Atabek Ramazanov: Gənclərin təhsili və dialoqu Azərbaycan-Özbəkistan əlaqələrini möhkəmləndirir

Atabek Ramazanov: Gənclərin təhsili və dialoqu Azərbaycan-Özbəkistan əlaqələrini möhkəmləndirirGənclər arasında qarşılıqlı anlaşmanın dərinləşməsi Azərbaycan və Özbəkistan arasındakı qardaşlıq münasibətlərinin uzunmüddətli və davamlı inkişafında mühüm əhəmiyyətə malikdir.

"Report"un məlumatına görə, bunu Özbəkistanın Azərbaycandakı səfirinin müşaviri Atabek Ramazanov Bakıda Özbəkistanın ali təhsil müəssisələrinin üçüncü sərgisinin açılışında deyib.

Müşavir çıxışında qeyd edib ki, Azərbaycanda Özbəkistanın müasir təhsil imkanlarını və milli təhsil sisteminin potensialını təqdim etmək ölkəsi üçün böyük şərəfdir.

O vurğulayıb ki, Özbəkistanda təhsil sahəsi innovasiyaların tətbiqi və beynəlxalq əməkdaşlığın genişləndirilməsi yolu ilə ardıcıl islahatlar əsasında inkişaf edir.

"Universitetlərimiz Azərbaycan gənclərinə təkcə keyfiyyətli təhsil deyil, həm də qonaqpərvər, mehriban və zəngin akademik mühit, eləcə də dolğun tələbə həyatı təklif etməyə hazırdır", - o bildirib.

Ramazanov məlumat verib ki, son illərdə Özbəkistanda təhsil alan tələbələrin sayı əhəmiyyətli dərəcədə, ayrı-ayrı istiqamətlər üzrə 10 dəfə artıb: "Özbəkistanda təhsil almaq istəyənlərin sayı 5 min nəfəri ötüb. Gənclər arasında qarşılıqlı anlaşmanın dərinləşməsi ölkələrimiz arasındakı qardaşlıq münasibətlərinin uzunmüddətli və davamlı inkişafı üçün mühüm əhəmiyyət kəsb edir.

Onun sözlərinə görə, bu gün təhsil sahəsində formalaşan əlaqələr gələcəkdə Özbəkistan və Azərbaycanda yeni nəsil alimlərin, mühəndislərin, sahibkarların və dövlət xadimlərinin yetişməsinə töhfə verəcək.

Bu il sərgidə Özbəkistanın 16 ali təhsil müəssisəsi - Özbəkistan Dövlət Dünya Dilləri Universiteti, Jurnalistika və Kütləvi Kommunikasiyalar Universiteti, Daşkənd Dövlət Tibb Universiteti, Daşkənd Dövlət Aqrar Universiteti, Termez Dövlət Pedaqoji İnstitutu, Termez Dövlət Mühəndislik və Aqrotexnologiyalar Universiteti, Əndican Dövlət Tibb İnstitutu və s. iştirak edir.

Bundan başqa, sərgidə xarici universitetlərlə beynəlxalq tərəfdaşlıq formatında fəaliyyət göstərən Turin Politexnik Universiteti və Daşkənddəki İnha Universiteti təmsil olunub.

Sərgi abituriyentlərin təhsil proqramları, qəbul şərtləri və beynəlxalq təhsil imkanları haqqında ətraflı məlumat əldə edə biləcəyi birbaşa dialoq platformasıdır.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 94   Tarix: 23 may 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Vəzifədən çıxanda heç adama salam da vermirlər"

Xalq artisti Nəzakət Teymurova sənət yolunda etdiyi fədakarlıqlardan danışıb. Axşam.az xəbər verir ki, "Gün ortası" verilişində qonaq olan sənətçi bu yolda çətinliklər yaşasa da, peşman olmadığını deyib:. "Sənət üçün fədakarlıqlarım çox olub. Buna görə peşman deyiləm. Allah hər kəsə bi

10:25 225
.

