Sağlam qocalmaq üçün yuxu - Az, yoxsa çox yataq?
ABŞ və bir neçə ölkənin alimlərinin iştirakı ilə aparılan yeni genişmiqyaslı araşdırma göstərib ki, həm az, həm də həddindən artıq yuxu insan orqanizmində qocalmanı sürətləndirə və müxtəlif xəstəliklərin riskini artıra bilər.
Qaynarinfo euronews-a istinadən xəbər verir ki, tədqiqat zamanı Böyük Britaniya Biobankında yer alan təxminən yarım milyon insanın məlumatları təhlil edilib. Araşdırma nəticəsində məlum olub ki, gündə mütəmadi olaraq 6 saatdan az və ya 8 saatdan çox yatan şəxslərdə bioloji qocalma əlamətləri daha çox müşahidə edilir.
Alimlər beyin görüntüləri, qan zülalları və orqanizmdəki kimyəvi göstəricilər əsasında süni intellekt və maşın öyrənməsi texnologiyalarından istifadə edərək "bioloji qocalma saatları" adlı xüsusi model hazırlayıblar. Bu model insanın faktiki yaşından daha sürətli və ya daha yavaş qocalmasını müəyyən etməyə imkan verir.
Araşdırmada "U formalı" qanunauyğunluq qeydə alınıb. Belə ki, orta diapazonda - təxminən 7-8 saat yatan şəxslərin sağlamlıq göstəriciləri daha yaxşı olub. Həm az, həm də çox yatanlarda isə qocalmanın sürətləndiyi müəyyən edilib.
Tədqiqatın müəlliflərindən biri, Kolumbiya Universiteti Vagelos Həkimlər və Cərrahlar Kollecinin radiologiya üzrə dosenti Cunhao Ven bildirib ki, yuxu müddəti yalnız beynə deyil, bütün orqanizmə təsir göstərən mühüm amildir:
"Araşdırma göstərir ki, yuxu metabolik balansın və immun sisteminin qorunmasında vacib rol oynayır".
Tədqiqat nəticələrinə görə, qısa yuxu depressiya və narahatlıq kimi psixi problemlərlə yanaşı, ürək xəstəlikləri, 2-ci tip diabet, piylənmə, astma və reflüks kimi xəstəliklərlə də əlaqələndirilir.
Uzunmüddətli yuxu da müəyyən sağlamlıq problemləri ilə bağlı olsa da, alimlər bunun bəzi hallarda gizli xəstəliklərin göstəricisi ola biləcəyini bildiriblər.
Bununla yanaşı, tədqiqatçılar vurğulayıblar ki, araşdırma yuxunun birbaşa olaraq qocalmaya səbəb olduğunu tam sübut etmir. Çünki məlumatların əksəriyyəti iştirakçıların öz verdiyi məlumatlara əsaslanıb. Alimlər gələcəkdə daha dəqiq ölçmələr və daha müxtəlif əhali qrupları üzərində əlavə tədqiqatların aparılmasının vacibliyini qeyd ediblər.
