Bu şəxsləri işə götürənlər cərimə ediləcək
Azərbaycanda yeni cərimələr müəyyənləşir.
BiG.AZ oxu.az-a istinadən xəbər verir ki, sözügedən məsələ İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişiklik layihəsində əksini tapıb.
Layihəyə əsasən, tibbi müayinə (tibbi yoxlama) haqqında rəyə əsasən narkoloji xəstə olan şəxslə siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən narkoloji xəstələr üçün fəaliyyət məhdudiyyəti nəzərdə tutulmuş peşə növlərinə və vəzifələrə işə qəbul edilməsi ilə bağlı əmək müqaviləsinin bağlanılmasına və ya əmək münasibətlərinin davam etdirilməsinə görə vəzifəli şəxslər üç min manat məbləğində cərimə edilir.
Həmçinin Əmək Məcəlləsində nəzərdə tutulmuş hallarda işçinin sağlamlığı haqqında tibbi arayış, habelə narkoloji xəstələr üçün fəaliyyət məhdudiyyəti nəzərdə tutulmuş peşə növlərinə və vəzifələrə işə qəbul edilərkən tibbi müayinə (tibbi yoxlama) haqqında rəy olmadan işçinin müvafiq peşə və ya vəzifəyə işə qəbul edilməsinə görə vəzifəli şəxslər min manat məbləğində cərimə olunacaq.
Həmçinin barəsində məlumatlandırma icraatı tətbiq edilən kolların kəsilməsi barədə yalan və (və ya) təhrif olunmuş məlumatın verilməsinə görə fiziki şəxslər beş yüz manat miqdarında, vəzifəli şəxslər üç min manat miqdarında, hüquqi şəxslər beş min manat miqdarında cərimə edilir.
Layihədə qeyd olunur ki, Maliyyə icarəsi fəaliyyətini həyata keçirən şəxslər (banklar, xarici bankların yerli filialları və bank olmayan kredit təşkilatları istisna olmaqla) tərəfindən maliyyə icarəsi fəaliyyətinə dair hesabatların "Maliyyə icarəsi haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilməməsinə, yaxud düzgün təqdim edilməməsinə görə vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə olunacaq.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 132 Tarix: 22 may 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaşİran Körfəz ölkələri və İsrailə qarşı qəfil hücuma keçə bilər
İranın Körfəz ölkələrinə və İsrailə potensial gözlənilməz hücumu ilə bağlı xəbərdarlıqlar ABŞ prezidenti Donald Tramp və Baş nazir Benyamin Netanyahunun Tehranla necə davranmaq barədə fikir ayrılığına düşdüyü vaxta təsadüf edir. BİG.AZ The Jerusalem Post-a istinadən xəbər verir ki,İsrail kəşfiyyatını
12:50 110 Sabahdan müvəqqəti xüsusi hərəkət zolaqları qüvvədən düşür
Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasının (WUF13) nəqliyyat təminatı çərçivəsində təşkil edilən müvəqqəti xüsusi hərəkət zolaqları tədbir yekunlaşdıqdan sonra öz qüvvəsini itirəcək. Axşam.az xəbər verir ki, mayın 23-dən sözügedən zolaqlarda avtobus zolağını bildirən 5.9 yol nişanları yığışdırılacaq
14:24 0 İranda güclü zəlzələ oldu
Mayın 21-də İranın Hormozqan əyalətinin Dərgəhan şəhərində Rixter cədvəli üzrə 4.6 bal gücündə zəlzələ baş verib. xəbər verir ki, bu barədə "Azad İran" "Telegram" kanalı məlumat verir. Məlumata görə, 13:26-da meydana gələn yeraltı təkanların ocağı 20 kilometr dərinlikdə qeydə alınıb
21.05.2026 260 Tokayev Qafqaza gəlir
Kasım-Jomart Tokayev yaxın vaxtlarda Gürcüstana səfər edəcək. xəbər verir ki, bu barədə Gürcüstan hökumət administrasiyası məlumat yayıb. Bildirilib ki, Tokayevin səfəri Tbilisi ilə Astana arasında tərəfdaşlıq münasibətlərinin daha da möhkəmlənməsinə töhfə verəcək. Məlumat fonunda qeyd olunur ki, hazırd
21.05.2026 243 Ev almağı asanlaşdıracaq təkliflər
"İpoteka ilə ev almaq qaydalarını fərdi şəkildə dəyişmək mümkün deyil. Çünki ipoteka sistemi ilə bağlı qaydalar dövlət qurumları tərəfindən müəyyən edilir və təsdiqlənir. Lakin ümumi səviyyədə müəyyən sadələşdirmələrin aparılması mümkündür. Bu dəyişikliklər ipoteka prosesini daha əlçatan edə v
12:19 145 ABŞ Ukraynaya 108,1 milyon dollarlıq raket sistemi avadanlığının satışını təsdiqləyib
ABŞ Dövlət Departamenti cümə axşamı günü bildirib ki, Ukraynaya "Hawk" Raket Sisteminin saxlanması üçün təxminən 108,1 milyon dollar dəyərində avadanlıq satışının potensialını təsdiqləyib. BİG.AZ Reuters-ə istinadən xəbər verir ki, bu ABŞ-ın Ukrayna ilə etdiyi ən böyük satışlardan biridir
11:36 132 "Azərsun Holdinq" növbəti dəfə "Best managed companies" mükafatı qazanıb
"Deloitte" şirkəti tərəfindən ənənəvi olaraq təşkil edilən "Best managed companies" biznes mükafatının sahibləri müəyyən olunub. "Azərsun Holdinq" də idarəetmənin peşəkar səviyyədə təmin edilməsi, şəffaflıq, həyata keçirilən layihələr və müsabiqənin digər şərtlərinə cava
10:47 139 Unay Emeri rekordu təkrarladı: Avropanın elit məşqçiləri siyahısına düşdü
İspaniyalı məşhur məşqçi və İngiltərənin futbol klubu "Aston Villa"nın baş məşqçisi Unay Emeri Avropa yarışlarının finallarında qələbə qazanaraq məşqçilik rekorduna çatıb və beşinci titulunu qazanıb. xəbər verir ki, dünən gecə Emerinin komandası finalda Almaniyanın "Frayburq" klubun
21.05.2026 237 Bu gün WUF13 sessiyası yekunlaşır
Bu gün Ümumdünya Şəhərsalma Forumunun (WUF13) Bakıda keçirilən 13-cü sessiyası öz işini yekunlaşdırır. Qaynarinfo xəbər verir ki, bu gün WUF13 çərçivəsində "İqlim Hədəflərinə Nail Olmaq üçün Alət kimi Strateji Ekoloji Qiymətləndirmə", "Kiçik Şəhərlərin Transformasiyası və Dayanıqlılığ
10:15 157