Yayda vitamin D qəbuluna ehtiyac varmı? - Həkimdən vacib açıqlama
Vitaminin həddindən artıq qəbulu orqanizmə ciddi zərər verə bilər, buna görə normanı aşmaq olmaz. Yay aylarında elə görünür ki, günəş işığı orqanizmin vitamin D ehtiyacını tam qarşılayır. Bəs həqiqətən günəş çatışmazlığın qarşısını alırmı və yayda belə kimlər əlavələri qəbul etməyə davam etməlidir?
Lent.az xəbər verir ki, tibb üzrə fəlsəfə doktoru Sohaib Imtiaz bildirib ki, bu, vitamin D çatışmazlığı üçün fərdi risk faktorlarından asılıdır. Buraya günəş altında qalma müddəti, orqanizmdə vitamin D səviyyəsi və dəridə melanin miqdarı daxildir. Dərisində daha çox melanin olan, yəni asan qaralan və nadir hallarda günəş yanığı alan insanların orqanizmi eyni miqdarda vitamin D istehsal etmək üçün açıq dərili insanlarla müqayisədə 3-6 dəfə daha çox günəş işığına ehtiyac duyur. Bunun səbəbi melaninin "təbii günəş qoruyucusu" kimi fəaliyyət göstərməsidir. Həkimin sözlərinə görə, açıq dərili insanlar üz nahiyəsinin 10-15 dəqiqə günəş işığı alması ilə kifayət qədər vitamin D əldə edə bilərlər. Lakin dəri rəngi vitamin D səviyyəsinə təsir edən yeganə amil deyil. Piy toxuması vitamin D-nin bioəlçatanlığını azaldır. Buna görə də bədənində artıq piy olan insanlar kifayət qədər günəş işığı alsalar belə, aşağı vitamin D səviyyəsinə sahib ola bilərlər. Bəzi xəstəliklər və dərmanlar da orqanizmdə vitamin D mübadiləsinə təsir edir. Məsələn, xroniki böyrək və ya qaraciyər xəstəliyi olanlar, həmçinin steroid və ya göbələk əleyhinə dərman qəbul edən şəxslər yay aylarında belə vitamin D əlavələrinə ehtiyac duya bilərlər.
Vitamin əlavəsinə ehtiyac olub-olmadığını necə müəyyən etmək olar?
Yorğunluq və sümük ağrıları vitamin D çatışmazlığının əlaməti ola bilər. Lakin düzgün diaqnoz üçün həkimə müraciət etmək tövsiyə olunur. Vitamin D yağda həll olunan vitamindir və orqanizm onu gələcək istifadə üçün piy toxumasında saxlayır. Əksər insanlar gündə 600-800 BV (beynəlxalq vahid) vitamin D qəbul edir. Lakin gündəlik 4000 BV-dən çox qəbul etmək yan təsirlərin yaranma riskini artıra bilər. Vitamin D orqanizmdə kalsiumun mənimsənilməsinə kömək etdiyi üçün onun həddindən artıq qəbulu hiperkalsemiya - yəni qanda kalsium səviyyəsinin yüksəlməsinə səbəb ola bilər. Bu hal nadir olsa da, əzələ seğirmələri və baş ağrısı kimi simptomlarla özünü göstərə bilər.
Vitamin D hansı məhsullarda var?
Vitamin D ən çox yağlı balıqlarda olur. Bunlara qızılbalıq, skumbriya, tuna və sardina daxildir. Balıq yağı, xüsusilə treska balığının qaraciyər yağı da zəngin mənbə hesab olunur. Heyvan mənşəli məhsullar arasında yumurta sarısı, xüsusilə mal qaraciyəri, həmçinin yağlı süd, pendir və kərə yağı müəyyən miqdarda vitamin D ehtiva edir. Bəzi məhsullar isə xüsusi olaraq vitamin D ilə zənginləşdirilir. Bunlara süd, bitki mənşəli içkilər (soya və ya badam südü), səhər yeməyi üçün quru məhsullar və bəzi meyvə şirələri daxildir.
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşHicama haqqında nələri bilirik?
