Xanımı dünyasını dəyişən kənd sakinindən örnək addım - VİDEO

Xanımı dünyasını dəyişən kənd sakinindən örnək addım - VİDEOZaqatalanın Fındıqlı kəndində yaşayan Abdulməcid Ziyadov mərhum həyat yoldaşının xatirəsini yaşatmaq və kəndə faydalı iş görmək məqsədilə örnək addım atıb. O, yas mərasimi üçün nəzərdə tutulan vəsaiti kənd qəbiristanlığına gedən yolun təmirinə sərf edib.

Baku TV-nin xəbərinə görə, 42 illik ailə həyatından sonra yoldaşı Nərminə xanımı itirən kənd sakini bildirib ki, bu addımı həm sevgisini göstərmək, həm də insanlara fayda vermək üçün atıb.

Abdulməcid Ziyadov deyib ki, qəbiristanlığa gedən yolun bərbad vəziyyətdə olması insanlara ciddi çətinlik yaradırdı:

"Bu yolu düzəltməyimin səbəbi yoldaşıma olan sevgimdir. Həm də insanlar üçün bir nümunə göstərmək istədim ki, bu yol bizə həmişə lazımdır. Qəbiristanlığa cənazə aparmaq belə çətin idi. Mən də yoldaşıma olan sevgimə görə bu yolu düzəltdim. İstəyərəm ki, mənim bu əməlimdən gələcəkdə başqaları da örnək götürsün".

Sakinlərin sözlərinə görə, əvvəllər qəbristanlığa qədər olan iki kilometrlik yol bərbad halda idi:

"Yollar çox pis vəziyyətdə idi. Yağış yağanda gölməçələr yaranırdı, gedib-gəlmək çətin olurdu. İndi isə daha rahat yol olub. Bu, həm Allaha xoş gedən, həm də insanlara faydalı olan bir işdir".

Abdulməcid Ziyadov həmçinin bildirib ki, gələcəkdə mərhum həyat yoldaşının əziz xatirəsinə kənddə artezian quyusu inşa etmək arzusundadır.

oxu.az


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 109   Tarix: 24 may 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Z nəslinin "dəhşətli" hesab etdiyi köhnə valideyn qaydaları

Son illər Z nəslinin valideynlik yanaşmaları ilə bağlı baxışları geniş müzakirə olunur. Bir tərəfdən "anlayışlı valideyn" metodlarından uzaqlaşma müşahidə edilsə də, digər tərəfdən 1960-70-ci illərdə tətbiq olunan sərt qaydaların bir çoxu bu gün gənclər tərəfindən qəbuledilməz hesab edilir

20.05.2026 378
.

Ayaqqabını paltaryuyanda yumaq olarmı?

Ayaqqabıların paltaryuyan maşında yuyulması bir çox insan üçün sürətli və rahat üsul kimi görünsə də, mütəxəssislər bu metodun hər zaman doğru seçim olmadığını bildirirlər. xəbər verir ki, bəzi idman ayaqqabıları (xüsusilə parça və kətan materialdan olanlar) aşağı temperaturda və yumşaq rejimdə paltaryuyand

23.05.2026 155
.

Atmağa tələsməyin: məhsulların son istifadə tarixləri əslində nəyi göstərir?

İnsanlar çox vaxt avtomatik davranırlar: qablaşdırmanın üzərindəki son istifadə tarixi keçibsə, məhsul dərhal zibilliyə atılır. xarici mediaya istinadən xəbər verir ki, əslində bu tarixlər hər zaman qidanın artıq istifadəyə yararsız olduğunu göstərmir. Çox vaxt bu, sadəcə keyfiyyət göstəricisidir v

23.05.2026 60
.

Azərbaycan maşınları dünya bazarında? - Hansı addımlar atılmalıdır? - VİDEO

16 il əvvəl Azərbaycanda avtomobil sənayesində mühüm addım atıldı. Ölkəmiz öz avtomobil istehsalına başladı. Bu hadisə bir çox vətəndaş tərəfindən böyük maraq və sevinc hissi ilə qarşılandı. İnsanlar düşünürdülər ki, yerli istehsal olan avtomobillər xarici markalarla müqayisədə daha münasib qiymətə təqdi

17.05.2026 216
.

Evi təmizləyəndə çıxan toz da hantavirus yarada bilər

Qızdırma, baş ağrısı və nəfəs darlığı - bunlar asanlıqla qriplə qarışdırıla bilən simptomlardır. Lakin bəzən bu əlamətlərin arxasında daha təhlükəli diaqnoz hantavirus infeksiyası dayanır. Hantavirus Bunyaviridae ailəsinə aid mikroorqanizmdir və hantavirus infeksiyasına səbəb olur. Bu ciddi xəstəli

15:20 0
.

Saç tökülməsinin gizli səbəbi

Yaş saçlar yüksək elastikliyinə görə qırılmağa daha meyillidir və zədələnməyə çox məruz qalır. Bu səbəbdən saçların ən azı 70%-i qurumadan onları daramaq məsləhət görülmür. xəbər verir ki, bu barədə bioloq İrina Lyalina " nəşrinə açıqlamasında bildirib. "Yaş halda saçların daranması tövsiy

17.05.2026 238
.

Ev qiymətinə kənd aldılar

Britaniyalı cütlük Ben və Neytan Pirson Fransanın Sent-Serqos bölgəsində tərk edilmiş bir kəndi təxminən 69 min funt-sterlinqə (təxminən 220 min manat) satın alaraq yeni həyat qurmaq qərarına gəlib. BİG.AZ Qafqazinfo-ya istinadən xəbər verir ki, əmlaka bir böyük ferma evi, beş əlavə tikili və təxminə

16.05.2026 219
.

Dünyanın ən sıx məskunlaşmış adası: 1,5 futbol meydançasından kiçikdir

Kolumbiya sahilləri yaxınlığında, Karib dənizində yerləşən Santa Kruz-del-İslote adası dünyanın ən qeyri-adi yaşayış məntəqələrindən biri hesab olunur. Qaynarinfo RMF24.pl-ya istinadən xəbər verir ki, cəmi 1,2 hektar sahəyə malik olan - yəni bir yarım futbol meydançasından da kiçik - bu adada 1200-

19.05.2026 518
.

Uşaqlar üçün əşyalar, uşaq oyuncaqları Tezbazar.Az saytında

saytının Uşaqlar Üçün bölməsi övladlarınızı sevindirmək üçün doğru ünvandır!. Tezliklə övlad sahibi olacaqsınız deyə, evinizə uşaq mebeli axtarırsınız? Övladınızın sizdən tələb etdiyi hər hansı bir oyuncağı daha ucuz qiymətə almaq istəyirsiniz? Həm siz, həm də yoldaşınız işlədiyi üçün uşağınıza baxmağ

13:42 1775
.

TOP MP3