Qan qrupunuz əslində tamamilə fərqli ola bilər: Alimlər gizli "açar" tapıb
İsveçin Lund Universitetinin mütəxəssisləri transfuziologiyada mühüm irəliləyiş əldə edərək standart qan qrupu testlərinin niyə bəzən səhv nəticə verə biləcəyini izah ediblər.
Qaynarinfo xəbər verir ki, bu barədə "SciTechDaily" nəşri məlumat yayıb.
Qan qrupları eritrositlərin səthində yerləşən antigenlərlə müəyyən olunur. Bu antigenlər immun sisteminə "öz" və "yad" hüceyrələri ayırmağa kömək edir. Məqalədə qeyd olunur ki, əvvəllər alimlər eyni qan qrupuna malik insanlarda bu molekulların miqdarının niyə min dəfə fərqlənə bildiyini izah edə bilmirdilər.
Lund Universitetinin professoru, transfuziologiya üzrə mütəxəssis Martin L. Olsson bu barədə deyib: "Bu vacibdir, çünki əgər hüceyrədə minlərlə və ya hətta milyonlarla molekul əvəzinə yalnız bir neçə yüz qan qrupu molekulu varsa, uyğunluq testində bu fərq nəzərdən qaça bilər və bu da qan köçürülməsinin təhlükəsizliyinə təsir edir".
Genetik "açarlar"
Məlumata görə, tədqiqatçılar xüsusi zülalları - transkripsiya faktorlarını müəyyən ediblər. Bu faktorlar genlərin aktivliyini tənzimləyən molekulyar açar kimi fəaliyyət göstərir. Məhz onlar CR1 zülalının aşağı səviyyəsi ilə xarakterizə olunan və yalnız təxminən 1% insanlarda rast gəlinən Helgeson adlı nadir qan qrupu variantına cavabdehdir.
Tədqiqatın həmmüəllifi Cill Stori kəşfin tarixçəsini belə izah edib: "1970-ci illərdə Minneapolisdə tibb laboratoriyasında çalışan Marqaret Helgeson qan köçürülməsinə ehtiyacı olan xəstə üçün uyğun qan tapmağa çalışırdı. Bütün səylərə baxmayaraq, uyğun qan tapmaq mümkün olmadı. O, çıxılmaz vəziyyətdə öz qanını yoxladı və təəccüblə uyğunluq aşkar etdi".
Təkamül qorunması
Aspiran t Qloriya Vu tərəfindən hazırlanmış hesablama sistemi vasitəsilə alimlər qan qruplarına aid 33 gen üzrə təxminən 200 bağlanma sahəsini analiz ediblər. Məlum olub ki, Helgeson variantı transkripsiya faktorunun DNT-də bağlanmalı olduğu sahədə baş verən dəyişikliklə bağlıdır.
Maraqlıdır ki, bəzi molekulların qanda aşağı səviyyədə olması sadəcə nasazlıq deyil, həm də müdafiə mexanizmi ola bilər. Tədqiqatçılara görə, bu genetik variant Cənub-Şərqi Asiya əhalisində daha çox rast gəlinir, çünki bu xüsusiyyət bəzi parazitlərin orqanizmə daxil olmasını çətinləşdirir.
Olsson əlavə edib: "İndi bu gen sadəcə fəaliyyətsiz kimi görünür. Bizim araşdırmamız da göstərdi ki, bu variant Taylandlı donorlar arasında İsveç donorlarına nisbətən daha çoxdur. Bu da məntiqlidir, çünki əvvəlki tədqiqatlar göstərir ki, CR1 səviyyəsinin aşağı olması malyariyaya qarşı qoruyucu təsir göstərə bilər".
Alimlər gələcəkdə bu məlumatlardan istifadə edərək laborator analizləri və qan köçürmələrinin daha təhlükəsiz olmasını təmin edən yeni DNT çipləri hazırlamağı planlaşdırırlar.