"Əl Ərəbiyyə": ABŞ və İran arasında mümkün saziş layihəsi yaxın saatlarda dərc olunacaq

ABŞ və İran arasında pakistanlı vasitəçilərin iştirakı ilə hazırlanan mümkün saziş layihəsi yaxın saatlarda dərc olunacaq. "Əl Ərəbiyyə"nin xəbərinə görə, saziş layihəsinin yaxın saatlarda yayımlanması gözlənilir. Sənəddə "quru, dəniz və hava da daxil olmaqla bütün cəbhələrdə dərhal, hərtərəfl

22.05.2026 265
.

Sabah 28 dərəcə isti olacaq

Bakıda və Abşeron yarımadasında mayın 24-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, gecəyə doğru bəzi yerlərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Gec

13:41 125
.

Atabek Ramazanov: Gənclərin təhsili və dialoqu Azərbaycan-Özbəkistan əlaqələrini möhkəmləndirir

Gənclər arasında qarşılıqlı anlaşmanın dərinləşməsi Azərbaycan və Özbəkistan arasındakı qardaşlıq münasibətlərinin uzunmüddətli və davamlı inkişafında mühüm əhəmiyyətə malikdir. "Report"un məlumatına görə, bunu Özbəkistanın Azərbaycandakı səfirinin müşaviri Atabek Ramazanov Bakıda Özbəkistanı

16:10 71
.

Trampdan İrana nüvə ilə bağlı sərt mesaj

ABŞ Prezidenti Donald Tramp İranın əlində olan uranla bağlı sərt açıqlama verib. xəbər verir ki, Tramp bildirib ki, ABŞ İranın əlindəki uranı nəzarətə götürəcək və onun saxlanılmasına imkan verməyəcək. "İranın əlindəki uranı alacağıq. Bizim urana ehtiyacımız yoxdur, çox güman ki, onu əldə etdikdə

22.05.2026 253
.

Tarixin ən yaxşı 100 romanı

"The Guardian" nəşri tarixin ən yaxşı 100 romanının siyahısını dərc edib. Axşam.az xəbər verir ki, reytinqdə birinci yeri Corc Eliotun "Midlmarç: Əyalət həyatının araşdırılması" romanı tutub. Siyahıda ikinci pillədə amerikalı yazıçı Toni Morrisonun 1987-ci ildə nəşr olunan "Sevilən"

10:35 177
.

Təkrar əlillik təyin edilmiş 60 mindən çox şəxsə 37,1 mln. manat ödənilib

Əlillik müddəti bitəndən sonrakı 6 ay ərzində təkrar əlillik təyin edilmiş 60 mindən çox şəxsə 37,1 mln. manat ödənilib. Bu barədə "Report"a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib. Bildirilib ki, qeyd edilən aralıq dövr üzrə də şəxsə əlilliyə görə sosial ödəniş verilir

15:30 100
.

70 illik bir səhv üzündən bu ölkədə allergik partlayışa məruz qaldı: Nə baş verib?

Yaponiyada mövsümi allergiya problemi sürətlə kəskinləşərək artıq milli böhran səviyyəsinə çatıb. Qaynarinfo BBC-ə istinadən xəbər verir ki, qiymətləndirmələrə görə, əhalinin təxminən 43%-i orta və ağır dərəcəli simptomlardan əziyyət çəkir və bunun səbəbi 70 ildən çox əvvəl həyata keçirilmiş meşə siyasət

22.05.2026 285
.

Turan Rzayev: "Kılıçdaroğlunun dönüşü müxalifətdə parçalanmanı sürətləndirəcək"

Ankara Məhkəməsi Türkiyənin rəhbərlik etdiyinın 4-5 noyabr 2023-cü ildə keçirilən 38-ci qurultayının nəticələrini ləğv edib. Qərara əsasən, Özgür Özel sədr postundan kənarlaşdırılıb, partiyanın sabiq lideri isə qərar qüvvəyə minənədək müvəqqəti olaraq yenidən rəhbərliyə qaytarılıb. CHP daxilindəki böhranı

22.05.2026 272
.

TOP MP3