"28 May Respublika Günü bir daha sübut edir ki, Azərbaycan xalqının azadlıq iradəsi sarsılmazdır" - BƏHRUZ QULİYEV
28 May - Respublika Günü Azərbaycan xalqının dövlətçilik tarixində yalnız bir təqvim hadisəsi deyil, milli iradənin, azadlıq düşüncəsinin və siyasi yetkinliyin təntənəsidir. 1918-ci il mayın 28-də yaradılmış Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması bütün müsəlman Şərqində ilk parlamentli demokratik respublika kimi tarixə düşərək xalqımızın müstəqil yaşamaq əzmini bütün dünyaya nümayiş etdirdi.
Həmin dövrdə son dərəcə mürəkkəb beynəlxalq və regional şəraitdə fəaliyyət göstərən Azərbaycan Xalq Cümhuriyyəti qısa müddətdə dövlət quruculuğu istiqamətində mühüm addımlar atdı. Milli ordu yaradıldı, dövlət atributları təsis olundu, ana dili dövlət dili elan edildi, parlament formalaşdırıldı, qadınlara seçki hüququ verildi. Bütün bunlar göstərirdi ki, Azərbaycan xalqı demokratik idarəçilik ənənələrinə və müasir dövlət təfəkkürünə malik xalqdır.
Azərbaycan Xalq Cümhuriyyətinin ideoloji əsasını təşkil edən milli birlik, azərbaycançılıq və müstəqillik prinsipləri bu gün də dövlət siyasətimizin əsas dayaqları olaraq qalır. Ana yasamızda da qeyd olunur ki, məhz bugünki Azərbaycan Cümhuriyyətin varisidir." Bu fikirləri Səs qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev BiG.AZ-a açıqlamasında deyib.
Ekspert qeyd edib ki, Sovet hakimiyyəti illərində formal şəkildə məhdudlaşdırılsa da, xalqımızın istiqlal arzusu heç zaman sönmədi və nəhayət, 1991-ci ildə Azərbaycan öz dövlət müstəqilliyini yenidən bərpa etdi.
Müstəqilliyimizin ilk illərində yaşanan ağır siyasi və iqtisadi böhranlar, daxili qarşıdurmalar və xarici təzyiqlər dövlətçiliyimizi ciddi təhlükə ilə üz-üzə qoymuşdu. Məhz belə bir tarixi mərhələdə Ümummilli Lider Heydər Əliyev xalqın tələbi ilə hakimiyyətə qayıdaraq Azərbaycanı parçalanmaq təhlükəsindən xilas etdi, dövlətçilik əsaslarını möhkəmləndirdi və müasir inkişaf strategiyasının təməlini qoydu. Ulu Öndər o zaman deyirdi ki, müstəqilliyi əldə etmək çətindir, onu qoruyub saxlamaq ondan da çətindir. Amma ikinci dəfə əldə olunan müstəqillik Böyük Şəxsiyyət Heydər Əliyev tərəfindən qorundu, saxlanıldı.
"Bu siyasi kurs bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Son illərdə Azərbaycanın beynəlxalq nüfuzu əhəmiyyətli dərəcədə artıb, ölkəmiz regionun aparıcı siyasi və iqtisadi güc mərkəzinə çevrilib. Ən əsası isə Azərbaycanın ərazi bütövlüyü və dövlət suverenliyi tam bərpa olunub. Bu gün Azərbaycan yalnız öz milli maraqlarını qətiyyətlə qoruyan deyil, eyni zamanda regional və qlobal proseslərdə söz sahibi olan dövlət kimi çıxış edir.
Düşünürəm ki, 28 May Respublika Günü bir daha sübut edir ki, Azərbaycan xalqının azadlıq iradəsi sarsılmazdır. 1918-ci ildə əsası qoyulan dövlətçilik ənənələri bu gün daha güclü formada yaşayır və inkişaf edir. Azərbaycan artıq öz taleyini özü müəyyən edən, milli maraqlarını təmin edən, müstəqil siyasət yürüdən müasir güclü və suveren respublikadır."- deyə, B.Quliyev əlavə edib.
