Evi təmizləyəndə çıxan toz da hantavirus yarada bilər

Evi təmizləyəndə çıxan toz da hantavirus yarada bilərQızdırma, baş ağrısı və nəfəs darlığı - bunlar asanlıqla qriplə qarışdırıla bilən simptomlardır. Lakin bəzən bu əlamətlərin arxasında daha təhlükəli diaqnoz hantavirus infeksiyası dayanır. Hantavirus Bunyaviridae ailəsinə aid mikroorqanizmdir və hantavirus infeksiyasına səbəb olur. Bu ciddi xəstəlik əsasən vəhşi siçovullar kimi gəmiricilərdən onların sidiyi, nəcisi və ya tüpürcəyi vasitəsilə insanlara keçir.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, əksər hallarda yoluxma hiss olunmadan baş verir.

İnsan xüsusilə uzun müddət bağlı qalmış və ya gəmiricilərlə çirklənmiş məkanları təmizləyərkən virus hissəcikləri ilə çirklənmiş tozu nəfəsinə çəkərək yoluxa bilər. Məhz buna görə hantavirus nadir rast gəlinsə də, vaxtında aşkarlanması vacib olan təhlükəli infeksiya hesab edilir.

Hantavirus infeksiyasının ilk simptomları yoluxmadan 3-60 gün sonra ortaya çıxa bilər, orta inkubasiya müddəti isə təxminən 14 gündür. Əlamətlər digər infeksiyalara bənzədiyi üçün erkən diaqnoz qoymaq çətin olur. Xəstələrdə əsasən qızdırma, baş ağrısı, əzələ və oynaq ağrıları, güclü halsızlıq, qarın ağrısı, ürəkbulanma, qusma, quru öskürək, bəzən qanlı bəlğəmlə müşayiət olunan öskürək, nəfəs darlığı, arterial təzyiqin enməsi və ürək döyüntülərinin sürətlənməsi müşahidə edilir.

Xəstəlik irəlilədikcə ağciyərlər, ürək və böyrəklər zədələnə bilər ki, bu da virusun orqanizmdə yayılmasını göstərir.

Dünyanın müxtəlif bölgələrində hantavirus infeksiyası fərqli formalarda özünü göstərə bilər. Braziliyada daha çox ürək və ağciyərləri zədələyən kardiopulmonal sindrom yayılıb. Asiya və Avropada isə hemorragik qızdırma və böyrək sindromu daha çox müşahidə olunur. Bu forma səpkilər, qanaxmalar və sidik ifrazının azalması ilə müşayiət edilə bilər.

Diaqnoz klinik simptomlar və epidemioloji anamnez əsasında qoyulur. Xüsusilə gəmiricilərlə və ya onların ifrazatları ilə təmas olub-olmaması nəzərə alınır. Həkimlər əlavə laborator analizlər də təyin edə bilərlər.

Virusun əsas yoluxma yolu gəmiricilərin sidiyi, nəcisi və ya tüpürcəyi ilə çirklənmiş tozun nəfəsə çəkilməsidir. Bundan başqa, çirklənmiş səthlərlə təmasdan sonra virusun ağız, burun və ya göz selikli qişasına düşməsi də yoluxmaya səbəb ola bilər. Nadir hallarda gəmiricinin dişləməsi və ya cızması ilə yoluxma mümkündür.

Əksər hantavirus növlərində insandan insana yoluxma təsdiqlənməyib. Yalnız Cənubi Amerikada yayılan Andes virusu ilə bağlı bəzi hallarda yaxın təmas nəticəsində yoluxma qeydə alınıb.

Mütəxəssislər vurğulayırlar ki, hantavirus və leptospiroz eyni xəstəlik deyil. Hər iki infeksiya gəmiricilərlə əlaqəli olsa da, hantavirus virus mənşəli xəstəlikdir, leptospiroz isə Leptospira bakteriyasının törətdiyi infeksiyadır.

Hazırda hantavirusa qarşı xüsusi antiviral preparat mövcud deyil. Müalicə əsasən orqanizmin həyati vacib funksiyalarının dəstəklənməsinə yönəlir. Ağır hallarda xəstələr reanimasiya şöbəsinə yerləşdirilə bilər. Müalicə zamanı tənəffüs dəstəyi, ürək və böyrək funksiyalarına nəzarət, lazım gəldikdə dializ və süni tənəffüs aparatından istifadə olunur.

Həkimlər bildirirlər ki, vaxtında xəstəxana şəraitində müalicəyə başlanarsa hantavirus infeksiyasından sağalmaq mümkündür. Lakin bəzi hallarda xroniki böyrək çatışmazlığı və arterial təzyiqin yüksəlməsi kimi ağırlaşmalar yarana bilər.

Profilaktika isə ən vacib qorunma üsulu hesab olunur. Mütəxəssislər ev ətrafının təmiz saxlanmasını, zibil və kolluq sahələrin yığışdırılmasını, gəmirici izlərinin quru şəkildə süpürülməməsini, bunun əvəzinə nəm təmizləmədən istifadə olunmasını tövsiyə edirlər. Həmçinin bağlı qalan məkanların əvvəlcə havalandırılması, qidaların gəmiricilərdən qorunan yerdə saxlanılması, qab-qacağın, əllərin və qida məhsullarının yaxşı yuyulması vacib sayılır.

