Qurban ətindən müsəlman olmayanlara və zənginlərə də vermək olar
Qarşıdan Qurban bayramı gəlir. Müsəlmanlar üçün böyük əhəmiyyət daşıyan bu bayram əsrlərdir paylaşma, yardımlaşma, mərhəmət və həmrəylik simvolu kimi qeyd olunur.
Bəs görəsən, qurbanlıq ət necə kəsilməli və paylanmalıdır? Həmin ətdən kimlərə vermək mütləqdir? Və ya əksinə, kimlərə vermək olmaz? Hansısa işin baş tutması üçün qoyulan (nəzir) qurbanı bayram günü kəsmək lazımdır, yoxsa bayramdan əvvəl? Bayramın vacib əməlləri nədir?
İlahiyyatçı Ağa Hacıbəyli Lent.az-a açıqlamasında bildirib ki, qurbanlıq əti üç istiqamətdə bölüb, ehtiyaclı insanlara vermək lazımdır:
"Qurbanlıq heyvan bayram namazından sonra kəsilməli və üç əsas istiqamətdə - ailəyə, qonşulara və fəqirlərə bölünüb paylanmalıdır. İslam dinində qurban ibadətinin əsas məqsədlərindən biri insanlar arasında yardımlaşma və paylaşma hissini gücləndirməkdir. Bu səbəbdən qurban əti mütləq ehtiyaclı və möhtac insanlara çatdırılmalıdır. Həmin şəxslər həm yaxın qohum, həm də qonşu ola bilərlər. Bununla yanaşı, qurbanlıqdan maddi vəziyyəti yaxşı olan insanlara pay vermək də qadağan deyil.
Qurban bayramı İslam aləmində humanizm, mərhəmət və fədakarlıq nümunəsi hesab olunur. Bu bayram yalnız ibadət deyil, eyni zamanda cəmiyyət daxilində sosial həmrəyliyin gücləndiyi xüsusi günlərdən biridir. Bu baxımdan qurban əti içki içən şəxslər istisna olmaqla, müsəlman olmayan, lakin ehtiyac içində yaşayan insanlara da verilə bilər. Bu yanaşma İslam dininin yardımlaşma və humanizm prinsiplərinə verdiyi önəmi göstərir".
İlahiyyatçı qeyd etdi ki, nəzir qurbanını xüsusi olaraq gözləyib bayram günü kəsməyin xüsusi bir mənası yoxdur:
"Niyyət edilən hadisə bayram ərəfəsində baş veribsə, həmin qurbanı bayram günündə kəsmək olar. Bununla belə, din alimləri niyyət qurbanının İsmayıl qurbanı ilə qarışdırılmamasını daha məqsədəuyğun hesab edirlər. Çünki İsmayıl qurbanı Allaha yaxınlıq mənasını ifadə edən xüsusi bir ibadətdir və dini mahiyyəti ilə seçilir.
Bayram gününün vacib əməlləri sırasında qüsul almaq, bayram namazına getmək və namazdan sonra "Allahu-əkbər" təkbirlərini gətirmək yer alır. Bu ibadətlər müsəlmanların mənəvi birliyini daha da gücləndirən əsas amillərdən sayılır. Qurban bayramının əsas hədəfi müsəlmanlar arasında barışığı yaymaq, həmrəyliyi, qardaşlığı və vəhdəti qorumaqdır. Bayram günlərində küsülülərin barışması, ehtiyaclı insanların sevindirilməsi və ailə bağlarının möhkəmləndirilməsi də bu müqəddəs günün mühüm mənəvi dəyərləri sırasında göstərilir".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 619 Tarix: 22 may 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşPrezident YAP-ın VIII Qurultayında - Foto
Bakıda, Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının (YAP) VII Qurultayı keçirilir. "Qafqazinfo" xəbər verir ki, Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev tədbirdə nitq söyləyib
10:00 110 Gəncədə məktəbdə 7 şagird zəhərləndi - Yenilənib
Gəncədə məktəblərin birində 5 şagird zəhərlənib. "Qafqazinfo"nun məlumatına görə, zəhərlənən şagirdlər Abbas Səhət adına Gəncə Birləşmiş Xəstəxanasının Yoluxucu Xəstəliklər Şöbəsinə çatdırılıb. İlkin məlumata görə, 2017-ci il təvəllüdlü şagirdlər - S. Abbasova, R. Tağıyeva, R. Kazımova, D
01.10.2026 436 "Kartdan karta" limiti ilə bağlı əsas sual: Sahibkar niyə müştərini nağda yönəldə bilər?
