyyət göstərən restoran ətrafda yaşayan sakinlərin narazılığına səbəb olub. Məlumat -ın sorğusuna cavab olaraq Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən verilib. "Bakıxanov küçəsi, 2 ünvanında yerləşən "Scalini" restoranının havalandırma sisteminə quraşdırılmı
17:23 157 "Qarabağ Ermənistandır və nöqtə" deyənlər artıq - "Qarabağ Azərbaycandır!" deyirlər"
"Bu iki hərbi Zəfər təkcə xalqımız üçün, dövlətimiz üçün deyil, bütün dünya üçün böyük önəm daşıyır". "Qafqazinfo" xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VII Qurultayında çıxışı zamanı bildirib. "Çünki birinci növbədə yeni bir preseden
16:35 141