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
Həftələrlə davam edən öskürək sadə narahatlıq kimi qəbul edilməməlidir. xəbər verir ki, mütəxəssislər xüsusilə gecə və səhər saatlarında artan öskürəyin bəzi ağciyər xəstəliklərinin əlaməti ola biləcəyini bildirirlər. Qeyd olunur ki, öskürəyin müddəti ilə yanaşı, nə vaxt yarandığı, necə keçdiyi və hans
20.09.2026 310 Yumşaq oyuncaqlar uşaqlar üçün gizli təhlükə yarada bilər - Həkimdən xəbərdarlıq
"Yumşaq oyuncaqlar uşaqların sağlamlığı üçün müəyyən təhlükələr yarada bilər". Ölkə.az xəbər verir ki, bu barədə rusiyalı immunoloq-həkim Vladimir Bolibok deyib. Onun sözlərinə görə, bu riskləri dörd əsas qrupa bölmək olar: kimyəvi, mikrobioloji, allergik və fiziki təhlükələr. Ekspert iza
03.09.2026 329 Bu insanların ömrü daha qısa olur - Alimlər səbəbini AÇIQLADI
Aparılan yeni araşdırma ağır psixi pozuntulardan əziyyət çəkən insanların orta ömür uzunluğu ilə bağlı diqqətçəkən nəticələri ortaya çıxarıb. xəbər verir ki, avstraliyalı alimlərin araşdırmasına görə, ağır psixi pozuntuları olan insanlar digər əhali qrupları ilə müqayisədə orta hesabla 10 il daha a
22.09.2026 306 Bədəndəki bu 10 əlamət ürək-damar xəstəliklərindən xəbər verə bilər
Bədəndə çox vaxt diqqətdən kənarda qalan bəzi əlamətlər yüksək xolesterin, damarların sərtləşməsi və hətta ürək çatışmazlığına işarə edə bilər. -ın məlumatına görə, mütəxəssislər bildirirlər ki, bədəndə ortaya çıxan bəzi fiziki dəyişikliklər ürək-damar xəstəlikləri ilə bağlı ilkin siqnallar verə bilər
06.09.2026 487 Nadir irsi mutasiya ağciyər xərçəngi riskini 62 dəfə artıra bilər
Nadir irsi mutasiya siqaret çəkməyən insanlarda belə ağciyər xərçənginin inkişaf riskini əhəmiyyətli dərəcədə artıra bilər. "Report"un məlumatına görə, alimlər Avropa mənşəli 3,3 milyondan çox insanın genetik məlumatlarını təhlil etdikdən sonra bu qənaətə gəliblər. Tədqiqatın nəticələri "Science"
20.09.2026 194 Alimlər orqanizmdə həll olan "yeməli batareya" hazırladı
ABŞ-da alimlər udula bilən tibbi cihazları enerji ilə təmin edə bilən, istifadə müddəti başa çatdıqdan sonra isə orqanizmdə parçalanan yeni tip batareya hazırlayıblar. Qaynarinfo xəbər verir ki, "Nature" jurnalının məlumatına görə, tədqiqatçılar düyü kağızını xatırladan materialla örtülmü
23.09.2026 126 Dərman əvəzinə gülüş: Alimlər ağciyərlərə kömək üçün qeyri-adi üsul təklif etdi
Müalicə planına gülüş terapiyasının əlavə edilməsi geniş yayılmış ağciyər xəstəliyindən əziyyət çəkən pasiyentlərdə nəfəsalma problemlərini yüngülləşdirməyə kömək edə bilər. Qaynarinfo-nun məlumatına görə, "The Independent" yeni araşdırmanın nəticələrinə istinadən xəbər verir ki, alimlər b
08.09.2026 324 Alimlər qocalmanı yavaşladan ideal yuxu müddətini açıqladı - 8 saat deyil
Daim eşidirik ki, hər gün səkkiz saat yatmaq lazımdır. Lakin yeni və genişmiqyaslı araşdırma bu rəqəmin bir qədər şişirdildiyini, səkkiz saatdan çox yatmağın isə əks təsir göstərə biləcəyini ortaya qoyub. Qaynarinfo xəbər verir ki, bu barədə "MoneyTalksNews" yazır. "Nature" jurnalınd
14.09.2026 419 Alimlər: Zövq üçün mütaliə istənilən yaşda beyni qoruyur
Kembric Universitetinin alimləri müəyyən ediblər ki, zövq üçün mütaliə beynin fəaliyyətini yaxşılaşdırır və demensiyanın inkişaf riskini azaldır. Qaynarinfo xəbər verir ki, "Psychological Medicine" jurnalında dərc olunan icmalda tədqiqatçılar kitabların hər yaşda insanlara stressin öhdəsində
16.09.2026 289