Hantavirus nadir rast gəlinən, lakin ciddi fəsadlara səbəb ola bilən infeksiyadır. Xəstəliyin əsas təhlükəsi simptomların digər xəstəliklərlə qarışdırılması və vəziyyətin qısa müddətdə ağırlaşa bilməsidir. Buna görə də profilaktik tədbirlər və vaxtında tibbi nəzarət həyati əhəmiyyət daşıyır.


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 355   Tarix: 24 may 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Ayaqqabıya 1 qaşıq tökün: Qoxu yox olur, nəmdən əsər-əlamət qalmır

Xüsusilə uzun müddət geynilən idman ayaqqabılarında yaranan xoşagəlməz qoxu ayaqqabı çıxarıldıqdan sonra belə günlərlə qala bilir. Qoxunu maskalamaq üçün ətirıi məhsullar istifadə etmək əvəzinə, ayaqqabının içinə bir xörək qaşığı soda tökərək gecə boyu gözlətmək nəm və pis qoxunu azaldır. xəbər veri

20.09.2026 331
.

Əbu-Dabidə adada yarım milyardlıq toy edəcəklər?

"Miss Rusiya 2024" və "Miss BRİKS 2026"titullarının sahibi Valentina Alekseyeva biznesmen sevgilisi İlya Mitelmanla ailə qurur. Axşam.az xəbər verir ki, "Mash" teleqram kanalının məlumatına görə, 20 yaşlı modellə 30 yaşlı biznesmenin toyu Əbu-Dabidə keçiriləcək və indidə

20.09.2026 342
.

Restoranın dayanacağında doğulan körpəyə "fasto food" ləqəbi verildi

ABŞ-da dayanacaqda doğulan körpəyə qeyri-adi ləqəb verilib. xarici KİV-ə istinadla bildirir ki, Keti Mörfidə doğuş sancıları başlayıb və o, həyat yoldaşı Stiven Kirbi ilə birlikdə xəstəxanaya yollanıb. Lakin həkimlər doğuşun hələ başlamadığını bildirərək qadını evə göndəriblər. Axşama doğru sancıla

27.09.2026 150
.

Kotleti qat-qat dadlı və şirəli edən ədviyyat

Kotletlər keyfiyyətli ətdən hazırlansa belə, bəzən quru və dadsız alına bilər. Bunun qarşısını almaq üçün adətən qiyməyə soğan, isladılmış çörək və ya bir qədər kərə yağı əlavə edilir. Lakin kotletləri həm daha ətirli, həm də daha ləzzətli etmək üçün başqa sadə üsul da var. BİG.AZ -a istinadən bildiri

27.09.2026 203
.

Bədən bu yaşdan sonra daha sürətlə qocalır?

İnsan orqanizminin qocalmasının bütün həyat boyu eyni sürətlə getmədiyi məlum olub. Alimlər müəyyən ediblər ki, bəzi orqan və toxumalarda qocalma prosesi müəyyən yaş dövrlərində daha da sürətlənir. xarici mediaya istinadla xəbər verir ki, araşdırmaya əsasən, insan orqanizmində nəzərəçarpacaq dəyişikliklə

20.09.2026 391
.

Gecə unitaza duz tökmək - Nəticəsi təəccübləndirə bilər

Adi duz təkcə mətbəxdə deyil, ev təmizliyində də istifadə oluna bilər. Duzu soda və bitki yağı ilə qarışdıraraq unitazın təmizlənməsi üçün ev üsulu hazırlamaq təklif olunur. Qarışıq çirk, ərp və xoşagəlməz qoxulara təsir etməsi üçün bir neçə saat və ya bütün gecə saxlanılır. xəbər verir ki, bu vasitən

20.09.2026 256
.

Üzümün faydaları nələrdir və kimlər onu çox yeməməlidir?

Üzüm payız mövsümündə süfrələrdə ən çox yer alan meyvələrdən biridir. Onu həm təzə halda yeyirlər, həm salat və desertlərə əlavə edir, həm də mürəbbə, şirə və kişmiş hazırlayırlar. Lakin bu şirin meyvənin orqanizmə hansı maddələri verdiyi və nə qədər yeyilməsinin uyğun olduğu çox vaxt diqqətdən kənard

27.09.2026 173
.

"Ərini oğurlamışıq, pul ver!" - Mesajların arxasından görün kim çıxdı

Argentinada polis həyat yoldaşından pul almaq üçün özünün oğurlanmasını uydurmaqda şübhəli bilinən kişini saxlayıb. bu barədə "Noticias24" nəşrinə istinadən xəbər verir. Rosario şəhərinin sakini ərinin telefonundan guya onun oğurlanması ilə bağlı mesajlar gəlməyə başladıqdan sonra polisə müraciə

20.09.2026 255
.

Xidmetler.az - Bütün Xidmətlər bir saytda

XİDMETLER.AZ saytinda sizi narahat edən hər məsələ ilə bağlı kömək almaq imkanınız var!. Gündəlik işlər üçün icraçı və ya daimi iş sifarişi axtaran, saytımızda tapar. Siz də qoşulun və lazım olan insanları tapın! Saytımız üzləşdiyiniz problemləri bir göz qırpımında həll edəcək. İstənilən usta axtarışın

20.09.2026 197
.