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAlimlər qocalmanı yavaşladan ideal yuxu müddətini açıqladı - 8 saat deyil
Daim eşidirik ki, hər gün səkkiz saat yatmaq lazımdır. Lakin yeni və genişmiqyaslı araşdırma bu rəqəmin bir qədər şişirdildiyini, səkkiz saatdan çox yatmağın isə əks təsir göstərə biləcəyini ortaya qoyub. Qaynarinfo xəbər verir ki, bu barədə "MoneyTalksNews" yazır. "Nature" jurnalınd
14.09.2026 419 Bu qidaları yedikdən sonra yuxunuz gələ bilər
Bəzi qidalar qəbul edildikdən sonra insanda yorğunluq və yuxululuq yarada bilər. Bu, xüsusilə ağır və çox kalorili yeməklərdən sonra daha çox müşahidə olunur. xəbər verir ki, qida tərkibi və porsiyanın həcmi yeməkdən sonra yaranan yuxululuğa təsir edən əsas amillərdəndir. Karbohidratla zəngin qidala
14.09.2026 365 Payızda immuniteti gücləndirmək üçün nə yemək lazımdır?
Havaların soyuması ilə bir çox insan orqanizmi və immun sistemini dəstəkləyə biləcək əlçatan məhsullar axtarır. Belə məhsullar arasında tez-tez sarımsaq, soğan, kələm və çuğundur qeyd olunur. Xüsusilə sarımsağa ənənəvi olaraq böyük diqqət yetirilir. Mütəxəssislərin sözlərinə görə, onun tərkibində antimikro
22.09.2026 304 Hər evdə var, amma bu təsirini çoxları bilmir
İspaniyada aparılan araşdırma zamanı üç ay ərzində müntəzəm olaraq tomat pastası qəbul edən insanların zehni fəaliyyətində və beyin funksiyalarında müəyyən dəyişikliklər müşahidə olunub. xəbər verir ki, Barselona Universitetinin mütəxəssislərinin apardığı araşdırmada pomidorun tərkibindəki likopen maddəsini
12.09.2026 265 Sarıkökdən çox istifadə edin
Sarıkök son illərdə sağlam qidalanma siyahılarının ayrılmaz hissəsinə çevrilib. Axşam.az xəbər verir ki, bu ədviyyat güclü antioksidant təsirə malikdir və mütəxəssislərin fikrincə, bir çox xəstəliklərə qarşı qoruyucu rol oynayır. Sarıkökdən niyə istifadə edilməli?. İltihabı azaldır. Artrit və oynaq ağrıların
12.09.2026 447 Dişlərinizi bir ayaq üstə təmizləyin - Yaşlanmaya qarşı maraqlı TÖVSİYƏ
Dişləri fırçalayarkən bir ayaq üstə dayanmaq qəribə görünsə də, bu sadə vərdiş yaşlılıq dövründə yıxılma və travma riskinin azalmasına kömək edə bilər. xarici mediaya istinadən xəbər verir ki, ortoped-cərrah Coselin Vittsteyn dişlərini hər gün bir ayaq üstə dayanaraq təmizlədiyini bildirib. Onun sözlərin
20.09.2026 190 Bir çox xəstəliyi müalicə edən MASAJ
Masaj xidməti bir çox xəstəlikləri sağaldır, masaj zamanı Təbii yağlardan istifadə olunur, sizin bədənizdə olan oynaq ağrıları, bel ağrıları, baş ağrılarını vaxtında götürür. Dünyada edilən masajların 90 %-i tibbi masajdır. Avropada və Şərqdə həkimlər masajı resept olaraq yazırlar. Masaj inteqtaiv bi
14.09.2026 266 Alimlər: Zövq üçün mütaliə istənilən yaşda beyni qoruyur
Kembric Universitetinin alimləri müəyyən ediblər ki, zövq üçün mütaliə beynin fəaliyyətini yaxşılaşdırır və demensiyanın inkişaf riskini azaldır. Qaynarinfo xəbər verir ki, "Psychological Medicine" jurnalında dərc olunan icmalda tədqiqatçılar kitabların hər yaşda insanlara stressin öhdəsində
16.09.2026 289 Portağal şirəsinin psixi sağlamlıq üçün gözlənilməz faydası tapıldı
Portağal şirəsi dietologiyada mübahisəli mövzulardan biridir. Bəziləri onun tərkibində çoxlu şəkər olduğunu və buna görə "faydalı" hesab edilə bilməyəcəyini düşünür. Digərləri isə onun balanslaşdırılmış qidalanmanın bir hissəsi ola biləcək vacib vitamin və qida maddələri ehtiva etdiyini vurğulayır
15.09.2026 325