Alça sevənlərin çoxu bunu bilmir - RİSK ALTINDASINIZ
Yaz və yay aylarının ən çox sevilən meyvələrindən biri olan alça həm dadı, həm də sağlamlığa faydaları ilə seçilir. Xüsusilə turş alçanın duzla yeyilməsi Azərbaycanda geniş yayılmış vərdişlərdən biridir. Lakin mütəxəssislər xəbərdarlıq edir ki, bu adət bəzi insanlar üçün ciddi sağlamlıq problemlərinə yol aça bilər.
BiG.AZ xəbər verir ki, alça C vitamini, fosfor, kalium və antioksidantlarla zəngin olduğu üçün immun sisteminin güclənməsinə kömək edir. Eyni zamanda, həzm sisteminin fəaliyyətini sürətləndirir, bağırsaqların işləməsini yaxşılaşdırır və bədəndəki toksinlərin xaric olunmasına dəstək verir.
Türkiyəli kardioloq Habib ÇİL bildirib ki, artıq duz istifadəsi hipertoniya və böyrək xəstəlikləri riskini artıran əsas amillərdəndir. Onun sözlərinə görə, gündəlik normadan artıq duz qəbul edilməsi orqanizmdə maye yığılmasına, təzyiqin yüksəlməsinə və ürək-damar sisteminə əlavə yük düşməsinə səbəb olur.
Həkimlər qeyd edir ki, alçanın özündə problem yoxdur, əsas təhlükə onun üzərinə əlavə edilən yüksək miqdarda duzdan qaynaqlanır. Çünki turş meyvə ilə birlikdə duz qəbul edildikdə insanlar fərqinə varmadan normadan artıq natrium qəbul etmiş olur.
Araşdırmalara görə, həddindən artıq duz istifadəsi:
orqanizmdə ödəm yaradır;
arterial təzyiqi yüksəldir;
böyrəklərin fəaliyyətini zəiflədir;
ürək-damar xəstəlikləri riskini artırır;
susuzluq hissini gücləndirir.
Mütəxəssislər xüsusilə böyrək və təzyiq xəstələrinin əlavə duzdan uzaq durmasını tövsiyə edir.
Bununla yanaşı, dietoloqlar bildirirlər ki, alça düzgün miqdarda qəbul edildikdə sağlamlıq üçün olduqca faydalıdır. Xüsusilə, immuniteti zəif olan şəxslər, qəbizlik problemi yaşayanlar, yayda iştahsızlıq hiss edənlər, dəmir çatışmazlığı olan insanlar üçün faydalı hesab edilir.
Çünki alçanın tərkibindəki turşular və minerallar dəmirin mənimsənilməsinə kömək edir, qan dövranını dəstəkləyir və bədəndə enerji mübadiləsini sürətləndirir.
Lakin hər məhsul kimi alçanın da həddindən artıq istifadəsi zərərli ola bilər. Qastroenteroloqlar xəbərdarlıq edir ki, turş alça mədə turşuluğunu artıra, qastrit və xora xəstələrində ağrı yarada, reflüks şikayətlərini gücləndirə bilər.
Xüsusilə acqarına çox miqdarda alça yemək mədədə qıcıqlanma yaradır.
Kardioloqlar gündəlik duz qəbulunun 5 qramdan artıq olmamasını tövsiyə edir. Mütəxəssislər bildirirlər ki, alçanı duzsuz və ya çox az miqdarda duzla yemək daha təhlükəsiz seçim hesab olunur. Xüsusilə təzyiq, böyrək, ürək-damar və ödəm problemi yaşayan şəxslərin bu məsələdə ehtiyatlı davranması vacibdir.(Yeni sabah)
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşHicama haqqında nələri bilirik?