Müəllif: İlkin Məmmədkərimov
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 836 Tarix: 22 may 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşPrezident YAP-ın VIII Qurultayında - Foto
Bakıda, Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının (YAP) VII Qurultayı keçirilir. "Qafqazinfo" xəbər verir ki, Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev tədbirdə nitq söyləyib
10:00 110 Gəncədə məktəbdə 7 şagird zəhərləndi - Yenilənib
Gəncədə məktəblərin birində 5 şagird zəhərlənib. "Qafqazinfo"nun məlumatına görə, zəhərlənən şagirdlər Abbas Səhət adına Gəncə Birləşmiş Xəstəxanasının Yoluxucu Xəstəliklər Şöbəsinə çatdırılıb. İlkin məlumata görə, 2017-ci il təvəllüdlü şagirdlər - S. Abbasova, R. Tağıyeva, R. Kazımova, D
01.10.2026 436 "Kartdan karta" limiti ilə bağlı əsas sual: Sahibkar niyə müştərini nağda yönəldə bilər?
Bu günə qədər hər kəs kart ödənişlərindən istifadəyə təşviq edilirdi. İndi isə nağd alış-verişə yönləndirmə müşahidə olunur. Bəs bu dəyişiklik hansı məqsədə xidmət edir?. Mövzu lə bağlı BİG.AZ-a açıqlama verən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, əgər nəzərdə tutduğunuz "kar
12:16 0 Pul yığıram, bəs sonra? - İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar
Aylıq gəlirinizdən müəyyən məbləği kənara qoyursunuz. Bir müddət sonra yığımınız formalaşır. Pulunuzu xərcləmək istəmirsiniz, amma onu sadəcə saxlamaq da sizə kifayət etmir. Bu zaman sizi sadə bir sual düşündürür: "Bəs pulumu necə dəyərləndirim. İnvestisiya haqqında düşünəndə isə suallar artır
01.10.2026 389 "Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır" - Yenilənib
"Bizim şanlı zəfərimizdən sonra fəaliyyətimiz ərazi bütövlüyümüzün tam bərpasına istiqamətləndirilmişdi". "Qafqazinfo" xəbər verir ki, bu fikri Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VII Qurultayında çıxışı zamanı söyləyib. Dövlət başçısı qeyd edib ki, bir gün bel
11:15 94 Qarabağ Universitetində işləyə bilmək üçün bunu etdi
Müğənni Eldəniz Məmmədov magistraturaya qəbul olub. Axşam.az xəbər verir ki, ifaçı bu barədə "Qonacanlı" verilişində açıqlama verib. O, təhsilini xarici ölkədə davam etdirəcəyini bildirib:. "Hazırda təhsil alıram. Magistraturaya qəbul olmuşam. Amma burada yox, xarici ölkələrdən birində
01.10.2026 612 "Fəxr edirəm ki, sənin kimi mərd kişinin oğluyam" - Foto
Xalq artisti Mənsum İbrahimovun doğum günüdür. Axşam.az xəbər verir ki, xanəndənin oğlu İbrahim atasının doğum günü münasibətilə paylaşım edib. İbrahim İbrahimov sosial media hesabında atası ilə arxiv və yeni fotolarını yayımlayaraq ona xoş arzularını çatdırıb:. "Deyirlər ki, oğul ailənin düşmə
01.10.2026 753 Argentina Dünya çempionatının finalından sonra Messisiz ilk qələbəsini qazandı
Dünən gecə Dünya çempionatının finalçısı Argentina evdə keçirilən yoldaşlıq oyununda Boliviyanı 4-0 hesabı ilə məğlub edib. -ın xarici mediaya istinadən məlumatına görə, ikinci yeri tutan komandada lider Lionel Messi olmayıb. Kordovada keçirilən oyun ev sahibi komandanın açıq-aşkar üstünlüyü ilə baş
01.10.2026 407 Sonsuzluğun əsas səbəbləri açıqlanıb: "Qadınlar daha gec ailə qururlar"
"Müasir dövrdə sonsuzluğun artmasının səbəbləri daha çox iki əsas faktorla əlaqələndirilir. Birinci səbəb qadınların sosial həyatda daha aktiv iştirak etməsidir. Çünki hazırda evlilik yaşı əvvəlki illərlə müqayisədə 5-10 il irəliləyib. Artıq qadınlar daha çox 30 yaşdan sonra ailə qururlar"
11:46 68