Bu günə qədər hər kəs kart ödənişlərindən istifadəyə təşviq edilirdi. İndi isə nağd alış-verişə yönləndirmə müşahidə olunur. Bəs bu dəyişiklik hansı məqsədə xidmət edir?. Mövzu lə bağlı BİG.AZ-a açıqlama verən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, əgər nəzərdə tutduğunuz "kar
12:16 0 Pul yığıram, bəs sonra? - İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar
Aylıq gəlirinizdən müəyyən məbləği kənara qoyursunuz. Bir müddət sonra yığımınız formalaşır. Pulunuzu xərcləmək istəmirsiniz, amma onu sadəcə saxlamaq da sizə kifayət etmir. Bu zaman sizi sadə bir sual düşündürür: "Bəs pulumu necə dəyərləndirim. İnvestisiya haqqında düşünəndə isə suallar artır
01.10.2026 389 "Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır" - Yenilənib
"Bizim şanlı zəfərimizdən sonra fəaliyyətimiz ərazi bütövlüyümüzün tam bərpasına istiqamətləndirilmişdi". "Qafqazinfo" xəbər verir ki, bu fikri Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VII Qurultayında çıxışı zamanı söyləyib. Dövlət başçısı qeyd edib ki, bir gün bel
11:15 94 Qarabağ Universitetində işləyə bilmək üçün bunu etdi
Müğənni Eldəniz Məmmədov magistraturaya qəbul olub. Axşam.az xəbər verir ki, ifaçı bu barədə "Qonacanlı" verilişində açıqlama verib. O, təhsilini xarici ölkədə davam etdirəcəyini bildirib:. "Hazırda təhsil alıram. Magistraturaya qəbul olmuşam. Amma burada yox, xarici ölkələrdən birində
01.10.2026 612 "Fəxr edirəm ki, sənin kimi mərd kişinin oğluyam" - Foto
Xalq artisti Mənsum İbrahimovun doğum günüdür. Axşam.az xəbər verir ki, xanəndənin oğlu İbrahim atasının doğum günü münasibətilə paylaşım edib. İbrahim İbrahimov sosial media hesabında atası ilə arxiv və yeni fotolarını yayımlayaraq ona xoş arzularını çatdırıb:. "Deyirlər ki, oğul ailənin düşmə
01.10.2026 753 Argentina Dünya çempionatının finalından sonra Messisiz ilk qələbəsini qazandı
Dünən gecə Dünya çempionatının finalçısı Argentina evdə keçirilən yoldaşlıq oyununda Boliviyanı 4-0 hesabı ilə məğlub edib. -ın xarici mediaya istinadən məlumatına görə, ikinci yeri tutan komandada lider Lionel Messi olmayıb. Kordovada keçirilən oyun ev sahibi komandanın açıq-aşkar üstünlüyü ilə baş
01.10.2026 407 Sonsuzluğun əsas səbəbləri açıqlanıb: "Qadınlar daha gec ailə qururlar"
"Müasir dövrdə sonsuzluğun artmasının səbəbləri daha çox iki əsas faktorla əlaqələndirilir. Birinci səbəb qadınların sosial həyatda daha aktiv iştirak etməsidir. Çünki hazırda evlilik yaşı əvvəlki illərlə müqayisədə 5-10 il irəliləyib. Artıq qadınlar daha çox 30 yaşdan sonra ailə qururlar"
11:46 68