Son zamanlar çox eşitdiyimiz, "hicama", "hacamat" kimi tanınan küpə terapiya müalicə üsulu barədə nələri bilirik?. Apimed təbii üsullar mərkəzində yüksək ixtisaslı (Türkiyədə kurs keçmiş) xanım personal tərəfindən xanımlara və bəylərə Hicama (hacamat) proseduru tətbiq edilir. Prosedu
29.10.2026 3426 Toyuğu yumazdan əvvəl bu təhlükəni bilin!
Bir çox insan toyuq ətini bişirməzdən əvvəl kranın altında yumağa üstünlük verir. Lakin mütəxəssislər bu vərdişin sağlamlıq üçün təhlükə yarada biləcəyi barədə xəbərdarlıq edirlər. Belə ki, çiy toyuğun yuyulması zamanı su sıçrantıları vasitəsilə bakteriyalar mətbəxin müxtəlif səthlərinə, qab-qacağa v
02.11.2026 1046 Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var
Ən çox zülal ehtiva edən çərəzin adı bəlli olub. BİG.AZ qafqazinfo-ya istinadən xəbər verir ki, dietoloq Anita Mirçandani zülal tərkibinə görə lider olan çərəzi açıqlayıb. Onun sözlərinə görə, zülalla ən zəngin məhsul yerfındığıdır (araxis). O bildirib ki, botaniki baxımdan yerfındığı çərəzlərə deyil
15.11.2026 404 Ürək transplantasiyasının icbari tibbi sığorta hesabına icra edilməsi təklif olunub
Ürək transplantasiyası və gözün buynuz qişasının transplantasiyası əməliyyatlarının icbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil edilməsi vacibdir. "Report" xəbər verir ki, bunu Orqan Donorluğu və Transplantasiya üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri Yeganə Abbasova Azərbaycand
01.11.2026 791 Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın
Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. BİG.AZ -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişafı anemiyaya səbəb ola bilər. O qeyd edib ki, bağırsaq xərçəngi, xüsusil
31.10.2026 838 Səhər yeməyi üçün ən pis vaxt - Diyetoloqların cavabı
Səhər yeməyini günortadan sonraya saxlamaq sağlamlıq üçün arzuolunmaz nəticələrə səbəb ola bilər. Diyetoloqların fikrincə, günün ilk qida qəbulu üçün ən uyğun vaxt oyandıqdan sonrakı 1-2 saatdır. Qaynarinfo xəbər verir ki, bu barədə "EatingWell" nəşri diyetoloqların tövsiyələrinə istinadə
10.11.2026 467 Gündə cəmi 4 saat yuxu ilə necə yaşamaq olar?
Adətən, böyük əksəriyyət üçün gündə yeddi-doqquz saatlıq yuxu norma sayılsa da, bəzi insanlar cəmi dörd-beş saatlıq yuxu ilə kifayətlənərək özlərini tamamilə enerjili və sağlam hiss edirlər. Elm adamları bu nadir vəziyyətin arxasında duran genetik səbəbləri araşdırmağa davam edirlər. "Qafqazinfo"nu
03.11.2026 899 Məşhur ədviyyatın qaraciyəri qocalmadan qoruya biləcəyi məlum olub
Zərdəçalın tərkibində olan kurkumin maddəsi qaraciyəri yaşla bağlı dəyişikliklərdən, iltihabdan və zədələnmədən qoruya bilər. xəbər verir ki, bu qənaətə "Food & Function" elmi jurnalında dərc olunan araşdırmanın müəllifləri gəliblər. Tədqiqatçılar bağırsaq, onun mikroflorası və qaraciyə
06.11.2026 693 Ən faydalı və ən zərərli balıq növləri
Balıq sağlam qidalanma rasionuna daxil edilməsi ən çox tövsiyə olunan məhsullardan biridir. Çünki onun tərkibində yüksək keyfiyyətli zülal, vitaminlər, minerallar və omeqa-3 yağ turşuları var. Bununla belə, bütün balıq növlərinin qida dəyəri eyni deyil. Bəzi növlər əhəmiyyətli miqdarda çirkləndiric
29.10.2026 1053