Son zamanlar çox eşitdiyimiz, "hicama", "hacamat" kimi tanınan küpə terapiya müalicə üsulu barədə nələri bilirik?. Apimed təbii üsullar mərkəzində yüksək ixtisaslı (Türkiyədə kurs keçmiş) xanım personal tərəfindən xanımlara və bəylərə Hicama (hacamat) proseduru tətbiq edilir. Prosedu
29.10.2026 3426 Toyuğu yumazdan əvvəl bu təhlükəni bilin!
Bir çox insan toyuq ətini bişirməzdən əvvəl kranın altında yumağa üstünlük verir. Lakin mütəxəssislər bu vərdişin sağlamlıq üçün təhlükə yarada biləcəyi barədə xəbərdarlıq edirlər. Belə ki, çiy toyuğun yuyulması zamanı su sıçrantıları vasitəsilə bakteriyalar mətbəxin müxtəlif səthlərinə, qab-qacağa v
02.11.2026 1046 Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var
Ən çox zülal ehtiva edən çərəzin adı bəlli olub. BİG.AZ qafqazinfo-ya istinadən xəbər verir ki, dietoloq Anita Mirçandani zülal tərkibinə görə lider olan çərəzi açıqlayıb. Onun sözlərinə görə, zülalla ən zəngin məhsul yerfındığıdır (araxis). O bildirib ki, botaniki baxımdan yerfındığı çərəzlərə deyil
15.11.2026 404 Ürək transplantasiyasının icbari tibbi sığorta hesabına icra edilməsi təklif olunub
Ürək transplantasiyası və gözün buynuz qişasının transplantasiyası əməliyyatlarının icbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil edilməsi vacibdir. "Report" xəbər verir ki, bunu Orqan Donorluğu və Transplantasiya üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri Yeganə Abbasova Azərbaycand
01.11.2026 791 Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın
Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. BİG.AZ -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişafı anemiyaya səbəb ola bilər. O qeyd edib ki, bağırsaq xərçəngi, xüsusil
31.10.2026 838 Səhər yeməyi üçün ən pis vaxt - Diyetoloqların cavabı
Səhər yeməyini günortadan sonraya saxlamaq sağlamlıq üçün arzuolunmaz nəticələrə səbəb ola bilər. Diyetoloqların fikrincə, günün ilk qida qəbulu üçün ən uyğun vaxt oyandıqdan sonrakı 1-2 saatdır. Qaynarinfo xəbər verir ki, bu barədə "EatingWell" nəşri diyetoloqların tövsiyələrinə istinadə
10.11.2026 467 Gündə cəmi 4 saat yuxu ilə necə yaşamaq olar?
Adətən, böyük əksəriyyət üçün gündə yeddi-doqquz saatlıq yuxu norma sayılsa da, bəzi insanlar cəmi dörd-beş saatlıq yuxu ilə kifayətlənərək özlərini tamamilə enerjili və sağlam hiss edirlər. Elm adamları bu nadir vəziyyətin arxasında duran genetik səbəbləri araşdırmağa davam edirlər. "Qafqazinfo"nu
03.11.2026 899 Məşhur ədviyyatın qaraciyəri qocalmadan qoruya biləcəyi məlum olub
Zərdəçalın tərkibində olan kurkumin maddəsi qaraciyəri yaşla bağlı dəyişikliklərdən, iltihabdan və zədələnmədən qoruya bilər. xəbər verir ki, bu qənaətə "Food & Function" elmi jurnalında dərc olunan araşdırmanın müəllifləri gəliblər. Tədqiqatçılar bağırsaq, onun mikroflorası və qaraciyə
06.11.2026 693 Ən faydalı və ən zərərli balıq növləri
Balıq sağlam qidalanma rasionuna daxil edilməsi ən çox tövsiyə olunan məhsullardan biridir. Çünki onun tərkibində yüksək keyfiyyətli zülal, vitaminlər, minerallar və omeqa-3 yağ turşuları var. Bununla belə, bütün balıq növlərinin qida dəyəri eyni deyil. Bəzi növlər əhəmiyyətli miqdarda çirkləndiric
29.10.2026 1053