UN-Habitat nümayəndəsi: Gələcəyin yaşanabilən şəhərləri fəal gənclərlə birgə qurulacaq
Gələcəyin yaşanabilən şəhərləri fəal gənclər, vətəndaş cəmiyyəti və icmalarla birgə qurulacaq.
"Report" xəbər verir ki, bunu BMT-nin Məskunlaşma Proqramında (UN-Habitat) baş məsləhətçi Məleykə Tağızadə mayın 16-da Bakıda keçirilən Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin QHT-lərinin II Həmrəylik Forumunda deyib.
Onun sözlərinə görə, TDT-yə üzv ölkələrin QHT-lərinin II Həmrəylik Forumu yeni əməkdaşlıqların başlanğıcı olacaq, WUF13 yolunda daha güclü regional tərəfdaşlıqlara yaxınlaşdıracaq:
"Bu forumda bir araya gəlmək bizim üçün xüsusi əhəmiyyət daşıyır. Çünki şəhərlərin gələcəyi artıq yalnız infrastruktur layihələri ilə müəyyən edilmir. Şəhərlər xüsusilə gənclərin iştirakı ilə formalaşır. Bakı sabahdan etibarən Ümumdünya Şəhərsalma Forumuna ev sahibliyi edəcək. Bu forum şəhərlərin gələcəyinə dair ən böyük qlobal platformalardan biridir və bizim üçün bu proses yalnız bir tədbirə hazırlıq deyil, uzunmüddətli urban transformasiya fürsətidir".
M.Tağızadə bildirib ki, UN-Habitat məhz bu səbəbdən tərəfdaşlarla birgə Azərbaycan Şəhərsalma Kampaniyasına başlayıb:
"Kampaniyanın əsas məqsədlərindən biri gəncləri urban (şəhərsalma) gündəliyin mərkəzinə gətirməkdir. Bu gün artıq müxtəlif regionlarda gənclərlə şəhər mühiti, inklüzivlik, ictimai məkanlar, iqlim dayanıqlılığı və şəhərlərdə iştirakçılıq mövzularında müzakirələr keçirilir. Gənclər yalnız iştirakçı kimi deyil, təşəbbüs irəli sürən, tədbirlər təşkil edən, həllər təklif edən tərəfdaş kimi prosesə qoşulurlar. Kampaniya çərçivəsində gənclərlə şəhər dialoqları təşkil olunub, universitetlər və gənclər təşkilatları ilə əməkdaşlıqlar qurulub, urban mövzular ilk dəfə bir çox gənclər platformalarında aktiv şəkildə müzakirə olunmağa başlanılıb, əlçatanlıq, inklüzivlik və dayanıqlı şəhərlər mövzusunda gənclərin təşəbbüsləri dəstəklənib".
UN-Habitat nümayəndəsi vurğulayıb ki, Türk dünyası gənclərinin əməkdaşlığı da şəhərsalmada çox vacib rol oynaya bilər:
"Çünki şəhərlərimizin problemləri bir-birinə çox yaxındır (iqlim çağırışları, urban bərabərsizlik, mənzil əlçatanlığı, gənclərin məşğulluğu, ictimai məkanların keyfiyyəti və inklüzivlik). Bu problemlərin həlli üçün regional əməkdaşlıq, təcrübə paylaşımı və ortaq gənclər təşəbbüsləri böyük potensiala malikdir. Biz inanırıq ki, gələcəyin yaşanabilən şəhərləri yalnız dövlətlər tərəfindən deyil, fəal gənclər, vətəndaş cəmiyyəti və icmalarla birlikdə qurulacaq".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 468 Tarix: 16 may 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşDünyanın ən dəqiq saatı yaradıldı
Sinqapur Milli Universitetinin Kvant Texnologiyaları Mərkəzinin alimləri lütetium elementindən istifadə etməklə dünyanın ən dəqiq atom saatlarından birini hazırlayıblar. "Qafqazinfo" xəbər verir ki, "Nature" jurnalında dərc olunan araşdırmaya görə, saatın keçid tezliyi 19 onluq yer
01.10.2026 421 Qidanın xarab olduğunu özü göstərəcək - qablaşdırma rəngini dəyişəcək
Alimlər qidanın təzəliyini qablaşdırmanı açmadan müəyyən etməyə imkan verən yeni texnologiya hazırlayıblar. BİG.AZ xarici mediaya istinadla xəbər verir ki, Yaponiyanın Kyushu Universitetinin tədqiqatçıları qidanın xarab olma prosesini izləyə bilən xüsusi hidrogel qablaşdırma hazırlayıblar. Material qidanı
14:49 139 Süni intellekt bioloji silah yarada bilərmi?
"Mindgard" təhlükəsizlik şirkətinin apardığı sınaqlar zamanı çinli süni intellekt şirkəti "Moonshot"ın iki modelində mürəkkəb təlimatlarla təhlükəsizlik məhdudiyyətlərinin aşılmasının mümkün olduğu üzə çıxıb. Tədqiqatçılar modellərdən normal şəraitdə cavab verməməli olduqları təhlükəl
01.10.2026 439 Uşaqlar məktəbin qarşısında paylanılan konfetdən zəhərlənib? - Açıqlama
Sosial şəbəkələrdə məktəbin qarşısında naməlum şəxsin uşaqlara konfet paylaması və bundan sonra onların zəhərlənməsi barədə səs yazısı yayılıb. DİN Mətbuat xidmətindən "Qafqazinfo"ya bildirilib ki, yayılan səs yazısı ilə bağlı aparılan araşdırma nəticəsində səsləndirilən iddialar təsdiqin
14:14 252 Trampın impiçment qorxusu: Demokratlar üstünlüyü ələ keçirəcək?
ABŞ Prezidenti Donald Tramp Demokratlar Partiyasının noyabrda keçiriləcək Konqresə aralıq seçkilərində qalib gələcəyi təqdirdə onun barəsində impiçment prosedurunun başladılacağını düşünür. Tramp Oklahomada tərəfdarları qarşısında çıxışı zamanı seçiciləri Respublikaçılar Partiyasına səs verməyə çağırıb
12:30 152 YAP İdarə Heyətinin yeni tərkibi - Siyahı
Yeni Azərbaycan Partiyası İdarə Heyətinin yeni tərkibi müəyyənləşib. "Qafqazinfo" APA-ya istinadən xəbər verir ki, partiyanın VII Qurultayında İdarə Heyətinin 40 nəfərdən ibarət yeni tərkibi səsverməyə çıxarılaraq qəbul edilib. Beləliklə, İdarə Heyətinin yeni tərkibi aşağıdakı kimidir:. İlha
16:28 39 "YAP Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir"
"Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanın, həm də Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir". "Qafqazinfo" xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VII Qurultayında çıxışı zamanı deyib. Otuz ildən çoxdur ki, partiyanın iqtidarda olduğun
10:58 136 FHN-in 7 idarəsi şöbəyə çevrildi, 2-si ləğv edildi
Fövqəladə Hallar Nazirliyinin (FHN) Aparatında bir sıra struktur dəyişiklikləri həyata keçirilib. "Qafqazinfo" "Qaynarinfo"ya istinadən xəbər verir ki, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun Əmri ilə Aparatda 7 idarə adları dəyişdirilmədən şöbəyə çevrilib
12:30 164 Diş çöpünün görünməyən təhlükəsi: Dişləri və diş ətlərini necə zədələyir?
Yeməkdən sonra taxta diş çöpündən istifadə etmək bir çox insan üçün adi vərdişdir. Lakin mütəxəssislər bildirirlər ki, bu vərdiş ağız boşluğunda müxtəlif problemlərə səbəb ola bilər. Diş çöpünün iti ucları və taxtadan ayrılan xırda qırıntılar diş ətlərini zədələyərək iltihab və infeksiya riskini artır
12:06 172